Məhkəmə qərarları › İş №e-2-2(113)-3444/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3444/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3444/2024 11.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi/vəkili X1 iştirakı ilə, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə , İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Möhübbətoğlu MMCdən 133.000 manat pulun, ödədiyim dövlət rüsumunun və mediasiya rüsumunun cavabdehdən alınıb mənə verilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası 11 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə barışıq sazişi və ərizə təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, saziş aşağıdakı şərtlərlə bağlanmışdır: Bu barışıq sazişi ( bundan sonra saziş adlandırılacaq) mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır. Mübahisə tərəfləri bundan sonra ayrılıqda Tərəf və birlikdə Tərəflər adlandırılacaqdır. Birinci tərəf İddiaçı AZE: 0******* FİN: xxxxxxx Təvəllüd: xx.xx.1957 VÖEN: ********** ÜNVAN: Masallı şəhəri H.Aslanov küç ev 13-A Mob:***-***-**-** X3 MMC-nin direktoru Qanuni nümayəndə AA:1245769 FİN: xxxxxxx Təvəllüd: xx.xx.1987 VÖEN: ********** ÜNVAN: Bakı şəhəri Nəsimi Rayonu Cavad Xan küçəsi, ev 24 m 56. 1.Birinci tərəf İddiaçı bildirir ki, X3 MMC-nin direktoru Qanuni nümayəndə müxtəlif vaxtlarda cücə yemləri verilmiş dəyəri 264343 manat təşkil edilmişdir. Hazırda iş məhkəmə prosesində olduğundan mübahisəni öz aralarında həll etmək istəyirlər. 2.X3 MMC-nin direktoru Qanuni nümayəndə bildirir ki, birinci tərəf İddiaçı müxtəlif vaxtlarda 264343 manat dəyərində cücə yemləri almış, ona borclu qalmışdır və həmin borcu öz aralarında həll etmək istəyirlər. Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetrilməsinin üsul və müddətləri. 1.X3 MMC-nin direktoru Qanuni nümayəndə bu sazişi imzaladıqdan sonra birinci tərəf İddiaçı borclu qaldığı 264343 manat pulu 36 ay müddətində Sazişə əlavə olunmuş cədvəl əsasında İddiaçı qaytaracağına öhdəlik götürür. 2.Sazişin imzalanması eyni mübahisə predimtinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

3. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

4. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahislər, iddalar,şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

5. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imazlandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

6. Tərəflər Sazişdən irəli gələn öhdəliklərin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludur.

7. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

8. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərclər və məsrəflər digər Tərəf ona ödəməlidir. 9.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

10. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişilik edilə bilməz. Sazişin hər hansı müddəası səlahətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

11. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.

12. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

13. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişini təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmqla, Tərəflərdən hər biri əldə olunan bütün məlumatların konfidensiallığını qorumq öhdəliyi öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərda tutulmuş məsuliyyətə səbəb olur.

14. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla tərəflər arasında saxlanılır. Qeyd olunan barışıq sazişinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş cədvəlinə əsasən tərəflər arasında təsdiq edilmiş cəmi 264343 manat borc məbləğinin xx.xx.2024-cü il tarixindən xx.xx.2027-ci il tarixinə kimi hər ay 7500 manat və xx.xx.2027-ci il tarixində 9343 manat olmaqla ödəniş edilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı “İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bu barışıq sazişi ( bundan sonra saziş adlandırılacaq) mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır. Mübahisə tərəfləri bundan sonra ayrılıqda Tərəf və birlikdə Tərəflər adlandırılacaqdır. Birinci tərəf İddiaçı AZE: 0******* FİN: xxxxxxx Təvəllüd: xx.xx.1957 VÖEN: ********** ÜNVAN: Masallı şəhəri H.Aslanov küç ev 13-A Mob:***-***-**-** X3 MMC-nin direktoru Qanuni nümayəndə AA:1245769 FİN: xxxxxxx Təvəllüd: xx.xx.1987 VÖEN: ********** ÜNVAN: Bakı şəhəri Nəsimi Rayonu Cavad Xan küçəsi, ev 24 m 56. 1.Birinci tərəf İddiaçı bildirir ki, X3 MMC-nin direktoru Qanuni nümayəndə müxtəlif vaxtlarda cücə yemləri verilmiş dəyəri 264343 manat təşkil edilmişdir. Hazırda iş məhkəmə prosesində olduğundan mübahisəni öz aralarında həll etmək istəyirlər. 2.X3 MMC-nin direktoru Qanuni nümayəndə bildirir ki, birinci tərəf İddiaçı müxtəlif vaxtlarda 264343 manat dəyərində cücə yemləri almış, ona borclu qalmışdır və həmin borcu öz aralarında həll etmək istəyirlər. Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetrilməsinin üsul və müddətləri. 1.X3 MMC-nin direktoru Qanuni nümayəndə bu sazişi imzaladıqdan sonra birinci tərəf İddiaçı borclu qaldığı 264343 manat pulu 36 ay müddətində Sazişə əlavə olunmuş cədvəl əsasında İddiaçı qaytaracağına öhdəlik götürür. 2.Sazişin imzalanması eyni mübahisə predimtinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

3. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

4. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahislər, iddalar,şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

5. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imazlandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

6. Tərəflər Sazişdən irəli gələn öhdəliklərin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludur.

7. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

8. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərclər və məsrəflər digər Tərəf ona ödəməlidir. 9.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

10. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişilik edilə bilməz. Sazişin hər hansı müddəası səlahətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

11. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.

12. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

13. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişini təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmqla, Tərəflərdən hər biri əldə olunan bütün məlumatların konfidensiallığını qorumq öhdəliyi öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərda tutulmuş məsuliyyətə səbəb olur.

14. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla tərəflər arasında saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar