Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3568/2023 19.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında xxxxnə qarşı üzvlükdən çıxarılma tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: üzvlükdən çıxarılma) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında xxxxnə qarşı üzvlükdən çıxarılma tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında xxxxnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh1 MTK-nın üzvlüyündən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “iddiaçı”) Qanuni nümayəndə1, X8, X6 və mərhum X7 ilə birlikdə Cavabdeh1 (bundan sonra Cavabdeh1 MTK) təsis edilməsində iştirak etmişlər. Təsis zamanı iddiaçının iştirakı yalnız formal xarakter daşımış və o, sadəcə qanunvericiliklə müəyyən edilmiş minimal say həddini təmin etmək məqsədilə qoşulmuşdur. İddiaçı Cavabdeh1 MTK-nın heç bir fəaliyyətində də iştirak etməmişdir. İddiaçının Cavabdeh1 MTK-da formal üzvlüyünə son vermək məqsədi ilə üzvlər 4 iyul 2019-cu il, saat 15:00 tarixinə təyin edilmiş növbədənkənar ümumi yığıncağın yeri və vaxtı barədə rəsmi bildiriş vasitəsi ilə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçıdan başqa heç bir üzv yığıncaqda iştirak etməmişdir. Nəticədə tələb olunan yetərsay təmin edilmədiyindən ümumi yığıncaq və iddiaçının üzvlükdən könüllü çıxması baş tutmamış və iddiaçı məsələni məhkəmə qaydasında həll etməyə vadar olmuşdur. İddiaçı Cavabdeh1 MTK-nın bütün üzvlərini cavabdeh qismində işə cəlb etmiş və kooperativin üzvlüyündən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 25 dekabr 2019-cu il tarixli, 2(005)-5140/2019 nömrəli qətnaməsi ilə iddiaçının Cavabdeh1 MTK-nın üzvlüyündən çıxarılması barədə iddiası təmin edilmişdir. İşə 3-cü şəxs qismində cəlb edilmiş keçmiş Vergilər Nazirliyinin tabeliyində olan, hal-hazırda isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi apellyasiya şikayətində qanunvericilikdə MTK-nın mövcudluğu üçün ən azı 5 üzvün olması tələbini müəyyən edildiyindən hazırki iş üzrə hər hansı üzvün MTK-dan çıxması və ya çıxarılmasının qanunvericilik tələblərinə zidd olduğunu və onlar tərəfindən birinci instansiya məhkəməsinin qərarının icrasının mümkün olmadığını qeyd etmiş, apellyasiya şikayətinin təmin olunması, həmçinin Nərimanov Rayon Məhkəməsinin sözügedən qətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Apellyasiya Məhkəməsi 2(103)-6609/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş və həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 dekabr 2021-ci il tarixli qərar qəbul etmişdir. Sözügedən qərarda həmçinin göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə, Mülki Məcəllənin 109-4.1.1 və 112.1-ci maddələrinə uyğun olaraq hər kəs könüllülük prinsipi əsasında, qanunvericilikdə nəzərdə tutulmuş qaydada kooperativə daxil olmaq və kooperativdən çıxmaq hüququna malikdir. Kooperativ üzvünün kooperativdən çıxma barədə ərizəsinə kooperativdə ağlabatan müddətdə baxılmadığı təqdirdə o, məhkəməyə müraciət edə bilər. Bu halda cavabdeh qismində digər kooperativ üzvləri deyil, birbaşa hüquqi şəxs olaraq kooperativin özü göstərilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-301/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsində əsl olmayan cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edildiyindən apellyasiya şikayətini təmin etmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5140/2019 nömrəli qətnaməsini ləğv etmiş və yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin təmin edilməsini qərara almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2021-ci il tarixli qərarına əsasən kooperativ üzvünün kooperativdən çıxma barədə ərizəsinə kooperativdə ağlabatan müddətdə baxılmadığı təqdirdə o, məhkəməyə müraciət edə bilər. Bu halda cavabdeh qismində digər kooperativ üzvləri deyil, birbaşa hüquqi şəxs olaraq kooperativin özü göstərilməlidir. İddiaçı yenidən kooperativin üzvlüyündən çıxmaq təşəbbüsü ilə 28 mart 2023-cü il, saat 15:00 tarixində qanunvericiliyin və nizamnamənin tələblərinə uyğun olaraq, kooperativin üzvlərinin növbədənkənar ümumi yığıncağının keçiriləcəyi barədə bütün üzvlərə rəsmi bildiriş göndərmişdir. Bildirişdə yığıncağın gündəliyi də öz əksini tapmışdır. Lakin iddiaçıdan başqa heç bir üzv yığıncaqda iştirak etmədiyindən ümumi yığıncaq baş tutmamış və iddiaçının kooperativdən çıxma barədə ərizəsi baxılmadan qalmışdır.
3. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.
4. İş üzrə cavabdehlər Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında xxxx məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-4.1, 111.3, 111.7, 112.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 dekabr 2021-ci il tarixli qərarına istinad olunmuşdur. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. İş materiallarından görünür ki, Cavabdeh1 Nizamanməsi xx.xx.2006-cı il tarixində 0106-P215-45745 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nizamnamənin 1.4-cü bəndinə əsasən Qanuni nümayəndə1, X7, X12, X8, X1 üzvləridir; 5.6-cı bəndinə əsasən kooperativ üzvlərinin kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq hüququ var; 6.1-ci bəndinə əsasən kooperativin üzvlüyünə qəbul və üzvlükdən çıxmaq fiziki və (və ya) hüquqi şəxsin ərizəsi əsasında, ümumi yığıncağın qərarı ilə həyata keçirilir; 7.1.3-cü bəndinə əsasən kooperativin üzvlüyünə qəbul və üzvlükdən xaricetmə ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir.
8. İddiaçı tərəfindən imzalanaraq X5 ünvanlanan 20 iyun 2019-cu il tarixli bildiriş məktubundan məlum olur ki, Cavabdeh1 4 iyul 2019-cu il tarixində saat 17:00-da ünvan 1 ünvanda yerləşən ofisdə üzvlərin növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyində dayanan məsələ İddiaçı Rəşif oğlunun Cavabdeh1 üzvlüyündən könüllü qaydada çıxarılmadır.
9. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi qeyd edilmiş Vəkil tərəfindən X8, X6, Qanuni nümayəndə1 göndərilən 13 mart 2023 tarixli bildiriş məktublarında 28 mart 2023 tarixində saat 15:00-da kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağının keçiriləcəyi qeyd edilmişdir. Ümumi yığıncağın gündəliyində İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə uyğun olaraq, kooperativ üzvlüyündən çıxması, İddiaçı onun nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi göstərilmişdir.
10. Azərbaycan Republikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin X2 Reyestrindən çıxarışdan məlum olur ki, Qanuni nümayəndə1, X7, X12, X8, X4 Cavabdeh1 üzvləridir.
11. Cavabdeh1 Mənzil Tikinti Kooperativinin təsisçisi İddiaçı nümayəndəsi Vəkil tərəfindən Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə göndərilmiş pretenziya məktubunda İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlüyündən çıxarılması üçün müvafiq addımların atılması təklif edilmişdir.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi Hüquqi şəxsin Dövlət Qeydiyyatı haqqında şəhadətnamədən məlum olur ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi 01 may 2006-cı il tarixindən 0106- P215-45745 nömrə ilə qeydiyyata alınmışdır.
13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5140/2019 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Qanuni nümayəndə1, X5 və X3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi cəlb olunmaqla) qarşı “mənzil-tikinti kooperativinin üzvlüyündən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Cavabdeh1 üzvlüyündən çıxarılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-301/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin qətnamədən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5140/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir.
14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, , Cavabdeh1 Mənzil Tikinti Kooperativi 01 may 2006-cı il tarixindən 0106-P215-45745 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh1 MTK-nın 5 üzvündən biri İddiaçıdur. O, MTKnın üzvlüyündən könüllü qaydada çıxması ilə bağlı kooperativin nizamnaməsində nəzərdə tutulmuş qaydada növbədənkənar ümumi yığıncağın keçirilməsi ilə bağlı müraciət etmiş, lakin Etalon İnşaat” MTK-nın ümumi yığıncağının iclasının keçirilməsi üzvlər iştirak etmədiyindən mümkün olmamış, nəticədə iddiaçı qeyd olunan iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109-4.1.1-ci maddəsinə əsasən kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq kooperativin üzvlərinin hüququdur. 111.3.3-cü maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə kooperativ üzvlərini qəbul etmək və çıxarmaq aid edilir. 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. 112.2-ci maddəsinə əsasən kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, 1. Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-4.1.1 və 112.1-ci maddələrinə uyğun olaraq, hər kəs könüllülük prinsipi əsasında, qanunvericilikdə nəzərdə tutulmuş qaydada kooperativə daxil olmaq və kooperativdən çıxmaq hüququna malikdir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin "kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır” və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1-ci maddəsinin “mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az ola bilməz” müddəaları təşkilati-hüquqi formasına görə kooperativin yaradılmasına və fəaliyyət göstərməsinə yönələn ümumi tələbdir. Beşdən az üzvü olan hüquqi şəxs mənzil-tikinti kooperativi formasında yaradıla və ya fəaliyyətini davam etdirə bilməz. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bu səlahiyyət kooperativ üzvünün könüllü qaydada kooperativdən çıxarılmasını da ehtiva edir. 4. Kooperativin yaradılması zamanı qarşıya qoyulan məqsədə nail olunduqda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
18. İddiaçının tələbi onun Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlüyündən çıxarılmasından ibarətdir.
19. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur: “...kooperativ üzvünün kooperativdən çıxma barədə ərizəsinə kooperativdə ağlabatan müddətdə baxılmadığı təqdirdə o, məhkəməyə müraciət edə bilər. Bu halda cavabdeh qismində digər kooperativ üzvləri deyil, birbaşa hüquqi şəxs olaraq kooperativin özü göstərilməlidir.”
21. Məhkəmə qeyd edir ki, iddiaçının kooperativdən çıxma barədə ərizəsinə kooperativdə baxılmadığı üçün o, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Hər kəs, o cümlədən iddiaçı könüllülük prinsipi əsasında, qanunvericilikdə nəzərdə tutulmuş qaydada kooperativə daxil olmaq və kooperativdən çıxmaq hüququna malik olduğundan, bu hüququn reallaşdırılması üçün iddiaçının məhkəməyəqədər gördüyü tədbirlərin bir nəticəsi olmadığından, bu hüququn hər hansı məhdudlaşdırılması üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı, İddiaçı Cavabdeh1 üzvlüyündən çıxarılmalıdır.
22. Ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair tələb olmadığından həmin rüsum iddiaçıya aid edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 üzvlüyündən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova