Məhkəmə qərarları › İş №e-2-2(113)-5079/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5079/2023

21.12.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5079/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, cavabdehlər X1 və Cavabdeh2 nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sənədlərin təqdim edilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının təsisçisi və qanuni təmsilçisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus maliyyə-mühasibatlıq sənədlərinin, MTK-nın gəlirləri və xərcləri, icarə haqları və vergi ödənişlərini özündə əks etdirən sənədlərin, MTK-nın tərəfindən inşa edilmiş mənzillər və digər əmlakların satışına dair sənədlərin, tikinti-texnikisənədlərin, iclas protokollarının, MTK tərəfindən inşa edilmiş və hazırda inşa edilməkdə olan əmlaklar barədə sənədlərin, MTK-nın möhürünün cavabdehlərdən alınaraq İddiaçı təqdim edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi, Vəkil2 izahat verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdehə münasibətdə mübahisənin qabaqcadan məhkəmədən kənar pretenziya qaydasına həll edilməmiş və buna görə iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-cı maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, İddiaçı tərəfindən pretenziya Cavabdeh2 və X2 çatdırılmamışdır. Belə ki, Cavabdeh2 rəsmi qeydiyyat olduğu ünvanı: Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi ev 7, mən. 1B, X1 isə rəsmi qeydiyyatda olduğu ünvanı: ünvan 2 və iddia ərizəsi ünvan 3 ünvanına göndərilmişdir. Göründüyü kimi pretenziya və iddia ərizəsi cavabdehlərin qeydiyyatda olduqları ünvana deyil, digər ünvana göndərilməklə iddiaçı tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar pretenziya qaydasında həll edilməsi tələbinə riayət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sənədlərin təqdim edilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, nöqsanlar aradan qaldırılandan sonra cavabdehlərin qeydiyyatda olduqları yer üzrə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar