Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5342/2025 11.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, X3 (bundan sonra – cavabdehlər) qarşı “müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D069 Saylı X5 ləğv edilməsi; 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin (Cavabdeh2 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi; ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməsi; Lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 9400 ABŞ dolları məbləğində cərimənin cavabdehlərdən tutulması; lizinq obyekti olan mənzilin ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, D069 X13 Müqaviləsi bağlanmış və lizinq predmeti ünvan 1ünvanında yerləşən daşınmaz əmlak olan, lizinq məbləği 91 000 (doxsan bir min) ABŞ dolları, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 24 faiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq obyekti Cavabdeh2 xeyrinə lizinqlə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli, D069 X4 əsasən X8 xx.xx.2021-ci il tarixli, D069 X13 müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Lizinq verən qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmçinin 23 iyun 2022-ci il tarixində Cavabdeh2 ilə “D069 saylı X7 X9 X1 Uzadılması Barədə” razılığa gəlinərək D069 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin bitmə tarixi daha 12 ay uzadılaraq xx.xx.2023-cü il təyin edilmiş və D069 saylı Müqavilənin digər şərtləri olduğu kimi saxlanılmışdır. Cavabdeh2 tərəfindən öhdəliklər lazimi qaydada yerinə yetirilməmişdir və lizinq üzrə gecikmə və hesablanmış cərimələr mövcuddur. Lizinq alan tərəfindən xx.xx.2021-ci il tarixli, D069 Saylı müqavilə üzrə borc xx.xx.2023-cü il tarixinədək bağlanmalı və müvafiq ödənişlər edilməli idi. Hazırkı tarixə (xx.xx.2025-ci il) olan borc 24 470 (iyirmi dörd min dörd yüz yetmiş) ABŞ dolları təşkil edir. Müqavilənin 5.2ci bəndinə əsasən, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0.1 faizi məbləğində cərimə ödəməlidir. Bu xüsusata əsasən, hesablanmış cərimə məbləği 9 400 (doqquz min dörd yüz) ABŞ dolları olmaqla, cəmi 33 870 (otuz üç min səkkiz yüz yetmiş) ABŞ dolları borc mövcuddur. Sözügedən X5 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.5-ci bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin Müqavilənin 2.2ci bəndinə əsasən, müqavilənin müddəti müqavilə imzalandığı gündən etibarən başlayır və tərəflər öz öhdəliklərini tamyerinə yetirənə qədər qüvvədə olur. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə görə Lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır. Cavabdehlərə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə, yazılı bildirişlər göndərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021- ci il tarixli, D069 Saylı X5 ləğv edilməsi; (lizinq və alqı-satqı müqavilələrinin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin (Cavabdeh2 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi; ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi; Lizinq obyekti olan mənzilin - ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Musayeva iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Cavabdeh2 iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədə icarəyə verilmək məqsədilə mənzilin ona lizinqə verilməsini xahiş etmişdir.
9. İddiaçı MMC (alıcı) və X6 (satıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı tərəfindən lizinq obyekti olan mənzil (ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 136.1 kv.m, yaşayış sahəsi 72.4 kv.m, yardımçı sahəsi 63.7 kv.m olan 3 otaqlı mənzil) N.Hənifəyevadan satın alınmışdır.
10. İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D069 saylı X7 əsasən lizinq verən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür.
11. Müqavilənin 1.2-ci bəndinə görə lizinq alanın ilkin maliyyə öhdəliyi 91000 (doxsan bir min) manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun hesabalanacaq məbləğdə ödənilir.
12. Müqavilənin 5.2-ci bəndinə görə lizinq ödənişi vaxtında edilməzsə, lizinq verən gecikdirilən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0.1 %-i həcmində cərimə ödəməlidir.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməlidir.
14. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına görə ünvan 3 ünvanında yerləşən mənzil cavabdeh (lizinq alan) tərəfindən istifadəyə qəbul edilmişdir.
15. xx.xx.2021-ci il tarixli 069 X13 X1 uzadılması barədə əlavənin birinci bəndinə əsasən D069 saylı X5 2.1-ci bəndi dəyişdirilərək müqavilənin bitmə müddəti daha 12 (on iki) ay uzadılaraq xx.xx.2023-cü il təyin edilmişdir.
16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 3 mülkiyyət hüququ ilə (tam pay) İddiaçı MMC-yə məxsusdur (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2021).
17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak 12 (on iki) ay müddətinə Cavabdeh2 xeyrinə yüklü edilmiş, hüququ yüklü edilən şəxs İddiaçı MMC olmuşdur (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2021).
18. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 0154/25 nömrəli arayışına görə müqavilə üzrə Cavabdeh2 hazırda müqavilə üzrə əsas borcu 24470 ABŞ dolları, cərimə borcu 9400 ABŞ dolları olmaqla, cəmi borc 33870 ABŞ dolları təşkil edir.
19. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
20. Belə ki, iddia üç hissədən ibarətdir: 1. Lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyektinin boşaldılması; 2. Lizinqin dövlət qeydiyyatının ləğv edilməsi.
21. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli D069 X13 müqaviləsi bağlanmışdır. Lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
25. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
26. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
27. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
28. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
29. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
30. Lizinq müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəlikləri icra etməmişdir, belə ki, xx.xx.2025-ci il tarixə (xəbərdarlıqda göstərilən tarix) cavabdehin müqavilə üzrə ödənilməmiş əsas borcu 24470 ABŞ dolları, cərimə borcu 9400 ABŞ dolları olmaqla, cəmi borc 33870 ABŞ dolları təşkil edir.
31. İddiaçı müqavilənin ləğvi ilə bağlı Cavabdeh2 xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərməklə öz iradə ifadəsini bəyan etmişdir.
32. Məhkəmə araşdırması zamanı Cavabdeh2 öhdəliklərini pozmasını müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı hazırda lizinq müqaviləsinin ləğv edilməsini və lizinq obyekinin geri qaytarılmasını tələb etməkdə haqlıdır.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli D069 X13 müqaviləsi ləğv edilmiş hesab edilməli, lizinq obyekti olan mənzil boşaldılaraq iddiaçıya qaytarılmalıdır.
34. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.
35. Belə ki, hazıkı halda tərəflər arasında olan lizinq müqaviləsi ləğv edilmiş hesab edildiyi üçün iddiaçı lizinqin dövlət qeydiyyatının ləğv edilməsini də tələb etməkdə haqlıdır.
36. Materiallardan görünür ki, lizinq obyekti iddiaçının mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində lizinqlə yüklü edilmişdir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-5-ci maddəsinə əsasən lizinq müqaviləsinin obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalıdır.
38. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli D069 X13 müqaviləsi ləğv edilmiş hesab edilməli, cavabdeh tərəfindən lizinq predmeti olan mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməli, əmlak üzərində Cavabdeh2 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D069 X13 müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh2 tərəfindən lizinq predmeti olan mənzil - ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Lizinq predmeti olan mənzil - ünvan 3 üzərində Cavabdeh2 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilsin. Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova