Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5927/2025 06.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9748 (doqquz min yeddi yüz qırx səkkiz) manat, 96 (doxsan altı) qəpik əsas borcun, 584 (beş yüz səksən dörd) manat, 40 (qırx) qəpik cərimənin və ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumunun Cavabdehndən alınıb İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 02 may 2024cü il tarixində GTG/022/24 № li xidmət müqaviləsi bağlanılmışdır. Xidmət müqaviləsi əsasında göstərdiyimiz xidmətlərə görə9748 (doqquz min yeddi yüz qırx səkkiz) manat, 96 (doxsan altı) qəpik borclu tərəfindən təsdiqlənmişdir. Lakin cavabdeh artıq uzun müddətdir ki, borc məbləğini ödəməkdən boyun qaçırmağa davam edir. Odur ki, müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətni də n 9748 (doqquz min yeddi yüz qırx səkkiz) manat, 96 (doxsan altı) qəpik borcun İddiaçınə ödənilməsini tələb edirlər. Azərbaycan Respublikasının Mülkü Prosesual Məcəllənin150.1.6.cı maddəsinə əsasən və həmin məcəllənin 150.2. maddəsinin təlbinə uyğun olaraq cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınması üçün cavabdehə pretenziya verilmişdir. (Cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilmişdir.) Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına çalışarkən, cavabdehə göndərilən rəsmi pretenziya məktubunda qeyd olunan borcu ödəməli olduğu barədə xəbərdarlıq etmişik, əks halda məhkəməyə müraciət edəcəyimizi və çəkdiyimiz bütün xərclərin cavabdeh tərəfindən ödənilməli olduğunu tələb edəcəyimizi bildirmişik. Cavabdeh isə şifahi olaraq borcu ödəyəcəyinə söz versə də, faktiki olaraq yenə də aldığımalın pulunu ödəməmiş və petenziyaya hər hansı rəsmicavab verməmişdir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin150.2-ci maddəsinə görə, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir ) tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmişdir və göndərildiyini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmişdir. Xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, sifarişçi xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür. Müqavilə üzrə götürdüyünüz öhdəliyə görə, hesablaşmalar tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən, növbətiayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Lakin bu günə qədər borc məbləği ödənilməmişdir. Müqavilənin 4.4-cü bəndinə görə, ödəniş 30 (otuz) iş günündən artıq müddətdə gecikdirildiyi halda, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1 (sıfır tam onda bir) % miqdarında cərimə hesablanır. Təhvil-təslim aktlarına müvafiq olaraq gecikdirilmiş ödənişlər üçün son 60 günə görə, cərimə məbləği aşağıdakı şəkildə hesablanacaqdır: 9748,96 0,1% = 9,74 9,74 60 gün = 584,40 (cərimə məbləği) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansımüqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qanun tələblərinə və müqavilə şərtlərinə zidd olaraq,cavabdeh ödənişi etmədiyi üçün faktiki olaraq mənim hüquqlarımı pozmuş və mənə zərər vurmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edlməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 02 may 2024-cü il tarixində GTG/022/24 № li xidmət müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri (bundan soma «Xidmət») göstərməyi öz öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətlərin sifarişi Sifarişçi tərəfindən verilir.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı Sifarişçinin sifariş verdiyi xidmətləri həyata keçirir (işi icra edir).
11. Müqavilənin 2.3-cü bəndinə əsasən icraçı bu Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir.
12. Müqavilənin 2.4-cü bəndinə əsasən icraçının yerinə yetirdiyi işlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Təhvil-təslim aktı imzalanmaqla Sifarişçi tərəfindən təhvil alınır.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçinin vəzifələri:
14. Müqavilənin 3.1.1-ci bəndinə əsasən xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə (materiallarla) təmin edib, İcraçının sərəncamına vermək;
15. Müqavilənin 3.2-ci bəndinə əsasən işi icrasından sonra Təhvil-təslim aktına əsasən təhvili almaq;
16. Müqavilənin 3.1.3-cü bəndinə əsasən göstərilmiş xidmətlərin dəyərini ödəmək;
17. Müqavilənin 3.1.4-cü bəndinə əsasən xidmətlərin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini İcraçıya ödəmək;
18. Müqavilənin 3.1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələr;
19. Müqavilənin 3.2-ci bəndinə əsasən icraçının vəzifələri:
20. Müqavilənin 3.2.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulan qaydada Sifarişçinin müəyyən etdiyi xidmətləri həyata keçirmək;
21. Müqavilənin 3.2.2-ci bəndinə əsasən xidmət göstərdiyi yeri mühafizə etmək;
22. Müqavilənin 3.2.3-cü bəndinə əsasən xidmətin göstərilməsi ilə əlaqədar Sifarişçiyə məlumat vermək;
23. Müqavilənin 3.2.4 bəndinə əsasən xidməti layiqincə yerinə yetirib Sifarişçiyə Təhviltəslim aktına əsasən təhvil vermək;
24. Müqavilənin 3.2.5-ci bəndinə əsasən xidmət müddəti 2 ay və ya daha uzun müddət olarsa, xidmət göstərilən texnika və/və ya avadanlığın demobilizasiya xərcini İcraçı tərəf qarşılayır.
25. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti aym ilk 3 (üç) iş günü ərzində göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında Təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.
26. Müqavilənin 4.2-ci bəndinə əsasən Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş bayram günləri və ya əlverişsiz hava şəraitindən asılı olaraq təyin olunmuş sahədə xidmətlər göstərilmədiyi halda həmin təqvim günləri iş günü kimi qeydə alınıb, hesablanacaq.
27. Müqavilənin 4.3-cü bəndinə əsasən hazırki Müqavilə üzrə hesablaşmalar Tərəflər arasında imzalanmış Təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
28. Müqavilənin 4.4-cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqım 30 (otuz) iş günündən artıq müddətdə İcraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1 (sıfır tam onda bir) % miqdarında cərimə ödəyir.
29. Müqavilənin 4.5-ci bəndinə əsasən hesablaşma Azərbaycan manatı (AZN - m) ilə aparılacaq.
30. Müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədə qalır.
31. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin müddətinin bitməsinə ən azı 10 (on) iş günü qalmış bu Müqaviləyə xitam yermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, Müqavilənin müddəti növbəti 12 (on iki) ay müddətinə uzadılmış hesab edilir.
32. Müqavilənin 6.1-ci bəndinə əsasən icraçı bu Müqavilədə nəzərdə tutulan xidmətlərin vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyət daşıyır.
33. Müqavilənin 6.2-ci bəndinə əsasən icraçı Sifanşçüıin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.
34. Müqavilənin 6.3-cü bəndinə əsasən sifarişçi öz öhdəliyinin icrasım Təhvil-təslim aktı imzalandığı tarixdən etibarən 30 (otuz) iş günündən artıq müddətdə yerinə yetirmədiyi, gecikdirdiyi təqdirdə İcraçı işi dayandırır və buna görə hər hansı bir məsuliyyət daşımır.
35. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1 №-li Qiymətlərin Razilaşdırılması protokoluna əsasən Frontal yükləyici texnikası ilə xidmətin göstərilməsi üçün xidmət haqqı Ədv daxil 4720 manat müəyyən edilmişdir.
36. Xidmətlərin təhvil verilməsi barədə xx.xx.2024-cü il tarixli 1 №-li təhvil təslim aktına əsasən 4665,76 manat məbləğində, xx.xx.2024-cü il tarixli 2 №-li təhvil-təslim aktına əsasən 4175,49 manat məbləğində, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 907,72 manat məbləğində işlər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
37. Malların, xidmətlərin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli EBEE 091054 saylı e-qaiməyə əsasən 4665,76 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********02 saylı e-qaiməyə əsasən 4175,48 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********22 saylı e-qaiməyə əsasən 907,71 manat məbləğində iddiaçı tərəfindən cavabdehə e-qaimələr göndərilmişdir.
38. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
39. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
40. Məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, iddiaçı müqavilədə nəzərdə tutulan nəqliyyat vasitəsi ilə cavabdehə xidmətlər göstərib. Müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
42. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
44. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
45. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
46. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
48. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
49. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
51. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
52. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
53. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
54. İddiaçı iddia edir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər yerinə yetirilərək cavabdehə təhvil verilsə də, 3 qaimə üzrə cavabdeh tərəfindən ödəniş edilməmişdir.
55. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsas borc hissəsində təqdim olunmuş sübutlarla müqavilə, təhvil-təslim aktları, e-qaimələr ilə təsdiqini tapdığı üçün 02 may 2024-cü il tarixində GTG/022/24 № li xidmət müqaviləsi üzrə 9748,96 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
56. Bundan əlavə iddiaçı müqavilənin 4.4-cü bəndinə istinad edərək 584,40 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
57. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
58. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
59. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
60. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (9748,96 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq 487 manat məbləğində müəyyən edilməlidir.
61. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 121 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
62. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş 121 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 9748,96 manat əsas borc, 487 manat dəbbə pulu olmaqla cəmi 10.235,96 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 121 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova