Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-598/2023 28.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Agora Bakü" MMC-yə qarşı icarə müqaviləsinin ləğvi və qeyriyaşayış sahəsinin boşaldılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilməklə, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər pros. 87 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası DƏDRXnin ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Neftçilər pros. 87 ünvanda yerləşən 267,2, m2 sahəsi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-yə icarəyə verilməsinə dair 10 iyun 2021-ci il tarixli 3M-1118 saylı icarə müqaviləsi rəsmiləşdirilmişdir. Lakin, Cavabdeh MMC icarə müqaviləsinin şərtlərini pozaraq uzun müddət icarə haqlarını ödəmədiyinə görə, cavabdehə pretenziya göndərilmiş və nəticədə mediasiya mərhələsində cavabdehlə “28” yanvar 2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Bu barışıq sazişi imzalandıqdan sonra, Cavabdeh MMC yenidən barışıq sazişinin və icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq, ərizəçinin mülkiyyətində olan icarə obyektindən istifadə etməsinə və faydalanmasına baxmayaraq, icarə haqlarını hazıra qədər ödəməmişdir. Bu səbəbdən, ərizəçi məhkəməyə müraciət edərək, məhkəmə qaydasında da barışıq sazişinin təsdiq edilməsi və icarə haqqlarının ödənilməsinə dair icraya yönəldilməsinə nail olmuşdur (qətnamə əlavə edilir). Lakin, cavabdeh hazıra qədər icarə haqqlarının ödənilməsindən yayınır və onun külli miqdarda icarə borcu yaranmışdır. İddiaçı eyni zamanda, cavabdehə icarə müqavilənin ləğv edilməsi və icarə obyektinin boşaldılaraq, ona təhvil verilməsi barədə 1 ay qabaqcadan xəbərdarlıq etmiş və həmçinin bununla əlaqədar cavabdehə müvafiq pretenziya məktubu da göndərmişdir. Göndərilmiş xəbərdarlıq və pretenziya məktublarına cavab olaraq, cavabdeh yazılı məktub göndərmiş və barışıq sazişindən sonra iddiaçıya icarə haqqlarının həqiqətən ödəmədiyini açıq etiraf etmiş, icarə haqlarını bundan sonra da ödəyə bilməyəcəyini və hətta icarə obyektini başqa şəxslərə icarəyə vermək niyyətində olduğunu,əldə edəcəyi vəsaitlə isə borclarını bağlayacağını bildirmişdir. Dəfələrlə edilən müraciətlərə baxmayarq, cavabdeh hazıra qədər icarə obyektini boşaldılmasını təmin etmir, vəziyyətdən sui-istifadə edir və iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqda davam edir. Eyni zamanda, iddiaçı icarə obyektinin boşaldılaraq, ona təhvil verilməsi tələbi ilə mediasiya təşkilatına da müraciət etmiş, lakin, cavabdehlə işin mediasiya vasitəsilə həlledilməsi də mümkün olmamışdır. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 5.2.2-ci bəndinə əsasən icarəçi icarə haqqını vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. Tərəfimizdən təqdim edilmiş sənədlərə, o cümlədən cavabdehin bunu etiraf etməsinə dair pretenziya məktubuna cavab olaraq təqdim etdiyi məktuba əsasən cavabdeh müqavilənin 5.2.2-ci bəndinin tələblərini uzun müddətdir ərzində pozmuşdur və hazırda da pozmaqda davam edir. İcarə müqaviləsinin 7.2-ci bəndinə əsasən “İcarəyə verən 1 (bir) ay qabaqcadan icarəçini yazılı qaydada xəbərdarlıq etməklə, birtərəfli qaydada müqaviləni ləğv edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh “Agora Bakü" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən çıxarışdan və sonuncu tərəfindən verilən texniki pasportdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 87 ünvanında yerləşən 267,2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. 10 iyun 2021-ci il tarixli 3M-1118 nömrəli İddiaçı ilə cavabdeh “Agora Bakü" MMC arasında bağlanmış icarə müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 87 ünvanında yerləşən 267,2 m2 sahəsi olan qeyri-yaşayış sahəsini “Agora Bakü" MMC-nin istifadəsinə verir, “Agora Bakü" MMC isə icarə müqaviləsinin şərtlərinə əsasən icarə haqqını İddiaçı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsinin 5.2.2-ci bəndinə əsasən icarəçi icarə haqqını vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. İcarə müqaviləsinin 7.2-ci bəndinə əsasən “İcarəyə verən 1 (bir) ay qabaqcadan icarəçini yazılı qaydada xəbərdarlıq etməklə, birtərəfli qaydada müqaviləni ləğv edə bilər. xx.xx.2022-ci il tarixli Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən verilən icra vərəqəsindən görünür ki, ərizəçi İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilərək icraya yönəldilmiş, barışıq sazişinin 2.1 və 2.3-cü maddələrindən görünür ki, tərəflər öz aralarında bağlanmış 10 iyun 2021-ci il tarixli 3M-1118 saylı icarə müqaviləsinin şərtlərinin olduğu kimi davam etdirməyə razıdırlar, "xxxx" MMC öhdəsinə götürür ki:- icarəyəverənə olan cari və yığılmış borcunu ödəmək üçün vicdanla bütün səylərini səfərbər edərək əlindən gələni edəcək 01 may 2022-ci ildən başlayaraq icarə müqaviləsində nəzərdə tutulmuş cari aylıq icarə haqqını gecikdirmədən, müqavilədə nəzərdə tutulmuş məbləğdə və qaydada ödəyəcək, 01 may 2022-ci ildən başlayaraq növbəti 12 ay ərzində həmin vaxtadək yığılmış 100800 manat borcunu maddi imkanlarının əl verdiyi şəkildə birdəfəlik və ya hissə-hissə icarəyəverənə ödəyəcək və 01 may 2023-cü ildə həmin borc tam bitmiş olacaq. 14 dekabr 2022-ci il tarixli Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən qəbul edilən icraata başlamaq haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixli Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən verilən icra vərəqəsi üzrə icra hərəkətlərinə başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 700.1 və 700.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş 10 iyun 2021-ci il tarixli 3M-1118 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 87 ünvanında yerləşən 267,2 m2 sahəsi olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə icarəyə verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tərəflər arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmış və sözügedən barışıq sazişi Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq edilərək icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmişdir. Barışıq sazişinin müddəalarında göründüyü kimi, cavabdeh 01 may 2022-ci il tarixdən başlayaraq icarə müqaviləsində nəzərdə tutulmuş cari aylıq icarə haqqını gecikdirmədən, müqavilədə nəzərdə tutulmuş məbləğdə və qaydada 01 may 2022-ci il tarixdən başlayaraq növbəti 12 ay ərzində həmin vaxtadək yığılmış 100800 manat borcunu birdəfəlik və ya hissə-hissə ödəməyi və 01 may 2023-cü il tarixdə həmin borcu tam ödəməyi öhdəsinə götürsə də, icarə haqqı borcunu ödəməyərək tərəflər arasında bağlanmış 10 iyun 2021-ci il tarixli 3M-1118 nömrəli icarə müqaviləsinin şərtlərini pozmuşdur. Göründüyü kimi tərəflərin arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarə müqaviləsi bağlanmış, icarədar üzərinə düşən öhdəliyi yerinə yetirsə də, icarəçi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş belə ki, Cavabdeh MMC icarə müqaviləsinin şərtlərinə görə aylıq ödənişləri etmədiyinə görə tərəflərin arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmış, lakin yaranan borc ödənilmədiyinə görə sözügedən barışıq sazişi Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq edilərək icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmişdir. Bununla yanaşı cavabdeh 2022-ci ilin mayın 01dən cari aylıq icarə haqqının gecikdirilmədən ödənilməsi öhdəliyini öz üzərinə götürsə də, həmin tarixdən heç bir ödəniş etməmiş və bununla da müqavilədə nəzərdə tutulmuş şərtləri pozmuşdur. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 10 iyun 2021-ci il tarixli 3M-1118 nömrəli icarə müqaviləsi ləğv edilməli, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 87 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaqla, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 10 iyun 2021-ci il tarixli 3M-1118 nömrəli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 87 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaqla, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-598/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-598/2023
28.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver