Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6910/2025 18.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, avans məbləği) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçın xeyrinə 695 230, 23 AZN (ƏDV daxil) məbləğində qalıq avans vəsaitinin geri qaytarılması və iddianın təmin olunması ilə əlaqədar dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC (VÖEN19: ********) ilə "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs (VÖEN:**********) arasında xx.xx.2023-cü il tarixində Şuşa şəhəri, mərkəzi küçə ərazisində yerləşən FD-04 nömrəli qeyri-yaşayış binasının tikintisi işlərinin satınalınması üzrə mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən, İcraçıya 1 132 923, 23 (bir milyon yüz otuz iki min doqquz yüz iyirmi üç manat 23 qəpik) AZN (ƏDV daxil) avans ödənişi edilmişdir. Müqavilənin 13.2-ci bəndinə əsasən, avans yalnız müqavilənin icrası ilə bağlı məqsədlərə-avadanlıq, qurğu, materialların alınması və onların səfərbər edilməsi üçün istifadə edilməli idi. İcraçı avansın istifadəsini müvafiq sənədlərlə əsaslandırmalı və onların surətlərini Sifarişçiyə təqdim etməli idi. Eyni zamanda, müqavilənin 1 nömrəli əlavəsinin (xüsusi şərtlər) 2.6-cı bəndinə əsasən, İcraçı müqavilənin imzalandığı tarixdən 10 ay ərzində işləri yüksək keyfiyətlə yerinə yetirməli və görülən işlərə 24 ay zəmanət verməli idi. Lakin müqavilə müddətinin üç dəfə uzadılmasına baxmayaraq müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, iş həcmləri cədvəlinin bir çox bölmələri üzrə faktiki iş görülməmiş və təqdim edilmiş avans müqaviləyə uyğun əsaslandırılmamışdır. Bu səbəbdən, 695230,23 AZN (ƏDV daxil) məbləğində avansın geri qaytarılması ilə bağlı Cavabdeh MMC-yə 5 (beş) iş günü müddətli pretenziya məktubu göndərilmişdir. Lakin qarşı tərəf göstərilən müddətdə tələbi yerinə yetirməmiş və məbləği könüllü qaydada ödəməmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçın xeyrinə 695230,23 AZN (ƏDV daxil) məbləğində tutulmamış qalıq avans vəsaitinin, 985,23 (doqquz yüz səksən beş) manat dövlət rüsumunun, 2560 (iki min beş yüz altmış) manat vəkil xidmətlərinə görə ödənilmiş xidmət haqqının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC (VÖEN:**********) ilə "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs arasında (VÖEN:**********) arasında xx.xx.2023-cü il tarixində Şuşa şəhəri, mərkəzi küçə ərazisində yerləşən FD-04 nömrəli qeyri-yaşayış binasının tikintisi İşlərinin satınalınması üzrə mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanılmışdır. Müqavilənin ümumi dəyəri 5 664 616,15 (beş milyon altı yüz altmış dörd altı yüz on altı) manat təşkil etmişdir. Müqavilə üzrə Sifarişçi "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” X4 tərəfindən Cavadehə 1 132 923, 23 (bir milyon yüz otuz iki min doqquz yüz iyirmi üç manat 23 qəpik) AZN (ƏDV daxil) avans ödənişi edilmişdir. Tərəflər arasında cəmi dəyəri 2 426 671,45 (iki milyon dörd yüz iyirmi altı min altı yüz yetmiş bir) manat olan işlərin icrası ilə bağlı təhvil-təslim aktı imzalanmışdır. Eyni zamanda bu yuxarıda qeyd edilən təsdiq edilmiş işlər üzrə tutulmasız icra edilən ödənişlərin cəmi dəyəri 1 988 978,46 (bir milyon doqquz yüz səksən səkkiz min doqquz yüz yetmiş səkkiz) manat təşkil edir. Beləliklə, İddiaçı tərəfindən Cavabdehə cəmi 3 121 901,69 (üç milyon yüz iyirmi bir min doqquz yüz bir) manat ödəniş icra edilmişdir. Təsdiq edilmiş işlərə görə isə ödənişlərdən tutulmuş cəmi avansın dəyəri 437 693 (dörd yüz otuz yeddi min altı yüz doxsan üç) manat, ödənilmiş və tutulmamış avans qalığının dəyəri isə 695 230,23 (altı yüz doxsan beş min iki yüz otuz) manat təşkil edir. Müqavilənin 13.2-ci bəndinə əsasən, avans yalnız müqavilənin icrası ilə bağlı məqsədlərə-avadanlıq, qurğu, materialların alınması və onların səfərbər edilməsi üçün istifadə edilməli idi. İcraçı avansın istifadəsini müvafiq sənədlərlə əsaslandırmalı və onların surətlərini Sifarişçiyə təqdim etməli idi. Eyni zamanda, müqavilənin 1 nömrəli əlavəsinin (xüsusi şərtlər) 2.6-cı bəndinə əsasən, İcraçı müqavilənin imzalandığı tarixdən 10 ay ərzində işləri yüksək keyfiyətlə yerinə yetirməli və görülən işlərə 24 ay zəmanət verməli idi. Lakin müqavilə müddətinin üç dəfə uzadılmasına baxmayaraq müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, iş həcmləri cədvəlinin bir çox bölmələri üzrə faktiki iş görülməmiş və təqdim edilmiş avans müqaviləyə uyğun əsaslandırılmamışdır. Bu səbəbdən, 695230,23 AZN (ƏDV daxil) məbləğində avansın geri qaytarılması ilə bağlı Cavabdeh MMC-yə 5 (beş) iş günü müddətli pretenziya məktubu göndərilmişdir. Lakin qarşı tərəf göstərilən müddətdə tələbi yerinə yetirməmiş və məbləği könüllü qaydada ödəməmişdir. Həmçinin İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən, 985,23 (doqquz yüz səksən beş) manat dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən Arbitrium Vəkil Bürosunun vəkili Vəkil ilə imzalanmış EM-1383VK-52572/25 saylı, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, sonuncuya iddaçının məhkəmədə təmsil etmək, qanuni hüquq və maraqlarının qorunması üçün xx.xx.2025-ci il tarixində 1280 manat, xx.xx.2025-ci il tarixində isə 1280 manat olmaqla, cəmi 2560 (iki min beş yüz altmış) manat vəkil xidmət haqqı ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış satınalma müqaviləsinə əsasən:
10. Müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Şuşa səhəri, mərkəzi küçə ərazisində yerləşən FD-04 nömrəli qeyri-yaşayış binasının tikintisi işlərinin satınalınması üzrə, ƏDV daxil, 5.664.616,15 AZN məbləğində tender təklifini qəbul etmişdir.
11. Müqavilənin 2.2-ci maddəsinə əsasən icraçı, müqavilədə və müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan işləri icra etməyi öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının tender təklifinə və bu müqavilədə (Əlavələr daxil olmaqla) göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir.
12. Müqavilənin 2.3-cü maddəsinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
13. Müqavilənin 2.4-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır.
14. Müqavilənin 5.1-ci maddəsinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir.
15. Müqavilənin 5.2-ci maddəsinə əsasən icraçı müqavilənin icraçı ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır. İcraçının bü cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir.
16. Müqavilənin 5.4-cü maddəsinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.
17. Müqavilənin 5.5-ci maddəsinə əsasən sifarişçi müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş hüquqi və təşkilati məsələlərin həllini, ona aid olan icazələrin və razılaşmaların alınmasını təmin edir.
18. Müqavilənin 13.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
19. Müqavilənin 13.2-ci maddəsinə əsasən sifarişçi satınalma müqaviləsinin yerinə yetirilməsi üçün icraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 20 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə Azərbaycan Respublikasının ilk onluqdakı reytinqli banklarından bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi İlə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. Avans Ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalır, onun məbləği isə görülən işlərin müqabilində azaldıla bilər. İcraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi (avadanlıqların, qurğuların, materialların və onların səfərbər edilməsi xərclərinin ödənilməsi) üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçiyə təqdim etməlidir. İcraçı avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Sifarişçi bu cür sorğuya 3 bank günü müddətində cavab verməlidir.
20. xx.xx.2023-cü il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə 01 №-li Əlavəyə əsasən müqavilə üzrə görüləcək ümumi işlərin dəyəri 5664616,15 manat məbləğində müəyyən edilmişdir.
21. 07 avqust 2023-cü il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə dair 1 №-li Əlavə Razılaşmaya əsasən xx.xx.2023-cü il tarixli 1 №-li Əlavə Razılaşmada müqavilənin icra müddəti 10 (on) ay müəyyən olunsa da, obyektiv səbəblərə görə, yəni Şuşa şəhərində dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, iqlim şəraiti ilə bağlı layihənin icra müddətində uzanma yaranmışdır. Müqavilənin icra müddəti: İcraçı razılaşmanın 2-ci paraqrafında göstərilən şərtləri yerinə yetirdiyi təqdirdə müqavilənin icra müddəti xx.xx.2024-cü il tarixədək müəyyən olunur.
22. 07 avqust 2023-cü ii tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə dair 2 №-li Əlavə Razılaşmaya əsasən tərəflər 07 avqust 2023-cü il tarixli "Mallar (işlər və xidmətlər) üzrə satınalma Müqaviləsinə xx.xx.2024-cü il tarixli 1 nömrəli Əlavə razılaşmasının 1-ci paraqrafında dəyişiklik edilərək müqavilənin icra müddətinin xx.xx.2024cü il tarixinədək uzadılmasını qəbul edirlər.
23. 07 avqust 2023-cü il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə dair 3 №-li Əlavə Razılaşmaya əsasən tərəflər razılaşır ki, 07 avqust 2023-cü il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviİəsinin icrası zamanı obyektiv səbəblərə görə, yəni FD04 layihəsi ilə bağlı alınmış rəydə işlərin icrası zamanı məlum olmuşdur ki, layihə ilə həcm arasında nəzərə çarpan dərəcədə fərqlər var. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinə İşlərin uyğunlaşdırılması ilə əlaqədar müraciət edilməsi səbəbindən işlərin icrasında gecikmələr olmuşdur ki, Müqavilənin 21-ci bəndinin tələblərinə uyğun olaraq Qarşısı alınmaz qüvvələrin təsirini nəzərə alaraq layihənin icra müddəti 30 mart 2025-ci il tarixədək təkrar uzadılmalıdır.
24. Yerinə yetirilmiş işlərin qəbul Aktlarına əsasən 2023-2024-cü illəri əhatə edən dövr üzrə 2426671,45 manat məbləğində işlər Cavabdeh tərəfindən İddiaçınə təhvil verilmişdir.
25. Cavabdeh tərəfindən İddiaçınə görülmüş işlərə dair 2023-2024-cü illəri əhatə edən dövr üzrə 2426671,45 manat məbləğində e-qaimələr gömdərilmişdir.
26. Ödəniş tapşırıqlarına əsasən İddiaçı tərəfindən Cavabdeh hesabına ədv daxil cəmi 3616425,1 manat məbləğində ödənişlər edilmişdir.
27. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən mübahisələndirilən müqavilənin ümumi dəyəri-5664616,15 manat, müqavilə üzrə ilkin olaraq ödənilən avans dəyəri-1132923,23 manat, tərəflər arasında görülən işlərə dair təsdiqlənmiş Forma 2-nin dəyəri-2426671,45 manat, təsdiq edilmiş Forma 2-nin dəyəri üzrə tutulmasız icra edilən ödənişlərin cəmi dəyəri-1988978,46 manat, təsdiq edilmiş Forma 2-ə əsasən tutulmuş avans dəyəri-437693 manat, ödənilmiş və tutulmamış avans qalığının dəyəri 695230,23 manat, müqavilə üzrə edilməyən qalıq işin dəyəri-3237944,70 manat, müqavilə tam icra edildiyi halda ödəniləcək qalıq məbləğin cəmi dəyəri-2542714,46 manat, sifarişçi tərəfindən ödənilən cəmi ödənişin dəyəri-3121901,69 manat məbləğində müəyyən edilmişdir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
32. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
33. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
35. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
36. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
37. 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
38. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
39. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
40. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə işlərin satınalma müqaviləsi, yəni podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Şuşa səhəri, mərkəzi küçə ərazisində yerləşən FD-04 nömrəli qeyri-yaşayış binasının tikintisi işlərinin satınalınması üzrə, ƏDV daxil 5.664.616,15 AZN məbləğində tender təklifini qəbul etmişdir. İddiaçı tərəfindən cavabdehin hesabına ədv və avans (1132923,23 manat) məbləğləri daxil olmaqla cəmi 3616425,1 manat məbləğində ödənişlər edilmişdir. Cavabdeh tərəfindən müəyyən qədər işlər icra edilərək iddiaçıya təhvil verilsə də, bəzi işlər bugünə kimi icra edilməmiş qalmışdır. İddiaçı da qalıq qalmış 695.230,23 manat avans məbləğinin geri qaytarılmasını xahiş edir. Cavabdehin EMİS-də e-kabineti mövcüd olsa da, heç bir məhkəmə iclasında iştirak etməmiş, nə də iddia ərizəsinə/iddia məbləğinə hər hansı etirazını bildirməmişdir.
41. Məhkəmə qeyd edir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.
42. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla –müqavilə, işlərin qəbul aktı, e-qaimələr və ödəniş sənədləri ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 695230,23 manat avans məbləğinin geri qaytarılmasına dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
43. Beləliklə, 695230,23 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
44. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 985,23 manat dövlət rüsumu və 2560 manat vəkil xərci ödənilmişdir.
45. Azərbaycan Respublikası MPM-in:
46. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
48. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
50. Məhkəmə qeyd edir ki, iddia avans tələbi hissəsində təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq 985,23 manat məbləğində pul vəsaiti və 1500 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən ədv daxil 695.230,23 manat məbləğində avans vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 985,23 manat və vəkil xərcinin əvəzi olaraq 1500 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova