Məhkəmə qərarları › İş №e-2-2(113)-694/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-694/2024

04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-694/2024 04.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Şahmarova Hicran Ağacavad qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: vurulmuş ziyanın ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X3 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı Şahmarova Hicran Ağacavad qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi tam mülkiyyət üzrə Hicran Şahmarovaya məxsusdur.

2. "xxxx" MMC (icarəçi) ilə Şahmarova Hicran Ağacavad qızı (icarəyəverən) arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini aylıq 2000 manat müqabilində icarəçinin istifadəsinə verməyi, icarəçi isə xx.xx.2024-cü il tarixinədək icarəyə götürməyi və bunun müqabilində icarəyə verənə müqavilə ilə razılaşdırılmış miqdarda icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

3. Şahmarova Hicran Ağacavad qızı icarə müqaviləsinin 7-ci bəndinə istinad edərək müqaviləyə xx.xx.2021-ci il tarixdən birtərəfli qaydada xitam verilməsi barədə Elllıs Catering” MMC-yə xx.xx.2021-ci il tarixdə bildiriş göndərmişdir. Bundan sonra 2021-ci ilin iyun ayının sonunda Elllıs Catering” MMC icarə sahəsindən çıxarılmışdır.

4. Bundan sonra Şahmarova Hicran Ağacavad qızı (icarəyə verən) ilə "xxxx" MMC və X8 arasında 25 oktyabr 2021-ci il tarixli icarə müqavilələri bağlanmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv.m olan qeyri-yaşayış sahəsinin 199,9 kv.m hissə aylıq 2600 manat müqabilində "xxxx" MMC-yə, 190 kv.m hissəsi isə 2400 manat icarə haqqı müqabilində X5 icarəyə verilmişdir. Şahmarova Hicran Ağacavad qızı ilə "xxxx" MMC və X8 arasında 25 oktyabr 2021-ci il tarixli icarə müqavilələri bağlanmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv.m olan qeyri-yaşayış sahəsinin 199,9 kv.m hissə aylıq 2600 manat müqabilində "xxxx" MMC-yə, 190 kv.m hissəsi isə 2400 manat icarə haqqı müqabilində X5 icarəyə verilmişdir. Hazırda da icarə obyekti "xxxx" MMC və X1.

5. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli, 2- 2(113)-1491/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Şahmarova Hicran Ağacavad qızına qarşı maneələrin aradan qaldırılması, avadanlıqların qaytarılması tələbinə dair iddia tələbi qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş, cavabdeh Şahmarova Hicran Ağacavad qızına məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh Şahmarova Hicran Ağacavad qızı tərəfindən iddiaçı "xxxx" MMC-nin çıxarılmasının qeyri-qanuni hesab edilməsi, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş, cavabdeh Şahmarova Hicran Ağacavad qızına məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı "xxxx" MMC-nin istifadəsi ilə bağlı cavabdeh Şahmarova Hicran Ağacavad qızı tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 910/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi qətnamə dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı Cavabdeh1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC və X8 tərəfindən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının istifadə hüququnun həyata keçirilməsinə yaradılan məhdudiyyətlərin aradan qaldırılması və cavabdehlərin həmin qeyri-yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2283/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-914/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

8. İddiaçı "xxxx" MMC cavabdeh Şahmarova Hicran Ağacavad qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Şahmarova Hicran Ağacavad qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin müddətinin 1 il 10 ay müddətinə, yəni 15 noyabr 2025-ci il tarixinə qədər uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2303/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. 10."xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli QR-009-23 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş zərərin bazar dəyəri 340000 manat müəyyən edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

11. İddiaçı Şahmarova Hicran Ağacavad qızı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin ona vurduğu zərərin dəyəri olan 340000 manat pulun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında bağlanmış 15 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən, ümumisahəsi 389,9 kv.m. olan qeyri-yaşayış sahəsini həmin tarixdən cavabdehə icarəyə vermişdi. 2021-ci ilin may ayında cavabdehə iki dəfə yazılı xəbərdarlıq göndərərək, onunla olan icarə münasibətlərinə 15 iyun 2021-ci il tarixdən xitam verdiyimi, ən geci 01 iyul 2021-ci il tarixədək icarəyə götürülmüş qeyri-yaşayış sahəsini boşaldaraq ona təhvil verməsini istəmişdi. Cavabdeh xx.xx.2021-ci il tarixdə icarə obyektini boşaldaraq, oradan çıxmışdır. Lakin, cavabdeh qeyri-yaşayış sahəsindən çıxarkən ona qarşı qəzəbli olduğundan, əmlaklarını qəsdən məhv edərək, ona külli miqdarda zərər vurdu. Hesab edir ki, cavabdehin əmlakına qəsdən vurduğu zərərin dəyəri ondan alınaraq, ona ödənilməlidir. İddia ərizəsinə əlavə etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyindən müəyyən olunur ki, bu zərərin dəyəri 340000 manat təşkil edir.

13. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir.

14. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi (əlavə cavabdehin cəlb edilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh1 MMC və MMC-nin təsisçisi Cavabdeh2 ona vurduqları zərərin dəyəri olan 340000 manat pulun cavabdehlərdən tutularaq, ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı Şahmarova Hicran Ağacavad qızının Cavabdeh1 MMC-yə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır.

b) İddiaya qarşı etirazın dəlilləri

16. Cavabdeh1 MMC iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. İndiki halda, cavabdehlər tərəfindən iddiaçıya ziyan vuracaq heç bir əməl törədilməmişdir və buna görə də törədilməmiş bir əmələ görə hər hansı bir nəticənin, o cümlədən ziyanın olmasına dair iddia irəli sürmək tamamilə əsassızdır. İddia ərizəsindən də göründüyü kimi iddiaçı onun əmlakına cavabdehlər tərəfindən ziyan vurulmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh1 MMC (İcarəçi) ilə Şahmarova Hicran Ağacavad qızı (İcarəyə verən) arasında xx.xx.2021 -ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən İcarəyə verən ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə verməyi, icarəçi isə 15.01,2024-cü il tarixinədək icarəyə götürməyi və bunun müqabilində icarəyə verənə müqavilə ilə razılaşdırılmış miqdarda icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin, müqavilədə nəzərdə tutulmuş icarə müddəti başa çatmamış xx.xx.2021-ci il tarixdə Şahmarova Hicranın etibarnamə üzrə nümayəndəsi və digər şəxslər icarə obyektinə daxil olaraq Cavabdeh1 MMC-nin nümayəndələrini icarə obyektindən zor ilə çıxartmış və qeyriyaşayış sahəsinin qapılarının qıfıllarını sındırılmaq yolu ilə açarlarını dəyişdirmişdir. Hicran Şahmarovanın qanunsuz hərəkətləri nəticəsində xx.xx.2021-ci il tarixdə bağlanılmış müqavilənin şərtləri kobudcasına pozulmuş və Cavabdeh1 MMC istifadə hüququndan məhrum edilmişdir. Bundan sonra Cavabdeh1 MMC öz istifadə hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı bəlli olmuşdur ki, Şahmarova Hicran Ağacavad qızı Cavabdeh1 MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin qüvvədə olmasına baxmayaraq, "xxxx" MMC və X8 ilə 25 oktyabr 2021-ci il tarixli 2 ayrı icarə müqaviləsi bağlayaraq ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin bir hissəsini "xxxx" MMC-yə, digər hissəsini isə X5 icarəyə vermişdir. Verilmiş iddianın nəticəsində Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edərək Hicran Şahmarovanın hərəkətlərini qeyri-qanuni hesab etmiş və Cavabdeh1 MMC-nin mübahisə predmeti olan obyektə dair istifadə hüququnun bərpa edilməsini qət etmişdir. Şərh edilənlərdən də göründüyü kimi Hicran Şahmarova sözügedən icarə müqaviləsini kobud surətdə pozduğu üçün və Cavabdeh1 MMC-nin nümayəndələrini icarə obyektindən zor ilə çıxartdığı üçün məhkəmə Hicran Şahmarovanın hərəkətlərini qeyri-qanuni hesab etmiş və Cavabdeh1 MMC-nin mübahisə predmeti olan obyektə dair istifadə hüququnun bərpa edilməsini qət etmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Buna baxmayaraq Hicran Şahmarova sözügedən məhkəmə qətnaməsini bu günə qədər qərəzli olaraq icra etməmiş və icarə obyektini digər şəxslərə, yəni qeyri-yaşayış sahəsinin bir hissəsini "xxxx" MMCyə, digər hissəsini isə X5 icarəyə vermişdir. Məhz sözügedən icra vərəqəsini icra etməyən Hicran Şahmarova cavabdehlərə qarşı “dəymiş ziyanın ödənilməsi”nə dair əsassız iddia irəli sürməklə icra vərəqəsinin icrasından yayınmağa, Cavabdeh1 MMC-ni sözügedən icra sənədinin icrasını tələb etmək və bunun üçün müvafiq tədbirlər görməkdən çəkindirməyə cəhd göstərir. Yuxarıda da qeyd edildiyi kimi 25 oktyabr 2021-ci il tarixli icarə müqavilələri əsasında sözügedən qeyri-yaşayış sahəsi "xxxx" MMC və X4 istifadəsinə verilmişdir. Bu hal bir daha təsdiq edir ki, Cavabdeh1 MMC artıq 3 ilə yaxın müddətdir ki, həmin qeyriyaşayış sahəsindən istifadə etmir, həmin qeyri-yaşayış sahəsinin faktiki istifadəçisi "xxxx" MMC və X6r. Belə olan təqdirdə Cavabdeh1 MMC-nin həmin qeyri-yaşayış sahəsinə ziyan vurması qeyri-mümkündür.

18. Cavabdeh2 da iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin təsisçisidir. O şirkətin təsisçisi olsa da, şirkətin idarəetmə orqanlarında təmsil olunmur və Cavabdeh2 Şahmarova Hicran Ağacavad qızı və Cavabdeh1 MMC arasında olan mülki hüquqi mübahisələrə heç bir aidiyyəti yoxdur. Hüquqi şəxsin təsisçilərinin məsuliyyətinin müəyyən olunması qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 46-cı maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələgəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 87.1 -ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. İddia ərizəsindən də göründüyü kimi tələb iddiaçıya maddi ziyanın vurulması ilə bağlıdır və bu tələb Cavabdeh1 MMC-nin “dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər”ə aid olmadığı üçün təsisçinin məsuliyyətindən söhbət gedə bilməz. Digər tərəfdən, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. İndiki halda, cavabdehlər tərəfindən iddiaçıya ziyan vuracaq heç bir əməl törədilməmişdir və buna görə də törədilməmiş bir əmələ görə hər hansı bir nəticənin, o cümlədən ziyanın olmasına dair iddia irəli sürmək tamamilə əsassızdır. İddia ərizəsindən də göründüyü kimi iddiaçı onun əmlakına cavabdehlər tərəfindən ziyan vurulmasını təsdiq edən heç bir mötəbər sübut göstərməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh1 MMC (İcarəçi) ilə Şahmarova Hicran Ağacavad qızı (icarəyə verən) arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə verməyi, icarəçi isə 15.01,2024-cü il tarixinədək icarəyə götürməyi və bunun müqabilində İcarəyə verənə müqavilə ilə razılaşdırılmış miqdarda icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilədə nəzərdə tutulmuş icarə müddəti başa çatmamış xx.xx.2021-ci il tarixdə Hicran Şahmarovanın etibarnamə üzrə nümayəndəsi və digər şəxslər icarə obyektinə daxil olaraq Cavabdeh1 MMC-nin nümayəndələrini icarə obyektindən zor ilə çıxartmış və qeyri-yaşayış sahəsinin qapılarının qıfıllarını sındırılmaq yolu ilə açarlarını dəyişdirmişdir. Hicran Şahmarovanın qanunsuz hərəkətləri nəticəsində xx.xx.2021-ci il tarixdə bağlanılmış müqavilənin şərtləri kobudcasına pozulmuş və Cavabdeh1 MMC istifadə hüququndan məhrum edilmişdir. Bundan sonra Cavabdeh1 MMC öz istifadə hüquqularının bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı bəlli olmuşdur ki, Şahmarova Hicran Ağacavad qızı Cavabdeh1 MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin qüvvədə olmasına baxmayaraq, "xxxx" MMC və X8 ilə 25 oktyabr 2021-ci il tarixli 2 ayrı icarə müqaviləsi bağlayaraq ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin bir hissəsini "xxxx" MMC-yə, digər hissəsini isə X5 icarəyə vermişdir. Verilmiş iddianın nəticəsində Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edərək Hicran Şahmarovanın hərəkətlərini qeyri-qanuni hesab etmiş və Cavabdeh1 MMC-nin mübahisə predmeti olan obyektə dair istifadə hüququnun bərpa edilməsini qət etmişdir. Şərh edilənlərdən də göründüyü kimi Hicran Şahmarova sözügedən icarə müqaviləsini kobud surətdə pozduğu üçün və Cavabdeh1 MMC-nin nümayəndələrini icarə obyektindən zor ilə çıxartdığı üçün məhkəmə Hicran Şahmarovanın hərəkətlərini qeyri-qanuni hesab etmiş və Cavabdeh1 MMC-nin mübahisə predmeti olan obyektə dair istifadə hüququnun bərpa edilməsini qət etmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Buna baxmayaraq Hicran Şahmarova sözügedən məhkəmə qətnaməsini bu günə qədər qərəzli olaraq icra etməmiş və icarə obyektini digər şəxslərə, yəni qeyri-yaşayış sahəsinin bir hissəsini "xxxx" MMCyə, digər hissəsini isə X5 icarəyə vermişdir. Məhz sözügedən icra vərəqəsini icra etməyən Hicran Şahmarova cavabdehlərə qarşı “dəymiş ziyanın ödənilməsi”nə dair əsassız iddia irəli sürməklə icra vərəqəsinin icrasından yayınmağa, Cavabdeh1 MMC-ni sözügedən icra sənədinin icrasını tələb etmək və bunun üçün müvafiq tədbirlər görməkdən çəkindirməyə cəhd göstərir. Yuxarıda da qeyd edildiyi kimi 25 oktyabr 2021-ci il tarixli icarə müqavilələri əsasında sözügedən qeyri-yaşayış sahəsi "xxxx" MMC və X4 istifadəsinə verilmişdir. Bu hal bir daha təsdiq edir ki, Cavabdeh1 MMC artıq 3 ilə yaxın müddətdir ki, həmin qeyriyaşayış sahəsindən istifadə etmir, həmin qeyri-yaşayış sahəsinin faktiki istifadəçisi "xxxx" MMC və X6r. Belə olan təqdirdə Cavabdeh1 MMC-nin həmin qeyri-yaşayış sahəsinə ziyan vurması qeyri-mümkündür.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

21. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin cavabdehlərin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qeyd olunan tarixdə səhhəti ilə bağlı yaranan problem səbəbindən baxış iclasında iştirak edə bilməyəcəyini, bununla bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

22. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

23. X2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o həmin obyektdə 2019-cu ilil fevral ayından barista vəzifəsində işləmişdir. Karantin rejimi elan edildiyi üçün obyekt bir müddət işləmədi. Karantindən sonra obyekt fəaliyyətini davam etdirdi. Sonradan obyekt bağlandı. Şahid B.Quliyev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, karantindən sonra obyektdə Cavabdeh1 MMC fəaliyyət göstərirdi. Obyekt ona görə bağlandı ki, oranı işlədən şəxs cəmi 1-2 ay oranı normal vəziyyətdə işlətdi. Lakin sonradan obyektə aid olmayan bəzi yeməklər, içkilər, reklamlar obyektin nüfuzunu aşağı salınmasına səbəb olmuşdur. İcarəyə verən şəxslə icarəçi arasında narazılıq yaranmışdır. İcarəyə verən icarəçiyə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etsə də icarəçi bununla razılaşmadı. Obyektdə olan əmlakın 30-40%-i pis vəziyyətdə idi. Qırılan qablar çox idi, onları bərpa etmirdilər. Həmin gün obyektin yiyəsi Natiq müəllim gəlmişdir və obyektin videoçəkilişini apardı. Obyekti işlədən Cəmil adlı şəxs həmin ərəfədə xəstə olduğu üçün obyektə gəlmirdi, lakin kimsə ona obyektdə videoçəkilişin aparılacağı barədə xəbər vermişdi və o, həmin günü gəlmişdir. Bir qədər söhbət etdikdən sonra onların arasında mübahisə yarandı və Cəmil çıxıb getdi. Cəmil obyektdən çıxmağa razı deyildi. Daha sonra obyekt bağlandı. Natiq müəllim dəfələrlə onlara zəng edib, əşyaları gəlib götürməyi bildirirdi, çünki oranı təmir etdirmək istəyirdi. Lakin heç kim gəlib əşyaları götürmədi. Demək olar ki, icarəçi obyektdən məcbur çıxarıldı. Onun fikrincə, Cəmil qabaqcadan bilirdi ki, obyektdən çıxacaq, çünki bununla bağlı ona dəfələrlə xəbərdarlıq edilmişdir. Qırılan qablar bahalı qablar idi, mebel əşyalarına, avadanlığa da zərər dəymişdir. Məsələn, soyuducu sıradan çıxanda onu təmir elətdirmirdilər.

c) Maddi sübutların tədqiq edilməsi

24. Məhkəmə iclasında iş materiallarında olan flash-diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, icarə obyekti olan obyektə icarəyə verənin nümayəndəs tərəfindən baxış keçirilmiş və icarə sahəsində yerləşən avadanlıq və mebellərin pisləşməsi, qab-qacaqların bir hissəsinin qırılmış vəziyyətdə olması və s. hallar müşahidə edilmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

25. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

26. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

27. AR Mülki Məcəlləsinin: – 46-cı maddəsinə görə hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. - 87.1-ci maddəsinə görə bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 697.4-cü maddəsinə görə kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. -700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

29. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

30. Azərbaycan Rüspublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair tarixli qərarına əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

31. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC (icarəçi) ilə iddiaçı Şahmarova Hicran Ağacavad qızı (icarəyə verən) arasında xx.xx.2021ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini aylıq 2000 manat müqabilində icarəçinin istifadəsinə vermişdir. xx.xx.2021-ci il tarixdə Şahmarova Hicran Ağacavad qızı müqaviləyə xx.xx.2021-ci il tarixdən birtərəfli qaydada xitam verilməsi barədə Cavabdeh1 MMC-yə bildiriş göndərmişdir. 2021-ci ilin iyun ayının sonlarında icarəçi Elllis Catering” MMC icarə sahəsindən çıxarılmışdır (Göstərilən hallar Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1491/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir).

33. Bundan sonra Şahmarova Hicran Ağacavad qızı (icarəyə verən) ilə "xxxx" MMC və X8 arasında 25 oktyabr 2021-ci il tarixli icarə müqavilələri bağlanmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv.m olan qeyri-yaşayış sahəsinin 199,9 kv.m hissə aylıq 2600 manat müqabilində "xxxx" MMC-yə, 190 kv.m hissəsi isə 2400 manat icarə haqqı müqabilində X5 icarəyə verilmişdir. Şahmarova Hicran Ağacavad qızı ilə "xxxx" MMC və X8 arasında 25 oktyabr 2021-ci il tarixli icarə müqavilələri bağlanmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv.m olan qeyri-yaşayış sahəsinin 199,9 kv.m hissə aylıq 2600 manat müqabilində "xxxx" MMC-yə, 190 kv.m hissəsi isə 2400 manat icarə haqqı müqabilində X5 icarəyə verilmişdir. Hazırda da icarə obyekti "xxxx" MMC və X1.

34. Hazırda iddiaçı Şahmarova Hicran Ağacavad qızı Cavabdeh1 MMC qeyri-yaşayış sahəsindən çıxarkən ona qarşı qəzəbli olduğundan, əmlaklarını qəsdən məhv edərək, ona külli miqdarda zərər vurduğunu bildirir və ona məxsus həmin sahədə olan əmlaklarının məhv edilməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 340.000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən və onun təsisçisi Cavabdeh2 onun xeyrinə tutulmasını xahiş edir.

35. Cavabdehlər isə yuxarıda da qeyd edildiyi kimi 25 oktyabr 2021-ci il tarixli icarə müqavilələri əsasında sözügedən qeyri-yaşayış sahəsinin "xxxx" MMC və X4 istifadəsinə verildiyini və Cavabdeh1 MMC artıq 3 ilə yaxın müddətdir ki, həmin qeyri-yaşayış sahəsindən istifadə etmədiyini, həmin qeyri-yaşayış sahəsinin faktiki istifadəçilərinin "xxxx" MMC və X8 olduğundan Cavabdeh1 MMC-nin həmin qeyri-yaşayış sahəsinə ziyan vurmasının qeyri-mümkün olduğunu əsas göstərərək iddiaya etiraz edirlər.

36. Məhkəmə əvvəla iddianın Cavabdeh1 MMC-yə qarşı olan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətində icarəyə verən olan iddiaçı Şahmarova Hicran Ağacavad qızı icarəçi olan Cavabdeh1 MMC-dən sonuncunun icarə müqaviləsinə əsasən icarə obyektindən istifadə etdiyi dövrdə həmin obyektə vurduğu zərərin əvəzinin ödənilməsini tələb edir.

37. Mülki Məcəllənin 697.4-cü maddəsində kirayəyə verənin (icarəyə verənin) kirayəyə verilmiş (icarəyə verilmiş) əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları üçün icarə verənin əşyanı geri aldığı vaxtdan hesablanan 6 aylıq kəsici müddət müəyyən edilmişdir.

38. Hazırkı halda icarə obyekti olmuş ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 2021-ci ilin iyun ayının sonundan icarəyə verənə (iddiaçıya) qaytarılması işin mübahisəsiz halı olduğundan və iddiaçı hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə, yəni icarəçi icarə sahəsini geri qaytardığı tarixdən təxminən iki il yarım sonra məhkəməyə müraciət etdiyindən iddiaçının hazırkı iddia qaldırılarkən Mülki Məcəllənin 697.4-cü maddəsində nəzərdə tutulmuş kəsici müddəti buraxması açıq-aşkardır.

39. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkilinin irəli sürdüyü tərəflər arasında çoxsaylı məhkəmə mübahisələri(o cümlədən icarə sahəsindən çıxarılmanın qanunsuz hesab edilməsinə dair cavabdehin iddiası üzrə mübahisə) mövcud olduğundan hazırkı iddianı vaxtında qaldırmaması barədə dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, əvvəla tərəflər arasında başqa məhkəmə mübahisələrinin mövcudluğu iddiaçı tərəfindən hazırkı iddianın irəli sürülməsinə mane olan obyektiv amil hesab edilə bilməz.

40. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair tarixli qərarında formalaşdırılmış hüquqi mövqedən də göründüyü kimi iddia müddətlərindən fərqli olaraq kəsici müddətlər dayandırılmadığından və ya kəsilmədiyindən iddiaçının istinad etdiyi halın Mülki Məcəllənin 697.4-cüü maddəsində nəzərdə tutulmuş müddətin kəsilməsinə və ya dayandırılmasına səbəb olması istisna olunur.

41. İddianın digər Cavabdeh2 qarşı olan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin şəxsə münasibətdə iddiasının faktiki və hüquqi əsasını göstərməmişdir.

42. İddiaçının Cavabdeh2 qarşı hazırkı iddiasını Cavabdeh1 MMC-nin təsisçisi qismində sonuncunun MMC-nin vurduğu ziyana görə məsuliyyət daşımalı olması mövqeyindən çıxış edərək qaldırdığını ehtimal etsək qeyd edilməlidir ki, birincisi, Cavabdeh2 etirazında qeyd etdiyi kimi hazırkı tələb Cavabdeh1 MMC-nin “dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər” ilə bağlı olmadığı üçün MMC-nin təsisçisi kimi Cavabdeh2 həmin öhdəliyə görə məsuliyyət daşıması istisna olunur.

43. İddianın Cavabdeh2 qarşı olan hissəsinə iddiaçının mülkiyyətində olan əmlaka Cavabdeh1 MMC ilə yanaşı şəxsən Cavabdeh2 tərəfindən də zərər vurulması əsası ilə qaldırılmış tələb kimi yanaşsaq isə qeyd edilməlidir ki, iddiaçı H.Şahmarova ilə Cavabdeh2 arasında müqavilə münasibətləri mövcud olmadığından həmin hissədə iddianın qanuni əsasını Mülki Məcəllənin 1096,1097-ci maddələri təşkil edir.

44. Məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, mülki qanunvericiliyin normalarını pozan əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin.

45. Hazırkı halda iddiaçının mülkiyətində olan qeyri-yaşayış sahəsinə maddi zərərin Cavabdeh2 törətdiyi mülki qanunvericiliyin normalarını pozan əməl nəticəsində vurulması iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, Cavabdeh2 qarşı olan hissədə də iddia əsassız olmaqla rədd edilməlidir.

46. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Şahmarova Hicran Ağacavad qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar