Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1386/2023 11.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdeh "xxxx" LTD MMC-yə qarşı “cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək abunə borcu 348 manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manatın cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək abunə borcu 348 manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manatın cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı iddia ərizəsində Cavabdeh MMC-nin ünvanı olaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti, Giross market ünvanını göstərmiş və bunda da haqlı olmamışdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin hüquq ünvanı ünvan 2vabdehin ünvanını düzgün müəyyən etməmiş, qanunvericiliyin tələbi baxımından da hazırki tələbə cavabdehin ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki cavabdehə qarşı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki iddia tələbinə cavabdehin qeydiyyat ünvanı üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaldıır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, hazırki iş üzrə iddia tələbinin borcun ödənilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə (348 manat) uyğun olaraq 30 manat təşkil edir. Buna baxmayaraq iddiaçı tərəfindən 20 manat mediasiya xərci ödənilmiş, qalan 10 manat dövlət rüsumu ödənilməmiş və bunu təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Yenidən ümumi qaydada (Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarına riayət edilməklə) aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi halda dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi zəruridir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh "xxxx" LTD MMC-yə qarşı “cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək abunə borcu 348 manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manatın cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1386/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1386/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver