Məhkəmə qərarları › İş №e-2-2(119)-1528/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1528/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1528/2025 10.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qəhrəmanova Nərminə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 Firudin oğlunun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icra olunmamış müqavilə üzrə 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində əsas borc, 940 (doqquz yüz qırx) manat məbləğində maddi ziyan və Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən hesablanmış 472,5 (dörd yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 10862,5 (on min səkkiz yüz altmış iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 23 yanvar 2024-cü il tarixli 10 nömrəli Turizm xidmətlərinə dair müqavilə imzalanmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən Cavabdeh MMC müştərilərin turist səfərinə hazırlanması, zəruri sənədlərin təmin edilməsi, viza dəstəyinin verilməsi, turistlərin sığortalanması, onlara əldə etdikləri turizm xidmətləri barədə doğru və tam məlumat verilməsinə görə məsuliyyət daşıyır. Qeyd olunan xidmətlərin göstərilməsi müqabilində 14- 17 may 2024-cü il tarixlərini əhatə edən Bakı–İstanbul–Bakı marşrutu üzrə 15 nəfərlik aviabiletin ümumi dəyəri tərəflər arasında 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində razılaşdırılmışdır. Təqdim edilmiş bank rekvizitlərinə uyğun olaraq ümumilikdə 9450 (doqquz min dörd yüz əlli) manat vəsait İddiaçı MMC tərəfindən tam şəkildə ödənilmişdir: xx.xx.2024-cü il tarixdə – 3000 (üç min) manat; xx.xx.2024-cü il tarixdə – 500 (beş yüz) manat; xx.xx.2024-cü il tarixdə – 2800 (iki min səkkiz yüz) manat; xx.xx.2024-cü il tarixdə – 3150 (üç min yüz əlli) manat. Lakin bu günə qədər Cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləri heç bir şəkildə yerinə yetirilməmiş, nəzərdə tutulan 15 nəfər üçün aviabiletlər təqdim olunmamış, xidmətlərin heç biri göstərilməmişdir. Müqavilənin icrası ilə bağlı dəfələrlə müraciətlər edilməsinə baxmayaraq cavabdeh tərəfindən könüllü şəkildə heç bir addım atılmamış, müqavilə öhdəliklərinin icrası təmin edilməmişdir. Nəticə etibarilə 23 yanvar 2024-cü il tarixində bağlanmış 10 nömrəli “Turizm xidmətlərinə dair” müqavilənin faktiki icrası baş tutmamış, müştərilər qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməməsi səbəbindən İddiaçı MMC zəruri tədbirlər görməyə məcbur olmuşdur. Belə ki, nəzərdə tutulmuş Bakı–İstanbul–Bakı marşrutu üzrə 15 nəfərlik aviabiletin təmin edilməsi məqsədilə "xxxx" MMC tərəfindən alternativ olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə razılıq əldə olunmuşdur. Müvafiq razılaşma çərçivəsində 10 may 2024-cü il tarixində "xxxx" MMC-yə 10390 (on min üç yüz doxsan) manat məbləğində vəsait ödənilməklə, 15 nəfərlik aviabilet təmin edilmişdir. Beləliklə, Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin icra olunmaması, İddiaçı MMC-nin əlavə maliyyə xərclərinə məruz qalmasına səbəb olmuşdur. Əgər Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etsəydi, İddiaçı MMC həmin aviabiletləri əvvəlcədən razılaşdırılmış 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində əldə edəcəkdi. Lakin müqavilənin icrasız qalması nəticəsində İddiaçı MMC alternativ xidmət üçün əlavə olaraq 940 (doqquz yüz qırx) manat artıq xərc çəkməyə məcbur olmuşdur. Cavabdeh tərəfin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranmış bu maddi fərq birbaşa dəymiş zərər kimi qiymətləndirilməli və cavabdeh tərəfindən tam şəkildə ödənilməlidir. Həmçinin, cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 9450 (doqquz min dörd yüz əlli) manat əsas borc, 940 (doqquz yüz qırx) manat maddi ziyan və həmin borc üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hesablanacaq Mərkəzi Bankın uçot dərəcəsinə əsasən faiz məbləği də tam şəkildə İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı 26 avqust 2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində göstərildiyi kimi cavabdeh borc məbləğini ödəməmişdir. Ödənişlərin gecikdirildiyini və bu günədək heç bir ödəniş həyata keçirilmədiyini nəzərə alaraq, cavabdeh yalnız əsas borcu deyil, həm də gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Əsas borcun məbləği 9.450 (doqquz min dörd yüz əlli) manat təşkil edir. Hesablamalara görə gecikdirilmiş müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış illik beş faizlə hesablanmış faiz məbləği 472,5 (dörd yüz yetmiş iki manat əlli qəpik) manat müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən icra olunmamış müqavilə üzrə 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində əsas borc, 940 (doqquz yüz qırx) manat məbləğində maddi ziyan, 472,5 (dörd yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 10862,5 (on min səkkiz yüz altmış iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. O, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan biletlərdəki şəxslərin İddiaçınə heç bir aidiyyəti olmadığını qeyd etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi Vəkil2 izahatında göstərmişdir ki, Cavabdeh olmamalıdır. Belə ki, Cavabdeh İddiaçı ilə müqavilə münasibətlərini birbaşa deyil, üçüncü şəxs X4 vasitəsilə həyata keçirmişdir. Cavabdeh şirkət olaraq nə onların qarşı tərəflə əlaqəsi olmuş, nə də iddiaçının onlarla əlaqəsi olmuşdur. X4 iki şirkət arasında vasitəçilik həyata keçirmişdir. İddiaçı tərəfindən ödənişlər Cavabdeh bank hesabına ödənilmişdir. Cavabdeh X4 tərəfindən göstərilən müştərilərə biletləri almış, hesab-fakturasını göndərmişdir. Hesab-fakturanın üzərində neçə bilet alındığı, nə qədər ödəniş həyata keçirilməli olduğu qeyd olunmuşdur. Həmin şəxslərin İddiaçı əməkdaşları və yaxud müştəriləri olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. X4 barədə İddiaçı rəhbəri müvafiq hüquq mühafizə orqanına müraciət etmiş və X1 hazırkı iddia tələbində göstərilən məbləği mənimsədiyini bildirmişdir. Bununla bağlı cinayət işinin başlanması rədd olunmuş və mülki xarakterli olduğu bildirilmişdir. X4 öz izahatında müqavilə münasibətlərinin onun tərəfindən həyata keçirildiyini, cavabdeh tərəfindən təqdim olunan biletin onun öz müştəriləri üçün alındığını, lakin ödənişin şirkət tərəfindən həyata keçirildiyini bildirmişdir. İddiaçı özü də zərərin Cavabdeh tərəfindən deyil, X4 tərəfindən vurulduğunu hesab etmiş, ona görə də hüquq mühafizə orqanlarına müraciət etmişdir. Cavabdeh hər hansı məsuliyyəti yoxdur. 10 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh qanuni təmsilçisi Nümayəndə izahatında göstərmişdir ki, tərəflər arasındakı müqavilə münasibətləri X4 vasitəsilə həyata keçirilmişdir. İddiaçı bütün sifarişləri X4 vasitəsilə vermişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, tərəflərin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi İddiaçı ilə icraçı Cavabdeh arasında bağlanmış turizm xidmətlərinə dair 23 yanvar 2024-cü il tarixli 010 nömrəli müqaviləyə əsasən sifarişçinin müraciətinə əsasən icraçı “aviabiletlərin bronlaşdırılması, satışı və dəyişdirilməsi; otel və mənzillərin, sanatoriyaların bronlaşdırılması, ekskursiyaların təşkili, avtomobillərin icarəsi (sürücü daxil və xaric), qonaqlar üçün transfer xidmətinin təşkili, ölkədaxili turların təşkili; beynəlxalq marşrutlar üzrə individual və qrup şəklində səyahət turlarının təşkili; viza dəstəyi; səyahət sığortalarının rəsmiləşdirilməsi, ölkəyə giriş dəvətnamələrinin verilməsi və s. xidmətlərin ilin bütün günləri və günün 24 saatı göstərilməsini, sifarişçi isə bu xidmətlərin qarşılığının ödənilməsini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh MMC hər ayın 1-dən 31-dək göstərdiyi xidmətlər üçün müvafiq müddət bitdikdən sonra 5 gün ərzində sifarişçiyə rəsmi hesab və üzləşmə aktı təqdim edir. Sifarişçi öz növbəsində aktda qeyd olunan perioddan 15 gün ərzində bank vasitəsilə müvafiq ödənişi həyata keçirir. İş materiallarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 3000 manat məbləğində aviabilet satışı ilə bağlı xx.xx.2024-cü il tarixli EBDX seriyalı 507925 nömrəli, 500 manat məbləğində aviabilet satışı ilə bağlı xx.xx.2024-cü il tarixli EBDX seriyalı 961340 nömrəli, 2800 manat məbləğində aviabilet satışı ilə bağlı xx.xx.2024-cü il tarixli EBDX seriyalı 961358 nömrəli və 3150 manat məbləğində aviabilet satışı ilə bağlı xx.xx.2024-cü il tarixli EBEB seriyalı 931325 nömrəli elektron qaimə-fakturalar göndərilmişdir. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 23 yanvar 2024-cü il tarixli 010 nömrəli müqaviləyə əsasən 3000 manat məbləğində avans ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 23 yanvar 2024-cü il tarixli 010 nömrəli müqaviləyə əsasən 500 manat məbləğində avans ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 23 yanvar 2024-cü il tarixli 010 nömrəli müqaviləyə əsasən 2800 manat məbləğində avans ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 23 yanvar 2024-cü il tarixli 010 nömrəli müqaviləyə əsasən 3150 manat məbləğində avans ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 01 avqust 2024-cü il tarixli qərarından görünür ki, X5 X1 onun 9450 manat məbləğində pul vəsaitini ələ keçirməsi barədə müraciəti üzrə araşdırma aparılmış və araşdırmanın nəticəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, material üzrə izahatı alınmış X4 bildirmişdir ki, 2019-cu ildən "Ömür Travel" turizm şirkətinin direktoru vəzifəsində işləyir. Rəhbərlik etdiyi şirkətin işi vətəndaşlara turizm xidməti göstərməkdən ibarətdir. 2024-cü ilin yanvar ayında əvvəllər tanımadığı şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə zəng vuraraq özünü Elvira xanım kimi təqdim edərək İddiaçı MMC-nin əməkdaşı olduğunu və şirkətin əməkdaşlarına bilet almaq istədiyini bildirmişdir. O, Elvira xanıma qiymətlər barədə məlumat vermiş, Elvira xanım isə şirkətin mühasibi Nicat adlı şəxsin onunla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə saatdan sonra İddiaçı MMC-nin mühasibi Nicat adlı şəxs "Whatsapp" mesajlaşma programı vasitəsi ilə onunla əlaqə saxlamış və bildirmişdir ki, ödənişi kart vasitəsi ilə deyil, VÖEN hesabına köçürmə yolu ilə edəcəklər. Bundan sonra o, turizm qrupunda olan Cavabdeh turizm şirkətinin direktoru Nümayəndələ əlaqə saxlamışdır. Nümayəndə şirkətin məlumatlarını ona göndərmiş və qarşı tərəfin korporativ şirkət olduğu halda qarşılıqlı şəkildə müqavilə bağlamaq lazım olduğunu bildirmişdir. Nümayəndə müqaviləni hazırlayıb elektron formada imzalı şəkildə göndərmiş, o isə həmin müqaviləni Nicat adlı şəxsə təqdim etmişdir. 23 yanvar 2024-cü il tarixdə İddiaçı MMC-nin direktoru da müqaviləni imzaladıqdan sonra Nicat adlı şəxs müqaviləni Nümayəndə təqdim etməsi üçün Rəfail Dostəliyevə göndərmişdir. İddiaçı MMC-nin əməkdaşları üçün 2024-cü ilin may ayında nəzərdə tutulan uçuşa görə beh kimi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin ********** nömrəli hesabına 3000 (üç min) manat pul köçürülmüşdür. Rəfail Dostəliyev İddiaçı MMCnin əməkdaşlarının may ayında uçuş edəcəklərini nəzərə alıb həmin 3000 manat pula başqa şəxslərə bilet almışdır. Həmin biletlər "Fly Tour” MMC tərəfindən tərtib olunaraq ona göndərilmiş, bundan sonra o, Nümayəndələ danışıq aparmaq üçün Cavabdeh şirkətinə getmişdir. Nümayəndələ aralarında olan danışıq zamanı heç bir narahatlığın olmadığını və hər bir şeyə özünün cavabdeh olduğunu bildirmiş, həmçinin yaxın zamanda İstanbul istiqamətində 15 bilet sifariş olunacağını, bu barədə əvvəlcədən məlumat verəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Nümayəndə yenə də "Whatsapp" mesajlaşma proqramı vasitəsi ilə pasport göndərib bir bilet lazım olduğunu demiş və ödənişin şirkət tərəfindən ödəniləcəyini bildirmişdir. Eyni qayda ilə şirkətə qaimə göndərilmiş "xxxx" şirkətinin hesabına 500 manat pul köçürülmüşdür. Bilet isə elektron formada ona təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 2800 manat pul köçürülmüşdür. O, yenə də həmin pula başqa adamlara bilet sifariş etmişdir. İddiaçı MMC tərəfindən köçürülən pullarla başqa adamlara biletlər aldığından nə "Fly Tour” şirkətinin, nə də İddiaçı MMC-nin məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən 3150 manat Cavabdeh MMC-nin hesabına ödəniş olunmuşdur. Yəni əvvəlcədən əldə olunmuş razılıq əsasında 15 nəfərin ümumi 9450 manat ödənişi İddiaçı MMC tərəfindən "Fly Tour” turizm şirkətinə tam ödənilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən 3150 manat "xxxx" MMC-nin hesabına ödəniş olunan pula da o, başqa şəxslər üçün bilet almışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin əməkdaşı Elvira xanım ona zəng vuraraq şirkət tərəfindən sifariş olunan 15 əməkdaşın bileti barədə maraqlanmışdır. O, həmin biletləri başqa adamlara satdığını bildirməmiş, biletlərin qiymətinin qalxdığına görə biletləri ala bilmədiyini demişdir. Daha sonra isə İddiaçı MMC-nin mühasibi Nicat adlı şəxs ona zəng vuraraq biletləri ala bilmədiyi halda şirkət tərəfindən ödənilmiş 9450 manat pulu geri qaytarmasını istəmişdir. O, pulu may ayı ərzində qaytaracağını bildirdikdə, Nicat onunla razılaşmışdır. Məhkəmədə tədqiq edilmiş X4 ilə cavabdehin əməkdaşı arasındakı "Whatsapp" yazışmalarından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən Rəfail Dostəliyevin sifarişi əsasında iddiaçının əməkdaşı olmayan müxtəlif şəxslərin adına aviabiletlər alınmış və təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş X4 ilə iddiaçının əməkdaşı Elvira Babayeva arasındakı "Whatsapp" yazışmalarından müəyyən olunur ki, iddiaçının əməkdaşlarına məxsus pasport məlumatları Rəfail Dostəliyevə göndərilərək, Bakı-İstanbul-Bakı istiqamətində aviabiletlərin alınması məqsədilə Cavabdeh MMC-nin hesabına ümumilikdə 9450 manat məbləğində pul köçürülsə də, iddiaçının əməkdaşları üçün aviabiletlər satın alınmamışdır. İş materiallarından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən 16 nəfər üçün Bakı- İstanbul-Bakı istiqamətində turizm xidmətlərinin təşkilinin 10390 manat təşkil etməsi barədə 10 may 2024-cü il tarixli KP-1/209-02 nömrəli hesab faktura tərtib edilmişdir. İddiaçının nümayəndəsi vəkil X3 10 may 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iş materiallarında olan Whatsapp yazışmalarında Elvira Babayevanın ona bilet alınması ilə bağlı fikirlərinə münasibətdə bildirmişdir ki, şirkət rəhbərliyi təqdim edilmiş siyahı üzrə ad və soyadlar daxil edilməklə sistem üzərindən kimə bilet alınıb alınmadığını yoxlatdırmış, həmin anda Elvira Babayeva ilə eyni ad soyadda olan şəxsə aid bilet sistemdə olduğundan elə qənaətə gəlmişdir ki, ona bilet alınmışdır. Lakin sonradan məlum olmuşdur ki, Elvira Babayeva üçün hər hansı bilet alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 23 yanvar 2024-cü il tarixli 010 nömrəli “Turizm xidmətlərinə dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya turizm xidmətlərinin, o cümlədən aviabiletlərin bronlaşdırılması və satışı üzrə xidmətlərin göstərilməsini, iddiaçı isə göstərilən xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə ödəniş öhdəliyi tam şəkildə icra edilmiş, cavabdehin bank hesabına müxtəlif tarixlərdə ümumilikdə 9450 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən iddiaçının əməkdaşları üçün Bakı-İstanbul-Bakı marşrutu üzrə aviabiletlər təqdim edilməmiş, müqavilə üzrə nəzərdə tutulan xidmətlər faktiki olaraq göstərilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aviabiletlər isə iddiaçının əməkdaşlarına və ya müştərilərinə aid olmayan üçüncü şəxslərin adına rəsmiləşdirilmişdir ki, bu da müqavilə öhdəliklərinin lazımi qaydada icra edilmədiyini təsdiq edir. Cavabdehin öhdəliklərin icrasını üçüncü şəxs X4 vasitəsilə həyata keçirməsi isə onu müqavilə üzrə məsuliyyətdən azad etmir. Əvvəla, iş materiallarından aydın şəkildə müəyyən olunur ki, tərəflər arasında birbaşa müqavilə münasibətləri mövcuddur. Həmin müqavilədə X1 tərəf, icraçı, nümayəndə və ya məsul şəxs qismində iştirakını təsdiq edən hər hansı müddəa mövcud deyildir. Bu səbəbdən, cavabdehin müqavilə üzrə öhdəliklərinin icrasını üçüncü şəxsin davranışları ilə əlaqələndirməsi əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh X2 faktiki olaraq sifarişlərin ötürülməsi və icra prosesində vasitəçi kimi qəbul etmişdirsə, bu hal cavabdehin daxili riskləri çərçivəsində qiymətləndirilməlidir və iddiaçı üçün hər hansı hüquqi nəticə doğurmur. Bundan əlavə, iş materialları ilə sübuta yetirilmişdir ki, iddiaçı tərəfindən həyata keçirilmiş bütün ödənişlər birbaşa Cavabdeh MMC-nin bank hesabına köçürülmüşdür. Pul vəsaitlərinin cavabdehin hesabına daxil olması cavabdehin müqavilə üzrə icraya başlamaq öhdəliyinin yarandığını və iddiaçı qarşısında məsuliyyət daşıdığını açıq şəkildə təsdiq edir. İddiaçı tərəf müqaviləni bilavasitə cavabdehlə bağlamış, ödənişləri cavabdehin hesabına həyata keçirmiş və xidmətin də məhz cavabdeh tərəfindən göstərilməsini gözləmişdir. Bu səbəbdən, məhkəmə belə nəticəyə gəlir ki, X1 hərəkətləri cavabdehin iddiaçı qarşısında müqavilə üzrə məsuliyyətini aradan qaldıran və ya məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz və cavabdehin bu istiqamətdəki arqumentləri hüquqi əsasdan məhrumdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə üzrə ödənilmiş 9450 (doqquz min dörd yüz əlli) manat əsas borcun tutulması tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin “940 manat məbləğində maddi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə əlavə olaraq daha yüksək məbləğdə ödəniş edilməsi ilə bağlı yalnız hesab-faktura təqdim edilmişdir. Lakin həmin məbləğin faktiki ödənilməsini təsdiq edən bank sənədləri və ya digər mötəbər maliyyə sənədləri məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, maddi ziyanın mövcudluğu və məbləği mötəbər sübutlarla təsdiq edilmədiyindən, bu hissədə iddia tələbi sübuta yetirilmiş hesab edilmir və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2-ci maddəsinə görə aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə, habelə iddiaçının xəbərdarlığından sonra da öhdəliyini icra etmədiyindən, iddiaçı öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb etməkdə haqlıdır və əsas borc məbləği üzrə gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 472,5 (dörd yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində faiz borcu tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddia tələbinin “123 (yüz iyirmi üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 119,23 (yüz on doqquz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün vəkilə 500 (beş yüz) manat məbləğində xidmət haqqı və etibarnamə alınması üçün 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq ödənilmişdir. Odur ki, iddia tələbi hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının və etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində əsas borc, əsas borc məbləği üzrə gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 472,5 (dörd yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində faiz borcu, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və 119,23 (yüz on doqquz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10558,98 (on min beş yüz əlli səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində əsas borc, əsas borc məbləği üzrə gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 472,5 (dörd yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində faiz borcu, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və 119,23 (yüz on doqquz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10558,98 (on min beş yüz əlli səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar