Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-639/2020 25.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu İddiaçı X2 Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6237 (altı min iki yüz otuz yeddi) manat əsas borcun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.Məhkəmə iddia ərizəsini vəiş materiallarınıtədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsiniİddiaçı ASC tərəfindən xx.xx.2020-ci il tarixdə 1 il müddətinə verilmiş ASC/3-105 saylı etibarnamə əsasında nümayəndə Vəkil imzalamışdır. Məhkəmə qeyd edir ki, “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsus olan "İddiaçı" X2 yaradılması tapşırılmış, bundan sonra "İddiaçı" X3 yaradılaraq kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış və nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərmiş, o cümlədən cəmiyyətə məxsus kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılmasını həyata keçirmişdir. Azərbaycan Respublikası Prezidentinin İddiaçı X2 fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli 1137 №-li Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı X2 adı dəyişdirilərək “xxxxxxxxxx” X3 adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci hissəsində isə İddiaçı X2 kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçməsi müəyyən olunmuşdur. Həmin Fərmana əsasən qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərin altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti, lizinq müqavilələri üzrə hüquq və öhdəliklərin Agentliyin həyata keçirməsi ilə bağlı mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsi, habelə lizinq ödənişləri üzrə borcların yığılması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsinə əsasən ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar qəbul edir və fərmanda başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli Fərmanı xx.xx.2020-ci il tarixdə “Xalq qəzeti”ndə (№162) dərc edilmiş və qüvvəyə minmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 18.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş və normativ tənzimləmə predmeti olan məsələlər üzrə qəbul edilir. X1 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Belliklə, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən əvvəl iddia ərizəsini imzalamış nümayəndəVəkil müvafiq etibarnamə ilə iddia ərizəsini imzalamaq səlahiyyətini vermiş İddiaçı ASC-nin adı dəyişdirilərək “xxxxxxxxxx” ASC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli Fərmanına əsasən isə “xxxxxxxxxx” ASC-nin qüvvədə olan lizinq müqavilələri üzrə hər hansı bir hüquq və öhdəlikləri nəzərdə tutulmamışdır. Beləliklə də, hazırkı iş üzrə iddia ərizəsi onu imzalamağa səlahiyyəti olnayan şəxs tərəfindən imzalanmışdır. Mülki-Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.Həmin Məcəllənin 50.2ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Mülki-Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda- iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır.Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərlə yanaşı məhkəmə onu da əlavə etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cavabdehə mübahisənin məhkəməyə qədər həllinə dair xx.xx.2020-ci il tarixli ASC/P-905 saylı pretenziya məktubu cavabdehin qeydiyyatda olduğu və hazırkı iddia ərizəsində də onun ünvanı kimi qeyd edilmiş Qobustan rayonu,Bədəlli kəndinə deyil, Cəlilabad rayonu, M.F.Axundov küçəsi ev 81 ünvanına göndərilmiş və poçt orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Həmçinin, iş üzrə cavadehin qanunla müəyyən olunmuş qaydada fərdi sahibkar kimi qeydiyyatdan keçmiş fiziki şəxs olması barədə hər hansı sənəd də iddia ərizəsinə əlavə olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X2 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-639/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-639/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver