Məhkəmə qərarları › İş №e-2-2(121)-1060/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1060/2024

11.03.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1060/2024 11.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu İddiaçı (ərizədə “ərizəçi” kimi qeyd olunmuşdur) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “müflis elan edilmə və iflas prosesinə başlanılması tələbi”nə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyənetdi: İddiaçı (ərizədə “ərizəçi” kimi qeyd olunmuşdur) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “müflis elan edilmə və iflas prosesinə başlanılması tələbi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilməsi və borclarının ödənilməsi məqsədi ilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2018ci il tarixindən dövlət qeydiyyatına alınmışdır və nizamnamə kapitalının miqdarı 5 manat təşkil edir. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi X1 qızıdır və onun nizamnamə kapitalındakı payı 100 faiz təşkil edir. Cəmiyyətin direktor vəzifəsini də X1 icra edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti maliyyə vəsaiti və tələbin yönəldilə bilmədiyi əmlak olmadığına görə 01 mart 2024-cü il tarixində “müflis elan edilmə və iflas prossesinə başlanılması barədə” qərar qəbul etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında heç bir əmlak yoxdur. Cəmiyyətin vergilər üzrə dövlət büdcəsinə 415,31 manat əsas borc, 24,43 manat isə faiz borcu olmaqla ümumulikdə - 439,74 manat, Muzdla işlə əlaqədar MDSS haqqı üzrə 2635,28 manat əsas borc, 198,19 manat isə penya üzrə qalıq borc olmaqla ümumlikdə - 2635,28 manat, Muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə 119,08 manat əsas borc, 11,04 manat isə penya üzrə qalıq borc olmaqlq ümulikdə - 130,12 manat, İcbari Tibbi Sığorta üzrə 392,86 manat əsas borc, 28,09 manat isə faiz üzrə ümumilikdə - 420,95 manat borc məbləğləri müəyyən edilmişdir. "xxxx" ASC borc tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda e-2-2(121)-55/2024 saylı iş üzrə Şirvan Kommersiya Məhkəməsində icraat davam edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, əvvəla ərizə xüsusi icraat qaydasında maraqlı şəxslərə qarşı tərtib olunmasına baxmayaraq elektron sistemdə icraatın növü iddia icraatı kimi seçilmişdir. Bununla da ərizənin tərtibatında uyğunsuzluğa yol verilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci və 149.2.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iflas haqqında ərizənin məzmununa və ərizəyə əlavə edilməsi zəruri olan sənədlərə dair qanunvericiliyin göstərişlərinə əməl olunmaması əsası ilə də ərizənin icraatı mümkün hesab edilməməlidir. Belə ki, ərizəyə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əlavə edilməmişdir. Halbuki, adı çəkilən Qanunun 4-cü maddəsinin 2-ci bəndində iflas haqqında məhkəməyə verilən ərizədə, bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğlərinin, borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumatın, bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunmasına dair halların göstərilməsi, 5-ci maddəsində isə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısının, bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənədin, sonuncu hesabat tarixinə olan maliyyə hesabatlarının ərizəyə əlavə edilməsinin zəruri olduğu nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən sonuncu hesabat tarixinə olan maliyyə hesabatı ərizəyə əlavə edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, maliyyə hesabatı tərtib edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin tələbinə əməl edilərək maliyyə hesabatının düzgünlüyünə dair kənar auditin müvafiq rəyi alınmalıdır. Belə ki, Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası MPM– nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizənin məhkəmə icraatı mümkün hesab edilməməli və ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “müflis elan edilmə və iflas prosesinə başlanılması tələbi”nə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyı izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar