Məhkəmə qərarları › İş №e-2-2(121)-4165/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-4165/2025

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4165/2025 16.03.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Ağamirzəyev Fərid Fəxrəddin oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Sabirabad rayonunun Nizami Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Sabirabad rayonunun Nizami Bələdiyyəsinin cavabdeh “X9 Təsərrüfatı” MMC-yə qarşı - icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş icarə haqqı tələbləri barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Sabirabad rayonunun Nizami Bələdiyyəsi cavabdeh “X9 Təsərrüfatı” MMC-yə qarşı – Sabirabad rayonu, keçmiş Çöl-Beşdəli bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış bələdiyyə mülkiyyətində olan 12,12 ha, 13,61 ha, 9,67 ha torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2022-ci il tarixli notariat orqanında təsdiq olunmuş icarə müqavilələrinin xx.xx.2022-ci ildə edilmiş düzəlişlərlə birlikdə ləğv edilməsi; cavabdehin 12,12 ha torpaq sahəsinə görə ödənilməmiş qalmış 3.366 manat; 13,61 ha torpaq sahəsinə görə ödənilməmiş qalmış 3.795 manat; 9,67 ha torpaq sahəsinə görə ödənilməmiş qalmış 2.696 manat, cəmi olaraq 9.857 manat icarə haqqı borcunun cavabdehdən alınaraq bələdiyyə büdcəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu, keçmiş Çöl-Beşdəli bələdiyyəsi ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bələdiyyə mülkiyyətində olan 12,12 ha, 13,61 ha, 9,67 ha torpaq sahəsinin icarəyə verilməsinə dair notariat orqanında təsdiq olunmuş icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan icarə müqavilələrinə notariat orqanında təsdiq edilməklə xx.xx.2022-ci ildə düzəlişlər edilmişdir. X3 müqavilələrdə cavabdehin nümayəndəsi kimi iştirak etmişdir. Hazırda Sabirabad rayonu Nizami Bələdiyyəsi keçmiş Çöl-Beşdəli Bələdiyyəsinin hüquqi varisidir. Təsdiq olunmuş müqavilələrə əsasən icarəyə götürülmüş 12,12 ha torpaq sahəsinə görə illik icarə haqqı 1.020 manat, 13,61 ha torpaq sahəsinə görə illik icarə haqqı 1.150 manat, 9,67 ha torpaq sahəsinə görə isə 815 manat nəzərdə tutulmuşdur. Müqavilələrin müddəti xx.xx.2042-ci ildə tamamlanması nəzərdə tutulurdu. Cavabdeh tərəfindən iddiaçıya hal-hazıra kimi hər üç müqavilə üzrə icarə haqqı ödənilməmişdir. Cavabdehin xx.xx.2025-ci ilədək icarəyə götürülmüş 12,12 ha torpaq sahəsinə görə (illik 1020 manat) 3.366 manat; 13,61 ha torpaq sahəsinə görə (illik 1150 manat) 3.795 manat; 9,67 ha torpaq sahəsinə görə (illik 815 manat) 2.696 manat, cəmi olaraq 9.857 manat icarə haqqı borcu yaranmışdır. İcarə haqqı ödənilmədiyindən Nizami bələdiyyəsi tərəfindən cavabdehə icarə haqqının ödənilməsi tələbi ilə rəsmi xəbərdarlıqlar edilmişdir. xx.xx.2025-ci ildə məhkəmə elektron şəxsi kabinet vasitəsi ilə cavabdehə pretenziya göndərilərək 10 gün vaxt verilmiş, əks halda icarə müqavilələrinin ləğv edilməsi və icarə haqqının tələbinə dair məhkədə iddia qaldırılacağı bildirilmişdir. Lakin pretenziya tələblərinə əməl edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Sabirabad rayonunun Nizami Bələdiyyəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “X9 Təsərrüfatı” MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sabirabad Rayonunun Çöl Beşdəli Bələdiyyəsi ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Sabirabad rayonu, Çöl Beşdəli kəndində yerləşən ümumi sahəsi 9.67 ha olan torpaq sahəsi X1 icarəsinə verilmişdir. İş materiallarında olan Sabirabad Rayonunun Çöl Beşdəli Bələdiyyəsi ilə X3 və “X9 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli düzəlişə əsasən, icarə müqaviləsində icarəçi X3 əvəzinə “X9 Təsərrüfatı” MMC kimi qeyd edilir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, cavabdeh “X9 Təsərrüfatı” MMC-nin xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 9.67 ha əkin torpaq sahəsinə illik icarə haqqı 815 manat olmaqla, 20 il müddətinə icarəyə verilmiş və xx.xx.2025-ci il tarixə kimi 2.696 manat məbləğində borcu vardır. İş materiallarında olan Sabirabad Rayonunun Çöl Beşdəli Bələdiyyəsi ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Sabirabad rayonu, Çöl Beşdəli kəndində yerləşən ümumi sahəsi 12.12 ha olan torpaq sahəsi X1 icarəsinə verilmişdir. İş materiallarında olan Sabirabad Rayonunun Çöl Beşdəli Bələdiyyəsi ilə X3 və “X9 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli düzəlişə əsasən, icarə müqaviləsində icarəçi X3 əvəzinə “X9 Təsərrüfatı” MMC kimi qeyd edilir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, cavabdeh “X9 Təsərrüfatı” MMC-nin xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 12.12 ha əkin torpaq sahəsinə illik icarə haqqı 1.020 manat olmaqla, 20 il müddətinə icarəyə verilmiş və xx.xx.2025-ci il tarixə kimi 3.366 manat məbləğində borcu vardır. İş materiallarında olan Sabirabad Rayonunun Çöl Beşdəli Bələdiyyəsi ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Sabirabad rayonu, Çöl Beşdəli kəndində yerləşən ümumi sahəsi 13.61 ha olan torpaq sahəsi X1 icarəsinə verilmişdir. İş materiallarında olan Sabirabad Rayonunun Çöl Beşdəli Bələdiyyəsi ilə X3 və “X9 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli düzəlişə əsasən, icarə müqaviləsində icarəçi X3 əvəzinə “X9 Təsərrüfatı” MMC kimi qeyd edilir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, cavabdeh “X9 Təsərrüfatı” MMC-nin xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 13.61 ha əkin torpaq sahəsinə illik icarə haqqı 1.150 manat olmaqla, 20 il müddətinə icarəyə verilmiş və xx.xx.2025-ci il tarixə kimi 3.795 manat məbləğində borcu vardır. İş materiallarında olan Sabirabad rayon Nizami bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 27 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, qərara alınmışdır ki, Sabirabad rayon Nizami bələdiyyəsinin mülkiyyətinə aid olan Meyniman "X9 Təsərrüfatı" ilə bağlanmış xx.xx.2022-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən icarəyə 12.12 ha əkin torpaq sahəsi, xx.xx.2022-ci il tarixli 13.61 ha əkin torpaq sahəsi və xx.xx.2022-ci il tarixli 9.67 ha əkin məqsədilə torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi və ümumilikdə 35.40 ha əkin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılsın. Tapşırılsın Nizami bələdiyyəsinin mühasibatlığına ki, qərar qəbul olunduğu gündən adı gedən torpaq sahəsinə icarə haqqı hesablanmasını dayandırsınlar. Tapşırılsın Nizami bələdiyyəsinin sədr müavini X4 və baş mühasib X2, Meyniman "X9 Təsərrüfatı"nın bələdiyyəyə ödənilməmiş 9.857manat icarə haqqı barədə qəbul edilmiş qərar haqqında rəsmi bildiriş göndərsinlər və icarəçi tərəfindən boşaldılmadığı və icarə borcu ödənilmədiyi təqdirdə icarəyə verilmiş torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılsın. Qərarın bir nüsxəsi "Bələdiyyə fəaliyyətinin inzibati nəzarət haqqında" Azərbaycan Respublikası qanununun 6-cı maddəsinə uyğun olaraq 3 gündən gec olmayaraq inzibati nəzarət üçün Şirvan Regional Ədliyyə İdarəsinə göndərilsin. Qəbul edilmiş qərarın icrasına nəzarət bələdiyyə sədr müavinin X4 həvalə edilsin. İş materialında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubun surətindən görünür ki, ödənilməmiş 9.857 manat icarə haqqının ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, cavabdehin icarə haqqı üzrə borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Məhkəmə hesab edir ki, cavabdeh icarə haqqı borcunu ödəmədiyindən, iddiaçı müqavilə(lər)nin ləğv edilməsini və yaranmış icarə haqqı borcunun ödənilməsinə dair mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd edilən Məcəllənin 706.1-706.3-cü maddələrinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Göstərilən Məcəllənin 706.4-cü maddəsinə əsasən, torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Yenə həmin Məcəllənin 710-cu maddəsinə əsasən, torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, cavabdeh torpaq icarəsi müqavilə(lər)si əsasında torpaq sahəsini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş icarə haqqını ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh icarə haqqını ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, icarə haqqının ödənilməsinə dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin “müqavilənin ləğv edilməsi”nə dair hissəsi üzrə tərəflərin çağırlaraq izahatlarının alınması zərurəti yarandığından, iddianın göstərilən hissəsində iddia tələbinə məhkəmə qaydasında baxılmaqla müqavilə(lər) və düzəlişə dair müqavilə(lər) ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, iddianın “müqavilənin ləğv edilməsi”nə dair hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilə(lər) və düzəlişə dair müqavilə(lər) ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilə(lər) və düzəlişə dair müqavilə(lər)nin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Sabirabad rayonu, Çöl Beşdəli kəndində yerləşən ümumi sahəsi 9.67 ha olan torpaq sahəsi üzrə Sabirabad rayonu Çöl-Beşdəli Bələdiyyəsi ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi və Sabirabad rayonu Çöl-Beşdəli Bələdiyyəsi ilə X3 və “X9 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə düzəlişə dair müqavilə ləğv edilsin. Sabirabad rayonu, Çöl Beşdəli kəndində yerləşən ümumi sahəsi 9.67 ha olan torpaq sahəsinə görə ödənilməmiş 2.696 manat icarə haqqı “X9 Təsərrüfatı” MMC-dən alınaraq Azərbaycan Respublikası Sabirabad rayonunun Nizami Bələdiyyəsinə ödənilsin. Sabirabad rayonu, Çöl Beşdəli kəndində yerləşən ümumi sahəsi 12.12 ha olan torpaq sahəsi üzrə Sabirabad rayonu Çöl-Beşdəli Bələdiyyəsi ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi və Sabirabad rayonu Çöl-Beşdəli Bələdiyyəsi ilə X3 və “X9 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə düzəlişə dair müqavilə ləğv edilsin. Sabirabad rayonu, Çöl Beşdəli kəndində yerləşən ümumi sahəsi 12.12 ha olan torpaq sahəsinə görə ödənilməmiş 3.366 manat icarə haqqı “X9 Təsərrüfatı” MMC-dən alınaraq Azərbaycan Respublikası Sabirabad rayonunun Nizami Bələdiyyəsinə ödənilsin. Sabirabad rayonu, Çöl Beşdəli kəndində yerləşən ümumi sahəsi 13.61 ha olan torpaq sahəsi üzrə Sabirabad rayonu Çöl-Beşdəli Bələdiyyəsi ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi və Sabirabad rayonu Çöl-Beşdəli Bələdiyyəsi ilə X3 və “X9 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə düzəlişə dair müqavilə ləğv edilsin. Sabirabad rayonu, Çöl Beşdəli kəndində yerləşən ümumi sahəsi 13.61 ha olan torpaq sahəsinə görə ödənilməmiş 3.795 manat icarə haqqı “X9 Təsərrüfatı” MMC-dən alınaraq Azərbaycan Respublikası Sabirabad rayonunun Nizami Bələdiyyəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar