Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-430/2025 14.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 33.770 manat əsas məbləğ, həmin məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 2617,18 (illik 7,75 faiziə) manatdan, bir il iki ay üçün 3053,17 faiz məbləği, mənəvi ziyan hesabına 3.000 manat və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 203,31 manat dövlət rüsumu olmaqla, cəmi 40.026,48 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. X3 Məhkəməsinin icraatında olarkən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianın dəqiqləşməsi barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə iddiaçının iddia tələbindən “33.770 manat əsas məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 2617,18 (illik 7,75 faiziə) manatdan, bir il iki ay üçün 3053,17 manat faiz məbləğinin, mənəvi ziyan hesabına 3.000 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması” hissəsində imtina etməsinin nəzərə alınmasını, eyni zamanda iddianın 33.770 manat əsas məbləğ və ödənilmiş dövlət rüsumuna görə 203,31 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-430/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə icraata “33.770 manat əsas məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 2617,18 (illik 7,75 faiziə) manatdan, bir il iki ay üçün 3053,17 manat faiz məbləğinin, mənəvi ziyan hesabına 3.000 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması” na dair hissələrdə xitam verilmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı 2023-cü ilin ortalarında Respublikanın cənub bölgəsində özünü toyuq məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan şəxs kimi təqdim edən Cavabdeh ilə tanış olmuş və müxtəlif vaxtlarda ona satış üçün donmuş toyuq məhsulları vermişdir. Belə ki, 03 iyul 2023-cü ildə 20.463 manatlıq, 13 iyul 2023-cü il tarixdə 12.160 manatlıq, 21 iyul 2023-cü ildə 15.978 manatlıq və 16 avqust 2023-cü il tarixdə 8518 manatlıq, cəmi isə 57.120 manatlıq “Bahar” brendinə məxsus donmuş toyuq məhsulları Cavabdeh verilmişdir. İddiaçi İddiaçıla Cavabdeh arasında olan danışığa əsasən Cavabdeh bütün məbləği 2023-cü ilin avqust ayının axırına kimi ödəməli idi. Lakin Cavabdeh vədinə əməl etməmiş, xx.xx.2023-cü ildə 6800 manat, xx.xx.2013-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 8000 manat, xx.xx.2023-cü ildə 1500 manat, xx.xx.2023-cü ildə 500 manat pul ödəmişdir. Bundan sonra İddiaçı Cavabdeh qalan pulları bütövlükdə ödəyib, borcunu bağlamasını tələb etdikdə o, İddiaçı verdiyi toyuq məhsulunun guya 4 tonunun xarab olduğunu bildirmişdir. Cavabdeh bu sözlərini eşitdikdən dərhal sonra İddiaçı yaşadığı Bakı şəhərindən Lənkəran şəhərinə yola düşmüş. Lənkəran şəhərində Cavabdeh tapıb ondan anbarı açıb 4 ton xarab məhsulu təqdim etməsini tələb etmişdir. Anbara baxış keçirərkən məlum olmuşdur ki, belə bir hal yoxdur, Cavabdeh İddiaçı aldatmağa çalışmışdır. Həmin vaxt Cavabdeh İddiaçı olan borcu 35320 manat təşkil edirdi. 14 noyabr 2023-cü il tarixdə iddiaçi İddiaçı Cavabdeh ilə sonuncu görüşü olmuşdur. Görüşdə Cavabdeh qardaşı kimi təqdim etdiyi Mahir adlı şəxs də iştirak etmişdir. Sonradan məlum olmuşdur ki, Mahir onun qardaşı deyil, şərikidir. Söhbət nəticəsində Cavabdeh Mahir adlı şəxsin zəmanətliliyi ilə söz vermişdir ki, borclu qaldığı 35 min manat pulu hər ayın 5-də 3000 manat olmaqla E-Manat və ya MilliÖn ödəniş terminalları vasitəsi ilə ödəyəcək, ödəniş qəbzini Vatsap vasitəsi ilə təqdim edəcəkdir. Bu barədə qəbz tərtib edilmiş, qəbzə Cavabdeh özü şəxsən imza ataraq təsdiq etmişdir. Mahir adlı şəxs İddiaçı 2 nömrə verərək Cavabdeh borcu ödəməyəcəyi təqdirdə ona bildirilməsini xahiş etmişdir. Lakin həmin şəxsin daha sonrakı vaxtlarda 2 nömrəsi ilə əlaqə saxlamaq cəhdləri olsa da, nömrələrin bağlı olduğu məlum olmuşdur. Qəbzin tərtibindən sonra yalnız bir dəfə, yəni 06 dekabr 2023-cü il tarixdə Cavabdeh 1650 manat məbləğində ödəniş etmişdir. Bundan sonra Cavabdeh dəfələrlə tələb edilməsinə baxmayaraq o, müxtəlif əsassız bəhanələrlə İddiaçı aldatmış, borclu qaldığı ümumilikdə 33.770 manatı ona qaytarmamışdır. Həmin pul vəsaitini indiki zamana qədər qaytarmadığından hazırda Cavabdeh İddiaçı 35 000 manat məbləğində borcu yaranmışdır. Lakin, cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarmamaqla yanaşı, bunun ilə əlaqədar heç bir təşəbbüs göstərməmişdir. Mövcud mübahisə ilə əlaqədar Lənkəran ŞRPŞ-nə müraciət olunmuşdur. Müqaciət əsasında toplanmış HK-1/1255 saylımaterial üzrə Lənkəran ŞRPŞ-nin TBnintəhqiqatçısı polis mayoru X2 tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı ərizəsi əsasında toplanmış materialda Cavabdeh əməllərində cinayət tərkibi olmadığına görə cinayət təqibinin rədd edilməsi, qərarın surətinin İddiaçı göndərilməklə ona borcla bağlı mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.Təhqiqat zamanı Cavabdeh izahatı alınarkən İddiaçı sonuncu dəfə 06 dekabr 2023-cü il tarixdə 1650 manat pul ödəmiş olduğunu və ondan bəri maddi vəziyyətinin pis oduğu üçün qalan 33.770 manat pulu ödəmək imkanında olmadığını bildirmişdir. Bu hal bir daha onu təsdiq edir ki, Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Belə ki, hazırda cavvabdeh tərəfindən həmin pul vəsaitinin iddiaçıya qaytarılmaması, iddiaçının hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş və bununla əlaqədar iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq iddiadan hissəvi imtinanın qəbul edilməsini və qalan hissədə isə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O, həmçinin cavabdehin qəbzə imza etməklə iddiaçıya olan borcunu etiraf etdiyini, həmin qəbzdəki əlyazmanın cavabdehin xahişi ilə tanışı Mahir tərəfindən yazılıdığını və cavabdehin şəxsən özü tərəfindən imza edildiyini, məhkəməyə təqdim etdiyi səs yazılarının bu faktı təsdiq etdiyini, cavabdehin ona verilmiş toyuq məhsullarının düzgün şəraitdə və tempuraturda saxlamadığını, toyuq məhsullarını aldıqdan 2-3 ay sonra cavabdehin məhsulların yararsız olduğunu bildirib ödənişdən yayındığnı bildirdi və qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə və nümayəndəsi Vəkil1 izahatına uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil2 Xudat oğlu iddianı qismən 13.000 manat hissədə qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini, həmçinin iddiaçı tərəfindən cavabdehə malların verilməsinə dair hər hansı sübutunun olmadığını, iddiaçı tərəfindən verilən toyuq məhsullarının vaxtı keçdiyini bildirərək iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
10. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İddia ərizəsinə etiraz:
11. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
12. İddia ərizəsindən, iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarından görünür ki, iddiaçi İddiaçı 2023-cü ilin ortalarında Cavabdeh aralarındakı şifahi alqı-satqı müqaviləsi əsasında donmuş toyuq məhsulları vermişdir.
13. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı borclu olduğu 35000 manat pulu hər ayın 5-də 3000 manat olmaqla “E-Manat” və ya “MilliÖn” ödəniş terminalları vasitəsi ilə ödəyəcəyini, ödəniş qəbzini Vatsap vasitəsi ilə təqdim edəcəyini bildirmişdir.
14. İş materiallarından görünür ki, iddiaçının və onun nümayəndəsi tərəfindən maddi sübut olan səs yazısı məhkəməyə təqdim edilmişdir. Həmin səs yazısından anlaşılır ki, Cavabdeh iddaçıya borclu olduğu 35000 manat pulu hər ayın 5-də 3000 manat olmaqla “E-Manat” və ya “MilliÖn” ödəniş terminalları vasitəsi ilə ödəyəcəyini, ödəniş qəbzini Vatsap vasitəsi ilə təqdim edəcəyini bildirir, eyni zamanda qəbzədki mətnin başqa şəxs tərəfindən yazılmasını xahiş edir və sonda özünün imzalayacağını qeyd edir.
15. İş materiallarında olan cavabdehin vəkili-nümayəndəsi Vəkil2 Xudat oğlu tərəfindən təqdim edilmiş fleş-kartda olan görüntülərdən yararsız toyuq məhsulları olduğu müşahidə edilir.
16. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 17 aprel 2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış şifahi alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.
17. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(121)-24/2024 nömrəli qərardadı ilə, ərizənin qismən təmin edilməsi, Cavabdeh mülkiyyətində olan “KLEJE FRANS Yarımqoşqu” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və qeyd olunan nəqliyyat vasitəsinə dair hər hansı əqdlərin bağlanması və əməliyyatların aparılması Cavabdeh qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
18. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli HK-1/1255 saylı qərarı ilə Bakı şəhəri Nərimanov rayonu Rasim Muxtarov küçəsi ev 27-də yaşayan İddiaçı ərizəsi əsasında toplanmış materialda Cavabdeh əməllərində cinayət tərkibi olmadığına görə cinayət təqibinin rədd edilməsi qərara alınmışdır.
19. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(049)-6/2024 nömrəli, qərarı ilə İddiaçı Lənkəran ŞRPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir.
20. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(106)-44/2024 nömrəli, qərarı ilə Lənkəran ŞRPŞ-nin İB-nin təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından İddiaçı etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin təmin olunmamasına dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müdafiəçi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
b) Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddia ərizəsini, iddaçını və onun nümayəndəsini dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
25. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında şifahi şəkildə bağlanmış alqı-satqı müqaviləsi üzrə onların ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Belə ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Məhkəmə ona görə də hesab edir ki, alqı-satqı müqaviləsi üzrə malı cavabdehə verdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə, aldığı malın dəyərini ödədiyini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmiş, əksinə iş materiallarında olan “xx.xx.2023-cü il tarixli Qəbz”i imzalayaraq iddiaçıya 35000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir.
27. Məhkəmə, işin araşdırılan hallarına əsasən hesab edir ki, iddiaçı AR MPM-nin 77.1-ci maddəsinə uyğun olaraq iddanın əsasını mötəbər dəlillərlə sübut etmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı cavabdeh ilə aralarında bağlanmış şifahi müqavilədən irəli gələn üzərinə düşən öhdəlikləri icra edərək ümumilikdə 57120 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin Cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı borclu olduğu 35000 manat pulu hər ayın 5də 3000 manat olmaqla “E-Manat” və ya “MilliÖn” ödəniş terminalları vasitəsi ilə ödəyəcəyini, ödəniş qəbzini Vatsap vasitəsi ilə təqdim edəcəyini bildirmiş, lakin vədinə əməl etməyərək bu tarixdən sonra iddiaçıya olan borcundan cəmi 1650 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya olan borcu 33350 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
29. Məhkəmə iş materiallarında olan səs yazısına münasibətdə qeyd edir ki, şəxsin iştirak etdiyi söhbəti xüsusi qurğular vasitəsilə qeydə alması və bu yazıdan öz məqsədləri daxilində, yəni borcun etirafı, əqdin pozulmasının ifadə edilməsi və digər məsələlərin təsbiti üçün istifadə etməsi şəxsi toxunulmazlıq hüququnun pozulması kimi təfsir edilə bilməz". Ona görə də, məhkəmə həmin səs yazısını mötəbər dəlil olaraq qəbul edir.
30. Məhkəmə cavabdehin toyuq məhsullarının yararsız olması ilə bağlı dəlillərini əsaslı hesab etmir, ona görə ki, cavabdehin həmin məhsulları aldıqdan sonra iddiaçıya ağlabatan müddətdə məlumat verməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı cavabdehin iddiaçıya olan borcunu təsdiq edən əlyazmanın altına imza etməsi və məhkəməyə tədim edilən səs yazıları onun iddiaçıya toyuq məhsullarına görə borclu olmasını təsdiq edir. Eyni zaman da bu fakt cavabdehin toyuq məhsullarının yararsız olması ilə bağlı dəlilini təkzib edir.
31. Beləliklə məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə qismən təmin edilməli, Cavabdeh 33350 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
32. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuna görə 190,05 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 13,95 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
Nəticə
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh 33.350 (otuz üç min, üç yüz əlli) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 190,05 (bir yüz doxsan manat, beş qəpik) manat pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin İddia qalan hissədə təmin edilməsin Ödənilmiş qalan 13,95 (on üç manat, doxsan beş qəpik) manat dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev