Məhkəmə qərarları › İş №e-2-2(3-1)-37/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-2-2(3-1)-37/2026

27.07.2026 · Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2-2(3-1)-37/2026 27.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı “xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4, cavabdeh3, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə (Açar sözlər: qeyri-mümkünlüyün əsasları) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət

1. Iddiaçı “xxxx" Qapalı Səhmdar Cəmiyyəti ## ###### 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər cavabdeh4, cavabdeh1, cavabdeh3, “xxxx” MMC-dən müştərək qaydada iddiaçı “xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 23491.75 manat məbləğində krеdit bоrcu, 3491.40 manat məbləğində faiz bоrcu və 136.25 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 27119 (iyirmi yeddi min yüz on doqquz) manat 40 (qırx) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 171.36 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ## ###### 2024-cü il tarixli, ***L************ nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi və onun əsasında imzalanmış ## ###### 2024-cü il tarixli, ***R********** nömrəli Kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən əsas borc üzrə 23491,75 (iyirmi üç min dörd yüz doxsan bir manat, yetmiş beş qəpik) manat, faiz borcu 3426,2 (üç min dörd yüz iyirmi altı manat, iyirmi qəpik) manat, cərimə borcu üzrə 136,25 (yüz otuz altı manat, iyirmi beş qəpik) manat olmaqla, ümumilikdə 27054,2 (iyirmi yeddi min əlli dörd manat, iyirmi qəpik) manat pulun cavabdehlər cavabdeh4, cavabdeh3, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi, ödənilmiş 171,36 (yüz yetmiş bir manat, otuz altı qəpik) manat dövlət rüsumunun 171,16 (yüz yetmiş bir manat, on altı qəpik) manat məbləğinin əvəzinin cavabdehlər cavabdeh4, cavabdeh3, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi, 0,20 (iyirmi qəpik) manat dövlət rüsumunun iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə aid edilməsi, iddia tələbinin qalmış hissədə təmin edilməməsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, *** nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 80 (səksən) manat məbləğində ekspertiza xərcinin cavabdehlər cavabdeh4, cavabdeh3, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh1 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ12360100000000005944, VÖEN **********) X1 MR Idarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ01451700000000012944, SWIFT BIK: NAXCAZ21) ödənilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan iş üzrə cavabdeh cavabdeh1 sözügedən qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə maddi və prosessual hüquq normalarının kobud pozulmasının nəzərə alınaraq işin halları tam araşdırılmaqla qanuni və əsaslandırılmış, tələbin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. X2 Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının icraatına daxil olmuşdur. III. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

5. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Apellyasiya şikayətinin forması" adlı * saylı Əlavəsi

6. Apellyasiya şikayətində ilk növbədə şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin müvafiq məhkəmə kollegiyasının adı göstərilməli, bundan sonra işin faktiki halları, mübahisələndirilən hallar, düzgün tətbiq edilmədiyi iddia olunan maddi və prosessual hüquq normaları, həmin pozuntuların mahiyyəti və şikayət verən şəxsin konkret tələbləri müəyyən edilmiş formada və ardıcıllıqla əks etdirilməlidir.

IV. Məhkəmə kollegiyasının mövqeyi

7. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı iş üzrə verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə, həmçinin Məcəlləyə əlavə edilmiş * saylı Əlavənin tələblərinə riayət edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayətində, digər məlumatlarla yanaşı, şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin adı və ünvanı göstərilməlidir.

9. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Apellyasiya şikayətinin forması" adlı * saylı Əlavəsində apellyasiya şikayətində göstərilməli olan məlumatların ardıcıllığı və məzmunu imperativ qaydada müəyyən edilmişdir. Həmin Əlavəyə əsasən, apellyasiya şikayətində ilk növbədə şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin müvafiq məhkəmə kollegiyasının adı göstərilməli, bundan sonra işin faktiki halları, mübahisələndirilən hallar, düzgün tətbiq edilmədiyi iddia olunan maddi və prosessual hüquq normaları, həmin pozuntuların mahiyyəti və şikayət verən şəxsin konkret tələbləri müəyyən edilmiş formada və ardıcıllıqla əks etdirilməlidir.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı * saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin kollegiyasının adı göstərilməli, şikayət cədvəl formasında tərtib edilməklə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

11. Lakin cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin adı və ünvanı ümumiyyətlə göstərilməmiş, həmçinin apellyasiya instansiyası məhkəməsinin müvafiq məhkəmə kollegiyasının adı da qeyd edilməmişdir. Beləliklə, apellyasiya şikayəti həm Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin, həm də Məcəlləyə əlavə edilmiş * saylı Əlavənin imperativ tələblərinə uyğun tərtib edilməmişdir.

12. Bundan başqa, MPM-in 361-ci maddəsində apellyasiya şikayətinin məzmununa dair müəyyən edilmiş digər tələblər də imperativ xarakter daşıyır. Həmin maddənin məqsədi apellyasiya instansiyası məhkəməsinin şikayətin predmetini, həcmini, əsaslarını və şikayət verən şəxsin konkret tələbini aydın şəkildə müəyyən etməsini təmin etməkdən ibarətdir. Bu tələblərə əməl edilməməsi apellyasiya instansiyası məhkəməsinin şikayətə mahiyyəti üzrə baxmasına mane olan prosessual çatışmazlıq hesab edilir.

13. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun tərtib edilməsi apellyasiya icraatının başlanmasının zəruri prosessual şərtidir. Qanunverici tərəfindən həmin tələblərin müəyyən edilməsində məqsəd məhkəmə araşdırmasının səmərəliliyinin təmin olunması, işdə iştirak edən şəxslərin prosessual hüquqlarının qorunması və məhkəmənin şikayətin həcmini düzgün müəyyən edə bilməsidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi ilk növbədə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayır. Bu mərhələdə məhkəmə işin mahiyyəti üzrə deyil, yalnız şikayətin qanunla müəyyən edilmiş prosessual tələblərə uyğun olub-olmamasını qiymətləndirir. MPM-in 366.2-ci maddəsinə əsasən isə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadıqda apellyasiya şikayəti qəbul olunmamış hesab edilə bilər.

15. Hazırkı halda cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti MPMin 361.1-ci maddəsinin, eyni zamanda Məcəlləyə əlavə edilmiş * saylı Əlavənin tələblərinə uyğun tərtib edilmədiyindən, yəni şikayətin ünvanlandığı apellyasiya instansiyası məhkəməsinin adı və ünvanı, həmçinin müvafiq kollegiyanın adı göstərilmədiyindən, apellyasiya icraatının başlanılması üçün zəruri prosessual şərtlər mövcud deyildir.

16. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan prosessual çatışmazlıq qanunun imperativ tələbinin pozulması olduğundan apellyasiya şikayətinin mümkün hesab edilməsinə mane olur. Bu səbəbdən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

17. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi onun mahiyyəti üzrə əsaslı və ya əsassız olması barədə nəticə kimi qiymətləndirilə bilməz. Hazırkı qərardad yalnız apellyasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual tələblərə uyğunluğunun qiymətləndirilməsi ilə bağlıdır və mübahisənin mahiyyəti üzrə hər hansı hüquqi mövqe ifadə etmir.

18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan tələblərinə riayət edilmədiyindən, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin iddiaçıya geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

19. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan normanın tələbinə əməl etməmiş, apellyasiya şikayətini qaytarmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402.2, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar