Məhkəmə qərarları › İş №e-2-2(3-7)-205/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-205/2026

24.09.2026 · Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-205/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdari Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Cavadova Günay Ismayıl qızı və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdari Cəmiyyətinin (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra – cavabdeh(lər)) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, qərardad qəbul etdi. Işin halları

1. ##.##.2021-ci il tarixli, **-MCR-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən X1 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır.

2. Cavabdehlər ## ##### 2021-ci il tarixli Z/00284/21, Z/*****/** nömrəli zaminlik müqavilələrinə əsasən ##.##.2021-ci il tarixli, **-MCR-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə yaranacaq öhdəliklərin icrası üçün zaminliyi üzərlərinə götürmüşlər.

3. ##.##.2023-cü il tarixli onlayn kredit verilməsinə dair müraciətə əsasən, biznes məqsədi ilə X1 İddiaçı ASC-dən illik 23 % olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüş və X1 ##.##.2024-cü il tarixdə ölmüşdür.

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4912,86 AZN əsas borc, 2663,95 AZN faiz borcu, 612,23 AZN cərimə borcu, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 53,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8242,89 manat borcun və 102,43 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən X1 əsasən 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. ##.##.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən X1 İddiaçı ASC-dən illik 23 % olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq cavabdeh1 və cavabdeh2 ilə ##.##.2021-ci il tarixində zaminlik müqaviləsi imzalanmışdır. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından görünür ki, X1 ##.##.2024-cü il tarixində vəfat etmiş və vərəsəlik açılmamışdır. 2026-cı il #####in #-dək borclunun banka ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4912.86 manat əsas borc, 2663.95 manat faiz borcu və 2448.9 manat cərimə borcu, ##.##.2026-cı il tarixdən ##.##.2026cı il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 53.85 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 10079.56 manat borcu vardır. Borclunun ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 2448.9 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 612.23 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

6. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi (hakim Ə. Məmmədli) ilə iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X1 arasında bağlanmış ## ###### 2023-cü il tarixli kredit müqaviləsi üzrə 4912,86 manat əsas borc, 2419,13 manat faiz borcu, 245,64 manat cərimə borcu və ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 52,93 manat manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 7630,56 (yeddi min altı yüz otuz manat əlli altı qəpik) manat pul cavabdеhlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X1 ##.##.2024cü il tarixdə vəfat etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vərəsəlik işlərinin açılıbaçılmaması barədə məlumatın verilməsi barədə internet saytından (https://exidmet.justice.gov.az:8284/Notariat/InheritanceInfo) əldə edilmiş məlumatlardan görünür ki, X1 ölümü ilə bağlı vərəsəlik işi açılmamış və faktiki vərəsələrin mövcudluğu ilə bağlı iş materiallarında hər hansı bir məlumat yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı zaminlərə qarşı iddia irəli sürməkdə haqlı olmuşdur. X1 ilə İddiaçı ASC arasında bağlanmış ## ###### 2023-cü il tarixli kredit müqaviləsinin müddəti ##.##.2026-cı il tarixdə bitmişdir. Belə olan halda iddiaçı yalnız müqavilələrin bitmə tarixinə olan əsas və faiz borclarını tələb edə bilər.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 406, 407, 408, 409, 442, 445, 447, 462, 467, 470, 471, 472, 739, 741, 743 və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

9. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən vərəsəlik hüququ institutunun tətbiq edilməməsi və zaminin əsas borclunun vərəsələrindən əvvəl məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Məhkəmə qətnaməsindən göründüyü kimi, əsas borclu X1 ## ###### 2024-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" ## #### 2018-ci il tarixli Qərarının 1-ci bəndində açıq-aşkar müəyyən edilmişdir ki, "Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar." Birinci instansiya məhkəməsi isə yalnız Notariat sistemindən vərəsəlik işinin rəsmi açılmaması barədə elektron arayışa istinad edərək, borcun avtomatik olaraq zaminlərin üzərinə qoyulması barədə yanlış nəticəyə gəlmişdir. Lakin MM-in 1255 və 1306-cı maddələrinə görə, vərəsəlik yalnız rəsmi notarial qaydada rəsmiləşdirilmə ilə məhdudlaşmır; vərəsələr mirası faktiki idarəetməyə və ya sahibliyə başlamaqla da qəbul etmiş sayılırlar. Məhkəmə ölənin 1-ci növbə vərəsələrini (valideynləri, həyat yoldaşı, övladları) işə cəlb etməmiş, onların mirası faktiki qəbul edib-etməməsini və miras aktivinin həcmini araşdırmamışdır. ##.##.2021-ci il tarixli Zaminlik Müqaviləsi ##.##.2023-cü il tarixli yeni kredit öhdəliyi üzrə tətbiq edilə bilməz. Iş materiallarından görünür ki, iddiaçı bank ilə onun (cavabdeh2) arasında zaminlik müqaviləsi ## ##### 2021-ci il tarixində (№ Z/*****/**) bağlanmışdır. Həmin zaminlik müqaviləsi ##.##.2021-ci il tarixli **-MRC-*-***-** saylı kredit limiti müqaviləsinə təminat olaraq verilmişdir. Məhkəmənin qətnaməsində isə borcun ## ###### 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub/müqavilə üzrə yarandığı göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2018-ci il tarixli Qərarına əsasən, zaminlik müqaviləsində mühüm şərtlər və təmin edilən konkret öhdəlik tam aydın göstərilməlidir. Borclunun 2023-cü ildə götürdüyü yeni müstəqil kredit öhdəliyi üzrə zaminin xüsusi və açıq yazılı iradə ifadəsi olmadan 2021-ci il tarixli çərçivə zaminlik müqaviləsi ilə məsuliyyətə cəlb edilməsi MM-in 471-ci və 477.0.1-ci maddələrinin tələblərinə ziddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

16. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Plenumunun qərarı Bənd 10. 2019-cu il # #### tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bənd 11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

18. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

19. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

20. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

21. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

22. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;

23. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər;

25. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

26. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa.

27. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir.

29. Belə ki, Azərbaycan Respublikasının MPM-in 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikasının MM-in) 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

31. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

32. 26.1-ci maddəsində məhkəmə aidiyyətinin ümumi qaydası müəyyən edilərək deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

33. Məhkəmə qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.

34. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə krediti götürmüş Nurlan Tahirli arasında bağlanmış kredit müqaviləsinə əsasən götürülmüş kreditin təyinatı beznes təyinatlı olmuş və Nurlan Tahirli vergi orqanında qeydiyyatdan keçmiş fərdi sahibkar olmuşdur (VÖEN **********).

35. Belə olan halda iddiaçı ilə Nurlan Tahirli arasında yarana biləcək mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış mübahisə olacaqdır ki, bu mübahisənin həllinə dair məhkəmə aidiyyəti məhz kommersiya məhkəmələrinə aid olacaqdır.

36. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Nurlan Tahirli ##.##.2024-cü il tarixdə ölmüşdür və hazırki iddia tələbi zamin olan hazırki cavabdehlərə qarşı irəli sürmüşdür.

37. Iddiaçı hazırki iddia tələbi ilə kommersiya məhkəməsinə müraciət etmiş və iddia ərizəsinə cavabdeh cavabdeh1 fərdi sahibkar statusunu təsdiq edən internet vergi idarəsinin məlumatını əlavə etmiş, birinci instansiyası məhkəməsi bu hala və kreditin biznes təyinatı ilə verilməsini nəzərə alaraq mübahisəyə mahiyyəti üzrə baxmışdır.

38. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırki mübahisəyə ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır.

39. Belə ki, cavabdeh cavabdeh1 fərdi sahibkar statusuna malik olsa da hazırki mübahisə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış mübahisə deyildir.

40. Hazırkli mübahisə cavabdehin zamin olaraq üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı yaranmışdır ki, zaminin fərdi sahibkar statusunun olması mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılması anlamına gəlmir.

41. Beləliklə məhkəmə qeyd edir ki, hazırki işə yalnız tərəflərin subyektiv tərkibinə görə kommersiya məhkəmələrində baxılması prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını şərtləndirən “mübahisənin hüquq münasibətlərinin xarakteri”nə uyğun gəlmədiyindən birinci instansiyası məhkəməsi hazırki mübahisəyə kommersiya mübahisəsi qismində baxılmasında haqlı olmamış və hazırki mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır.

42. Lakin, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir ki, birinci instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmamış və işi məhkəmə aidiyyəti qaydalarına zidd icraatına qəbul etmişdir.

43. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsidir.

44. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-in 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-in 152.1.3-cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır.

45. Birinci instansiya məhkəməsi işin bu mərhələsində məhkəmə aidiyyəti ilə bağlı uyğunsuzluq müəyyən etməmiş və də mübahisənin xarakterinə münasibət bildirməmişdir.

46. Qeyd olunmalıdır ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır (MPM maddə - 24.3).

47. “Insan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.

48. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Gəncə Kommersiya Məhkəməsi prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir.

49. Azərbaycan Respublikasının MPM-in 384.0.4-cü maddəsinə görə işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

50. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

51. 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa ləğv edilməlidir.

52. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir.

53. Belə ki, cavabdehlərin qeydiyyat ünvanı Bərdə rayonu, Muğanlı kəndidir ki, MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

54. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilər.

55. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 26, 44, 263, 264, 384, 385, 387 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı Açıq Səhmdari Cəmiyyətinin cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar