Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-863/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi:
1. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, *** nömrəli və ## #### 2024-cü il tarixli, *** nömrəli müqavilələrin etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 2 089 799,26 rubl (44 023,71 manat) pulun, həmçinin ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı, “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi qismində 2 227 760,88 rubl (48 690,64 manat) və 15 000 manat pul, ödənilmiş cərimənin əvəzi qismində 159 650 rubl (3 490,14 manat) pul və ödənilmiş 315 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi qismində 2 058 799,26 rubl və 159 650 rubl olmaqla ümumilikdə 2 218 449,26 rubl pulun, həmçinin ödənilmiş 300 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
4. Cavabdeh cavabdeh2 MMC qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-***/**** saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə müddət keçdikdən sonra verilməsi əsası ilə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və kommersiya işi müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
6. Qərardaddan cavabdeh cavabdeh2 MMC kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin mümkünlüyünə, o cümlədən buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə hüquqi qiymət verilməsi üçün işin yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)- ***/**** saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmiş və iş materialları məhkəməyə qaytarılmışdır.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. ... Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. ... 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
9. Cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən məhkəmə kollegiyası müəyyən etmişdir ki, ##.##.2026-cı il tarixdə cavabdeh elektron kabinet vasitəsilə iki fərqli məzmunlu apellyasiya şikayəti təqdim etmişdir. Elektron sənəd formatında tərtib edilmiş apellyasiya şikayətində prosessual müddətin bərpasına dair vəsatət olmuş, lakin həmin vaxt texniki nasazlıq sənədindən həmin sənədin açılması və ona baxış keçirilməsi mümkün olmamışdır. PDF formatlı fayl şəklində yüklənilmiş apellyasiya şikayətində isə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət olmadığından apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir.
10. Elektron sənəd formasında təqdim edilmiş apellyasiya şikayətinin mətnində apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə olsa da birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə münasibət bildirilməmişdir.
11. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edildiyi halda, birinci instansiya məhkəməsi ilk növbədə həmin ərizəyə məhkəmə iclasında baxmalı, qəbul etdiyi qərardan asılı olaraq isə apellyasiya şikayətinin geri qaytarılması və ya baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi məsələsini həll etməlidir.
12. Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması şikayət verilmiş məhkəmə aktını qəbul etmiş birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, həmin ərizənin təmin edilməsi və ya rədd olunması barədə prosessual qərar qəbul edilmədiyi təqdirdə işə apellyasiya qaydasında baxılması mümkün deyildir.
13. Qeyd olunan əsasla apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi üçün kommersiya işi birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Cavabdeh cavabdeh2 tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi üçün kommersiya işi birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.