Məhkəmə qərarları › İş №e-2-2(3-6)-968/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-968/2026

17.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-968/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, Abdullayev Elşən Uğur oğlu və Mahmudova Təranə Nəriman qızından ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi və.s” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. “xxxx” MMC ilə “xxxx” MMC arasında ## #### 2025-ci il tarixli **/**/SA saylı xidmət müqaviləsi imzalanmışdır.

2. Həmin müqaviləyə əsasən: Müqavilənin 1.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən İcraçı bu Müqavilə ilə müəyyən olunmuş qaydada Sifarişçinin (İnzibati şöbənin nümayəndəsinin) yazılı sifarişi əsasında (elektron məktub vasitəsilə) Səyahət və aid Xidmətləri (bundan sonra "Xidmətlər" adlanacaq) göstərməyi, Sifarişçi isə Xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra "Xidmət haqqı") köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür.

3. Müqavilənin 1.2-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən, İcraçı tərəfindən yerinə yetiriləcək Xidmətlərin təsviri, ölçü vahidi, qiyməti və icra müddəti Sifarişçi tərəfindən verilən və İcraçı tərəfindən təsdiq edilən, bu Müqaviləyə əlavə olunacaq Xidmət Sifarişi (bundan sonra "XS" adlandırılacaq) təsvir edilir.

4. Müqavilənin 1.3-ci bəndinə əsasən Elektron məktub yazışmasında Xidmətlərin adı, siyahısı, təsviri, görülmə müddəti, qiyməti, vergilər və ödəniş şərtləri, habelə Xidmətlərin göstərildiyi yerin ünvanı qeyd olunmalıdır.

5. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə Xidmət haqqı yazılı sifarişə uyğun olaraq hesablanır. İcraçı yerinə yetirilmiş Xidmətlərə görə Tərəflər arasında imzalanmış Təhvil- Təslim aktı və iki tərəfli imzalanmış aylıq XS əsasında Sifarişçiyə hesab-faktura və eqaiməni təqdim edir. Sifarişçi hesab-fakturanı aldıqda (müvafiq Sifarişdə başqa müddət göstərilməyibsə), ödənişi hesab-fakturanı və e-qaiməni aldığı tarixdən 30 (otuz) təqvim günü ərzində İcraçının bank hesabına köçürmə yolu ilə ödəyir.

6. Müqavilənin 3.2-ci bəndinə əsasən Bu müqaviləyə əsasən Sifarişçinin öhdəsinə düşən öhdəlik, Sifarişçi tərəfindən müqavilə üzrə qeyd olunan müddətlərdə yerinə yetirilməlidir.

7. Müqavilənin 5.2-ci bəndinə əsasən Sifarişçinin vəzifələri:

8. Müqavilənin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilənin şərtlərinə uyğun, Xidmətlərin nəticələrini Təhvil-təslim Aktı əsasında İcraçıdan qəbul etmək və əvəzini ödəmək; 16. Müqavilənin 5.3-ci bəndinə əsasən İcraçının hüquqları

9. Müqavilənin 5.3.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə göstərilməsi nəzərdə tutulan Xidmətlərin razılaşdırılmış qiymətini Sifarişçi tərəfindən ödənilməsini tələb etmək.

10. Müqavilənin 5.4-ci bəndinə əsasən İcraçının vəzifələri:

11. Müqavilənin 5.4.1-ci bəndinə əsasən Bu Müqaviləyə uyğun olaraq müəyyən olunmuş vaxtda öhdəlikləri yerinə yetirmək;

12. Müqavilənin 5.4.3-ci bəndinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında vaxtlıvaxtında səyahət və əlaqəli xidmətləri göstərməyi, Sifarişçi isə göstərilən xidmətlərin əvəzini ödəmək öhdəsini götürür;

13. 062.** nömrəli ##.##.2025-cü il tarixli invoice aktına əsasən “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə göstərilən xidmətlərə görə “xxxx” MMC-nin 13796,24manat borcu müəyyən edilmişdir

14. 065.** nömrəli ##.##.2025-cü il tarixli invoice aktına əsasən “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə göstərilən xidmətlərə görə “xxxx” MMC-nin 1340 manat borcu müəyyən edilmişdir.

15. 068.** nömrəli ##.##.2025-cü il tarixli invoice aktına əsasən “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə göstərilən xidmətlərə görə “xxxx” MMC-nin 2289,74 manat borcu müəyyən edilmişdir

16. . 070.** nömrəli ##.##.2025-cü il tarixli invoice aktına əsasən “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə göstərilən xidmətlərə görə “xxxx” MMC-nin 3123,2 manat borcu müəyyən edilmişdir

17. 071.** nömrəli ##.##.2025-cü il tarixli invoice aktına əsasən “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə göstərilən xidmətlərə görə “xxxx” MMC-nin 1205 manat borcu müəyyən edilmişdir

18. 073.** nömrəli ##.##.2025-cü il tarixli invoice aktına əsasən “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə göstərilən xidmətlərə görə “xxxx” MMC-nin 210 manat borcu müəyyən edilmişdir

19. . 075.** nömrəli ##.##.2025-cü il tarixli invoice aktına əsasən “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə göstərilən xidmətlərə görə “xxxx” MMC-nin 6046,4 manat borcu müəyyən edilmişdir.

20. iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərə görə ##.##.2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli 13796,24 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2508 seriyalı ******** nömrəli 1340 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2508 seriyalı******** nömrəli 2289,74 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2509 seriyalı ******** nömrəli 3123 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2509 seriyalı ******** nömrəli 1205 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2509 seriyalı ******** nömrəli 210 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2509 seriyalı ******** nömrəli 6046,4 manat e-qaimələr göndərilmişdir.

21. “xxxx” MMC tərəfindən cavabdehə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda bildirilmişdir ki, “xxxx” MMC olaraq Sizin rəhbərlik etdiyiniz qurumla uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və hər zaman qarşılıqlı etimada əsaslanan iş münasibətlərinə sadiqliyi bildirilir. Lakin son aylarda tərəfimizdən göstərilmiş xidmətlər üzrə ödənişlərin gecikməsi ilə bağlı yaranmış vəziyyət bizi ciddi şəkildə narahat etməkdədir. ##.##.2025-ci il tarixli **/**/SA saylı xidmət müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə 2025-ci ilin iyun-oktyabr ayları ərzində ümumilikdə 28010,59 AZN dəyərində turizm xidmətləri göstərilmişdir. Lakin göstərilən xidmətlərə görə ödəniş bu günə kimi həyata keçirilməmişdir. Ödənişlərin gecikməsi təkcə müqavilə öhdəliklərinin pozulmasına səbəb olmur, həmçinin şirkətin maliyyə dövriyyəsinə və xidmətlərin fasiləsiz göstərilməsi imkanlarına mənfi təsir göstərir. Müqavilənin və Mülki Məcəllənin müvafiq müddəaları nəzərə alınmaqla, yaranmış gecikmə hüquqi məsuliyyət doğuran hal kimi qiymətləndirilə bilər. Biz SOCAR rəhbərliyinin operativ, məsuliyyətli və şəffaf idarəçilik prinsiplərinə dərin hörmət bəsləyir, bu səbəbdən yaranmış məsələnin məhz Sizin diqqətinizə çatdırılmasının zəruri olduğunu düşünürük. İnanırıq ki, mövcud vəziyyətin aradan qaldırılması üçün aidiyyəti strukturlara müvafiq göstərişlərin verilməsi mümkündür. Bu səbəbdən, hörmətlə xahiş edirik ki, göstərilmiş xidmətlərə dair 28010,59 AZN məbləğində ödənişin ən qısa müddətdə, mümkün olarsa ##.##.2025-ci il tarixinədək icra olunmasına dəstək göstərəsiniz. Ödənişin vaxtında təmin edilməsi, həm mövcud əməkdaşlığın daha sağlam əsaslarla davam etdirilməsi, həm də gələcək layihələrin planlaşdırılmasına imkan yaradacaqdır. Biz qarşı tərəfi hər hansı hüquqi prosedura cəlb etmək niyyətində deyillər və məsələnin əməkdaşlıq ruhunda, qarşılıqlı anlaşma ilə həll ediləcəyinə ümid edirlər.

22. “xxxx” MMC-nin iddiaçının ##.##.2025-ci il tarixli pretenziya məktubuna ## ###### 2026cı il tarixli cavab məktubunda bildirilmişdir ki, ##.##.2025-ci il tarixli “Pretenziya məktubun”da qeyd olunan müvafiq borc məbləğinin “xxxx” MMC tərəfindən ödənilməməsi sifarişçi tərəfindən ödənişlərin gecikdirilməsi və bununla əlaqədar şirkətimizdə yaranan maddi çətinliklərlə bağlı olmuşdur. Xüsusilə qeyd edirik ki, “xxxx” MMC üçün də belə bir vəziyyətin yaranması arzuolunan deyil və bu hal şirkətin iradəsindən asılı olmayan səbəblərə görə baş vermişdir. Odur ki, yaranmış vəziyyəti anlayışla qəbul edəcəyinizə inanırıq. Həmçinin qeyd edilir ki, göstərilən məsələ diqqətlərindədir və müvafiq ödənişlər daxil olduqdan sonra mümkün ən qısa zamanda “xxxx” MMCnin “xxxx” MMC-yə mövcud olan borcu tam şəkildə bağlanacaqdır.

Birinci instansiya məhkəməsindəki icraat

23. . İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” MMC-nin xeyrinə 28010,59 (iyirmi səkkiz min on manat 59 qəpik) AZN məbləğində əsas borcun tutulması; cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə hesablanmış faizlərin (dəbbə pulunun) tutulması; iş üzrə ödənilmiş dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması; cavabdehin bank və digər maliyyə hesablarında olan pul vəsaitləri üzərinə iddia məbləği həddində həbsqoyulması; cavabdehə məxsus daşınar və daşınmaz əmlakın siyahıya alınması və üzərinə qadağa qoyulması; məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədilə digər təminat tədbirlərinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.

24. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə “xxxx” MMC arasında ##.##.2025-ci il tarixli **/**/SA saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı tərəfindən Cavabdehə 2025-ci ilin iyun–oktyabr ayları ərzində turizm xidmətləri göstərilmiş və xidmətlərin ümumi dəyəri 28010,59 AZN təşkil etmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq göstərilmiş xidmətlərə görə ödənişi bu günədək həyata keçirməmişdir. İddiaçı tərəfindən Cavabdehə pretenziya qaydasında müraciət edilmiş, lakin Cavabdeh borcun mövcudluğunu etiraf etsə də, ödənişi təmin etməmişdir. 3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” MMC-nin xeyrinə 28010,59 (iyirmi səkkiz min on manat 59 qəpik) AZN məbləğində əsas borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.

26. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, kı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnamənin iddia tələbinin təmin edilən hissəsində qismən qanunsuz və əsassız olduğu üçün həmin hissədə qətnamənin ləğv edilməsini yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının təxirə salınmasını xahiş etsək də məhkəmə bizim dediklərimizi nəzərə almamış və qeyd olunan qətnaməni qəbul etmişdir. Çünki bizim qeyd olunan şirkətə 28.010,59 manat deyil, 23.000,00 manat borcumuz vardır. Başqa sözlə desək, iddia tələbi 5.000,00 manatın ödənilməsi hissəsində əsassızdır. Bu səbəbdən məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmək əvəzinə və qət edilmiş borc məbləği yanlış olmaqla məhkəmə tərəfindən səhv nəticəyə gəlinmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə iclaısnda işitrak edən ddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir.

30. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər, cavabdeh ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

34. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

“Turizm haqqında” Qanun 1.1.9-cu maddə-turizm xidmətləri – səyahətin məqsədindən asılı olaraq turistlərə ödənişli əsaslarla göstərilən yerləşmə, nəqliyyat (nəqliyyat vasitələrinin turistlərə kirayəyə verilməsi daxil olmaqla), turagent, turoperator, turizm bələdçisi, ictimai iaşə (qidalanma), əyləncə, idman-sağlamlıq, mədəni, işgüzar tədbirlərin təşkili xidmətləri və turistlərin tələb və ehtiyaclarının ödənilməsini təmin edən digər xidmətlərdir. 1.1.12-ci maddə-turoperator – turizm zərfinin hazırlanmasını, birbaşa və ya turagent vasitəsilə satışını həyata keçirən hüquqi şəxsdir. 1.1.15. tur – xüsusi proqram əsasında müəyyən müddətdə təşkil olunan turizm məqsədli səfərlərdir. 8.1.-ci maddə-turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır. Müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və müqavilədəki bütün qeyri-müəyyənliklər istehlakçıların xeyrinə şərh edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən (5.000 manat) hissədə yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.

47. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

48. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında ## #### 2025-ci il tarixli **/**/SA saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən İcraçı bu Müqavilə ilə müəyyən olunmuş qaydada Sifarişçinin yazılı sifarişi əsasında (elektron məktub vasitəsilə) Səyahət və aid Xidmətləri göstərməyi, Sifarişçi isə Xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan öhdəliklər icra edilsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 28010,59 manat ödənilməmiş borcu qalmışdır. 28010,59 manat borcun mövcudluğu cavabdeh Cavabdeh MMC-nin iddiaçının ##.##.2025-ci il tarixli pretenziya məktubuna ## ###### 2026-cı il tarixli cavab məktubu ilə öz təsdiqini tapmışdır.

49. Apellyator şikayətin dəlillərində 28.010,59 manat deyil, 23.000,00 manat borcu olduğunu bildirir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, iş materillarına əlavə edilmiş “xxxx” MMC tərəfindən cavabdehə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda ##.##.2025-ci il tarixli **/**/SA saylı xidmət müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə 2025-ci ilin iyun-oktyabr ayları ərzində ümumilikdə 28010,59 AZN dəyərində turizm xidmətləri göstərildiyi, 28010,59 AZN məbləğində ödənişin ən qısa müddətdə, mümkün olarsa ##.##.2025-ci il tarixinədək icra olunması xahiş olunmuş, cavabdeh Cavabdeh MMC isə ## ###### 2026-cı il tarixli cavab məktubunda bildirilmişdir ki, ##.##.2025-ci il tarixli “Pretenziya məktubun”da qeyd olunan müvafiq borc məbləğinin Cavabdeh MMC tərəfindən ödənilməməsi sifarişçi tərəfindən ödənişlərin gecikdirilməsi və bununla əlaqədar şirkətimizdə yaranan maddi çətinliklərlə bağlı olmuşdur. Xüsusilə qeyd edirik ki, Cavabdeh MMC üçün də belə bir vəziyyətin yaranması arzuolunan deyil və bu hal şirkətin iradəsindən asılı olmayan səbəblərə görə baş vermişdir. Odur ki, yaranmış vəziyyəti anlayışla qəbul edəcəyinizə inanırıq. Həmçinin qeyd edilir ki, göstərilən məsələ diqqətlərindədir və müvafiq ödənişlər daxil olduqdan sonra mümkün ən qısa zamanda Cavabdeh MMC-nin “xxxx” MMC-yə mövcud olan borcu tam şəkildə bağlanacaqdır.

51. Bu müstəvidə kollegiya onu da qeyd edir ki, cavabdehin özünün etiraf etdiyi, ödəyəcəyini bildirdiyi borc məbləğini sonradan iddiaçı iddia tələbi ilə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.

52. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

53. Həmçinin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək borcun məbləğini müəyyən etmiş, cavabdeh isə həmin hesablamanın yanlışlığını konkret hesablaşma və sübutlarla əsaslandıra bilməmişdir. Bu səbəbdən borcun məbləğinin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizasının təyin edilməməsi işin nəticəsinə təsir edən prosessual pozuntu kimi qiymətləndirilə bilməz.

54. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

55. Məkəmə kollegiyası qeyd edir ki,cavabdeh tərəfindən yalnız 5.000 manat mübahisələndirildiyindən MPM-nin 402 -ci maddəsinə əsasən kasassiya şikayəti verilə bilməz.

56. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh MMC-yə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar