Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2(3-1)-163/2026 22.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Apellyasiya şikayətindən imtinanın qəbul edilməsi haqqında İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi (Açar sözlər: apellyasiya şikayətindən imtina edilməsi və onun qəbulu) iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. Iddiaçı İddiaçı "19" iyun 2026-cı ildə ərizə ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ## ###### 2025-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin pozulmasına görə 1430 (bir min dörd yüz otuz) manat əsas borc, 245 günlük gecikmə müddətinə görə hesablanmış 724 (yeddi yüz iyirmi dörd) manat cərimə (dəbbə pulu) borcu olmaqla, cəmi 2154 (iki min yüz əlli dörd) manat məbləğində pul vəsaitinin, habelə iddia qaldırılarkən əvvəlcədən ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 01-03).
b) Iddia tələbinin əsaslandırılması.
2. Iddiaçının tələbinin mahiyyəti ondan ibarət olmuşdu ki, onunla cavabdeh Cavabdeh arasında ## ###### 2025-ci il tarixdə "OCEAN" markalı su-təmizləmə sisteminin kreditlə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə və ona daxil edilmiş * saylı Əlavəyə əsasən, ümumi dəyəri 1890 manat təşkil edən avadanlıq işlək vəziyyətdə cavabdehə yoxlanılaraq təhvil verilmiş və quraşdırılmışdır. Cavabdeh tərəfindən ## ###### 2025-ci il tarixdə 100 manat məbləğində ilkin ödəniş həyata keçirilmiş, qalan borcun isə 20 ay müddətinə hissə-hissə ödənilməsi müəyyən edilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü pul öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq vaxtında və lazımi qaydada icra etməmiş, göndərilmiş şifahi və yazılı bildirişlərə baxmayaraq öhdəliklərin icrasından yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən, cavabdehin kredit üzrə əsas borcu 1430 manat, öhdəliyin icrasının 245 gün gecikdirilməsinə görə hesablanmış cərimə borcu (dəbbə pulu) isə 724 manat olmaqla, ümumilikdə 2154 manat təşkil etmişdir. Buna görə də iddiaçı cavabdehdən 2154 manat məbləğində pul vəsaitinin, eləcə də iddia qaldırılarkən əvvəlcədən ödənilmiş 42 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir.
c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
3. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ## ###### 2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1430 (min dörd yüz otuz) manat əsas, 71,5 (yetmiş bir manat, əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 1501,5 (min beş yüz bir manat, əlli qəpik) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumunun 29,28 (iyirmi doqquz manat, iyirmi səkkiz qəpik) manat hissəsinin cavabdeh Cavabdeh alınaraq iş üzrə iddiaçı İddiaçı ödənilməsi qət edilmişdi (iş vərəqə 53-58). II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.
4. Cavabdeh Cavabdeh ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, alqı-satqı müqaviləsində imzanın kimə məxsus olması üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə qərar qəbul etməyi və həmin rəy əsasında Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilib, yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 63-66).
b) Apellyasiya şikayətinin əsaslandırılması.
5. Cavabdeh şikayətini əsaslandıraraq qeyd etmişdi ki, ## ###### 2025-ci il tarixdə onunla iddiaçı "xxxx" MMC arasında hər hansı şifahi və yazılı qaydada müqavilə imzalanmamış və hər hansı bir müqavilə öhdəliyi mövcud olmamışdır. Ümumiyyətlə, həmin müqavilədən onun məlumatı olmamış, müqavilə üzrə onun iradə ifadəsi əks olunmamış və ünvanında hər hansı bir "OCEAN" markalı su-təmizləmə aparatı quraşdırılmamışdır. Həmin müqavilədə onun şəxsən imzası olmamış, etibarnamə olmadan kimsə tərəfindən həmin müqavilənin imzalanmasına icazə verilməmiş və iddia tələbində qeyd olunan 100 manat ilkin ödənişin kim tərəfindən aparıldığı ona məlum deyildir. Hətta iddiaçı tərəfindən pretenziya məktubu göndərilən zaman, həmin məktuba cavab olaraq hər hansı bir müqavilə öhdəliyinin olmadığı və aparatın quraşdırılmadığı bildirilmişdir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəmə bildirişi ona rəsmi qaydada çatdırılmamışdır. Nəticədə cavabdeh 10 iş günü müddətində iddiaya qarşı etirazını bildirə bilməmiş və müqavilədəki imzanın ona məxsus olmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermək imkanından ondan asılı olmayan səbəblərdən məhrum olmuşdur.
c) Apellyasiya şikayətinin icraata qəbulu.
6. Apellyasiya şikayəti mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına ## ###### 2026-cı ildə daxil olmuş, kollegiyanın ## ###### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmiş və mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan ümumi iddia icraatına keçirilmişdir.
7. Cavabdeh ## ###### 2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayətinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, alqı-satqı müqaviləsində imzanın kimə məxsus olması üçün məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə qərar qəbul edilməsini və həmin rəy əsasında iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdi.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
III. Izahatlar və işin gedişatı.
9. Apellyasiya şikayətinə baxılması ilə bağlı ## ######## 2026-cı il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı cavabdeh Cavabdeh ərizə ilə kollegiyaya müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyini, həmin apellyasiya şikayətindən imtina etdiyini və bunun nəzərə alınmaqla apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətindən imtina etməsinə etiraz etmədiyini, özünün rəhbərliklə danışaraq cavabdehin borcunu hissə-hissə, yəni ödəniş cədvəli üzrə ödəməsinə köməklik edəcəyini bildirmişdi.
IV. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətindən imtinanı qiymətləndirməsi və onun həllinə dair kollegiyanın mövqeyi.
11. Cavabdeh tərəfin Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsinin hüquqi həlli ilə bağlı kollegiya qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipinə əsasən tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, hüququna toxunan məhkəmə aktından şikayət etmək, ondan imtina etmək və ya onu geri götürmək, bir sözlə tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bu prinsipdən irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır.
12. Apellyasiya şikayətindən imtina edilməsinin prosessual qaydası, onun hüquqi həlli və nəticələri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369-cu maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 369.2-ci və 369.3-cü maddələrinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
13. Yuxarıda qeyd edilən prosessual norma blanket xarakterli olmaqla, həmin Məcəllənin 191-ci maddəsinə göndərsə də, sonuncu qeyd edilən prosessual normanın mahiyyətinə nəzər yetirdikdə aydın olur ki, o apellyasiya şikayətindən imtinanın qəbul edilibedilməməsinin hüquqi əsaslarını yox, 369-cu maddə kimi müvafiq müraciətdən imtina edilməsinin prosessual qaydasını, onun hüquqi həllini və nəticələrini müəyyən edir.
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə nəzər yetirdikdə aydın olur ki, iddiadan imtina olunmasının qəbul edilməzliyinin hüquqi əsasları həmin Məcəllənin 52.5-ci maddəsində öz əksini tapıb.
15. Belə ki, həmin prosessual normaya əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
16. Göründüyü kimi mülki prosessual qanunvericilik iddiadan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 365 və 369.3-cü maddələrinin tələbi baxımından apellyasiya şikayətindən imtinanın qəbul olunmazlığını əsasən iki hüquqi əsasla:
17. - onun qanuna zidd olması;
18. - hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması ilə şərtləndirmişdi.
19. Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinasını yuxarıda qeyd edilən hüquqi meyarlar üzrə tədqiq etdikdə aydın olur ki, hazırda apellyasiya şikayətindən imtinanın qəbul edilməməsinə əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyil. Buna görə də kollegiya belə hesab edir ki, həmin tərəfin apellyasiya şikayətindən imtinası qəbul olunmalı, Cavabdeh münasibətdə sözügedən prosessual müraciət üzrə apellyasiya icraatına xitam verilməli və bununla bağlı qərardad qəbul edilməlidir. Çünki Mülki-Prosessual Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
20. Kollegiya Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfin verdiyi apellyasiya şikayətindən imtinasını qəbul etdiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsaslanmaqla belə hesab edir ki, işdə iştirak edən şəxsə apellyasiya şikayətindən imtina etməsinin hüquqi nəticəsi izah edilməlidir.
21. Sözügedən halın hüquqi nəticəsi isə Mülki-Prosessual Məcəllənin 369.1-ci maddəsində öz əksini tapıb ki, həmin normaya görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
22. Yekunda kollegiya onu da bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.6-cı maddələrinin mahiyyətindən həmin Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumunun geri qaytarılmalı olması aydın olur.
23. Bu səbəbdən də kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı cavabdeh Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə ## ###### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödədiyi 21 (iyirmi bir) manat məbləğində rüsum onun özünə geri qaytarılmalıdır.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
25. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
26. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.
V. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.2, 11.1, 12.2, 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq
q ə r a r a a l d ı:
İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətindən imtina qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya şikayəti üzrə icraata хitam verilsin. Cavabdeh Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə ## ###### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödədiyi 21 (iyirmi bir) manat məbləğində rüsum onun özünə geri qaytarılsın. Işdə iştirak edən şəxslərə izah edilsin ki, Mülki-Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.