Məhkəmə qərarları › İş №e-2(3-8)-1222/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-1222/2026

28.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-1222/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsi əsasında alınmış qızılların dəyərinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (iş üzrə icraata xitam verilməsi- işə məhkəmədə baxılmalı olmaması əsası) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsi əsasında alınmış qızılların dəyərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında şifahi razılaşma əsasında 400 qram 585 əyarlı qızıl-zinət əşyalarının satılması, bunun müqabilində aralarında pul öhdəliyinin icrası ilə bağlı yaranmış mülki-hüquqi münasibət olan nisyə alqı-satqı müqaviləsi üzrə qarşılıqlı hesablaşma aparılmaqla cavabdeh tərəfindən əsassız hesablanmış 62000 manat pul məbləğinin yekun haqq-hesabda hesablanmamaqla həmin borcun nəzərə alınmaması (silinməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. ## #### 2026-cı il tarixdə iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış şifahi nisyə alqı-satqı müqaviləsi üzrə 400 qram, türk qızılı, 585 əyarlı qızıl zinət əşyalarının 1 qramının müvafiq dövrlər üzrə bazar qiymətini müəyyən edilməklə yekun qarşılıqlı hesablaşma aparılması və hesablaşmanın nəticəsinə uyğun olaraq tərəflərin yekun pul öhdəliklərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Siyəzən Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim G.Quluzadə) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsi əsasında alınmış qızılların dəyərinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya yaranmış mübahisə ilə bağlı müstəqil qiymətləndiricinin (ekpertin) rəyini almaq hüququ izah edilmişdir.

4. Bu qərardaddan iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının tamamilə ləğv edilməsi və işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Siyəzən Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı nisyə şifahi alqı-satqı müqaviləsinə əsasən cavabdehə qızıl-zinət əşyaları satmış, cavabdeh isə aldığı əşyalara münasibətdə həmin əşyaların dəyərini ödəməmişdir. İşdən görünür ki, satıcı olan cavabdeh həmin əşyaların dəyərinin iddiaçıdan alınıb ona ödənilməsinə dair tələb irəli sürməsə də, alıcı (iddiaçı) iddia tələbi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında satılan qızıl-zinət əşyalarının qiymətinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edib ki, mülki qanunvericiliyə əsasən hər bir fiziki və hüquqi şəxs azad surətdə qanuna zidd olmayan müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İşin araşdırılan halları və cavabdeh tərəfin təqdim etdiyi “whatsapp” yazışmalardan görünür ki, cavabdeh qızıl-zinət əşyalarının şəkli, çəkisi və qiyməti barədə iddiaçıya bildirdikdən sonra iddiaçı razılığını ifadə edərək əşyanı qəbul etdiyini bildirib. Yəni tərəflər sərbəst şəkildə müqavilə şərtlərini və müqavilənin qiymətini razılaşdırdıqdan sonra şifahi nisyə alqı-satqı müqaviləsi bağlamış və bu hal bir neçə dəfə təkrarlanıb. Məhkəmə onu da qeyd edir ki mülki qanunvericiliyin tələbləri ilə qızıl-zinət əşyalarının şifahi, əvəzli və nisyə satılması qanuna zidd hesab olunmamaqla tərəflərin arasında bağlanması istisna edilməmişdir. Məhkəmə hesab edib ki, əvvəla tərəflər arasında bağlanmış və dəqiq ifadə edilmiş müqavilə şərtlərinin yenidən müəyyən edilməsi məhkəmədə baxılan mübahisə olmamaqla, məhkəmənin səlahiyyətində deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, hazırkı iddia tələbinə məhkəmədə baxıla bilməz və onun baxılmasına xitam verilməlidir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 390.1, 390.5, 397.1, 398.1, 398.3, 567, 597.1, 597.2, 600.1, 600.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 6, 9.2, 13.1, 24.1, 170.1, 261.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmənin qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsi barədə mövqeyi əsassız və qanunsuzdur. Məhkəmə qərardad qəbul edərkən işin faktiki hallarına və məhkəmənin özünün qərardadda müəyyən etdiyi hallara zidd mövqe sərgiləmiş, həmçinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə tərəflər arasında nisyə qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı münasibətlərin mövcudluğunu faktiki olaraq qəbul etmişdir. Qərardadın əsaslandırıcı hissəsində məhkəmə göstərmişdir ki, tərəflər arasında qızıl-zinət əşyalarının şəkli, çəkisi və qiyməti barədə yazışmalar olmuş, iddiaçı əşyanı qəbul etdiyini bildirmiş və nəticədə tərəflər arasında şifahi və nisyə alqı-satqı müqaviləsi yaranmışdır. Sadalanan hallar mübahisənin mülkihüquqi xarakter daşıdığını və məhkəmə araşdırmasının predmetini təşkil etdiyini təsdiq edir. Belə olan halda həmin münasibətdən irəli gələn mübahisənin “məhkəmədə baxılmalı olmadığı” qənaətinə gəlinməsi qərardadın özündə müəyyən edilmiş faktiki hallarla ziddiyyət təşkil edir. Əgər məhkəmə özü tərəflər arasında alqı-satqı müqaviləsinin mövcudluğunu qəbul edirsə, həmin müqavilədən irəli gələn qiymət, ödəniş, hesablaşma, öhdəliyin həcmi və icrası ilə bağlı mübahisə mülki məhkəmə icraatında həll edilməlidir. Məhkəmə iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam vermişdir. Lakin həmin normanın tətbiqi üçün işin məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında ümumiyyətlə baxılmalı olmayan işlərdən olması halı olmalıdır. Hazırkı işdə isə belə hal mövcud deyil. Əksinə, mübahisənin predmeti tərəflər arasında yaranmış əmlak və pul münasibətləridir. Tərəflər arasında müqavilənin şərtləri, qızılın miqdarı, əyarı, qiyməti, ödənilmiş məbləğ və yekun öhdəliyin həcmi ilə bağlı mübahisənin olması həmin işin məhz məhkəmə tərəfindən araşdırılmasını zəruri edir. Qərardaddan belə aydın olur ki, məhkəmə iddianın mahiyyətini əsasən qızılın bazar qiymətinin müəyyən edilməsi kimi qiymətləndirmişdir. Lakin iddianın mahiyyəti daha genişdir. Mübahisənin əsasını: qızıl-zinət əşyalarının faktiki olaraq verilməsi; çəkisi; əyarı; satış tarixləri; tərəflərin razılaşması; razılaşdırılmış qiymət; icra edilmiş ödənişlər; qarşı tərəfin tələb etdiyi məbləğ; tərəflər arasında yekun qarşılıqlı hesablaşma; nəticədə hər hansı borcun qalıb-qalmaması təşkil edir. İddiaçının tələbi mövcud müqaviləni birtərəfli qaydada dəyişdirmək məqsədi daşımır. Məqsəd tərəflər arasında faktiki yaranmış münasibətlərin, qarşılıqlı hesablaşmanın və tərəflərin real pul öhdəliklərinin məhkəmə tərəfindən müəyyən edilməsidir. Bu məsələlər işə mahiyyəti üzrə baxılmadan müəyyən edilə bilməz. Məhkəmə qərardadda Mülki Məcəllənin 398.3-cü maddəsinə istinad etmişdir. Həmin norma müəyyən hallarda müqavilədə qiymət nəzərdə tutulmadıqda və ya müqavilənin şərtlərinə əsasən müəyyən edilə bilmədikdə oxşar mallar üçün adətən alınan qiymətin nəzərə alınmasını nəzərdə tutur. Bu norma məhkəməyə qiymətlə bağlı mübahisəni həll etmək üçün hüquqi mexanizm verir. Ona görə də qiymətlə bağlı mübahisənin olması işə xitam verilməsi üçün əsas deyil. Məhkəmə qərardadda Mülki Məcəllənin 600.2-ci maddəsinə istinad edərək nisyə satılmış əşyanın qiymətinin satış günü qüvvədə olmuş qiymət üzrə müəyyən edilməsini və sonradan qiymətin dəyişdirilməsinin, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmadığını qeyd etmişdir. Lakin həmin normanın tətbiqi üçün əvvəlcə mübahisənin faktiki halları müəyyən edilməlidir. Məhkəmə satışın hansı tarixdə baş verdiyini; hər bir qızıl partiyasının çəkisini; həmin tarixdə qiymətin necə müəyyən edildiyini; tərəflərin razılaşmasının məzmununu; ödənişlərin hansı tarixlərdə və hansı məbləğdə aparıldığını müəyyən etmədən 600.2-ci maddəyə istinad etməklə işə xitam verə bilməz. Həmin maddənin tətbiqi mübahisənin mahiyyəti üzrə həllini tələb edir. Məhkəmə qərardadda iddiaçı tərəfindən qızıl-zinət əşyalarının qiymətinin müəyyən edilməsini ekspert-mütəxəssisə aid olan məsələ olmaqla məhkəmədən tələb edilməsi kimi qiymətləndirmişdir. Halbuki iddiaçı məhkəmədən ekspertin funksiyasını yerinə yetirməsini tələb etməmiş. əksinə, xüsusi bilik tələb edən məsələlərin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir. İş üzrə ekspertizanın təyin edilməsinin zəruriliyi isə icraata xitam verilməsi üçün deyil, işin araşdırılmasının davam etdirilməsi üçün əsasdır. Göründüyü kimi məhkəmə maddi və prosessual əsas olmadan iş üzrə icraata xitam verməklə iddiaçının məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ... 261.0.1. işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. ... Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Maddə 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Siyəzən Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

14. Ona görə də kollegiya Siyəzən Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Hazırkı iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı nisyə şifahi alqı-satqı müqaviləsinə əsasən cavabdehə qızıl-zinət əşyaları satmış, cavabdeh isə aldığı əşyalara münasibətdə həmin əşyaların dəyərini ödəməmişdir. İşdən görünür ki, satıcı olan cavabdeh həmin əşyaların dəyərinin iddiaçıdan alınıb ona ödənilməsinə dair tələb irəli sürməsə də, alıcı (iddiaçı) iddia tələbi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında satılan qızıl-zinət əşyalarının qiymətinin müəyyən edilməsini xahiş etmişdir.

16. Deməli, hazırkı işdə iddiaçının mübahisələndirdiyi məsələ tərəflər arasında əvvəlcədən özlərinin razılığı ilə müəyyən edilmiş qiymətləndirmənin dolayısı ilə əsassız sayılması barədədir.

17. Apellyasiya instansiyası iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşaraq aşağıdakıları qeyd edir.

18. Məhkəmə kollegiyasının mövqeyi belədir ki, həmin iddiaya ümumiyyətlə məhkəmədə baxıla bilməz. Belə iddialara baxılması sübutetmənin mahiyyətinə zidd olmaqla mülki dövriyyənin sabitliyini pozmuş olar.

19. Kollegiya ilk olaraq bildirir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl məhkəmələr iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalıdır.

20. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur

21. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, tərəflər arasında şifahi qaydada nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı bu müqaviləyə əsasən cavabdehə qızıl-zinət əşyaları satmış, cavabdeh isə aldığı əşyalara münasibətdə həmin əşyaların dəyərini ödəməmişdir. Hazırda müqavilə üzrə, alıcı (iddiaçı) iddia tələbi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında satılan qızıl-zinət əşyalarının qiymətinin müəyyən edilməsini xahiş etmişdir.

22. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməklə əslində digər bir iddianın verilməsi üçün zəmin hazırlayır. Lakin qanunverici belə halların iddia icraatı qaydasında əldə olunmasını istisna edir.

23. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyə əsasən hər bir fiziki və hüquqi şəxs azad surətdə qanuna zidd olmayan müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İşin araşdırılan halları və cavabdeh tərəfin təqdim etdiyi “whatsapp” yazışmalardan görünür ki, cavabdeh qızıl-zinət əşyalarının şəkli, çəkisi və qiyməti barədə iddiaçıya bildirdikdən sonra iddiaçı razılığını ifadə edərək əşyanı qəbul etdiyini bildirib. Başqa sözlə tərəflər sərbəst şəkildə müqavilə şərtlərini və müqavilənin qiymətini razılaşdırdıqdan sonra şifahi və nisyə alqı-satqı müqaviləsi bağlamışlar və hal, bir neçə dəfə təkrarlanmışdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış və dəqiq ifadə edilmiş müqavilə şərtlərinin yenidən müəyyən edilməsi məhkəmədə baxılan mübahisə olmamaqla, məhkəmənin səlahiyyətində deyildir. Bundan başqa işin hallarından görünür ki, birinci instansiya məhkəməsi bir neçə dəfə hazırlıq iclasını təxirə salmaqla iddiaçı tərəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif irəli sürmüş, lakin iddia tələbi dəqiqləşdirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası razılaşır ki, birinci instansiya məhkəməsi göstərilən əsasla iş üzrə icraata xitam verməklə qanuni və əsaslı qərar qəbul etmişdir.

25. Beləliklə məhkəmə hesab edir ki, qərardaddan verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə).

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar