Məhkəmə qərarları › İş №e-2(3-6)-2837/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2837/2026

31.08.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2837/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia üzrə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı MMC-yə qarşı işi üzrə Açar sözlər: (“pul”, “müqavilənin etibarsız hesab edilməsi”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ##### 2026-cı il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı ##.##.2025-ci il tarixli müqavilə üzrə X1 üçün , 2261.22 manat ödənilməmiş hissə, 226.12 manat cərimə, ümumilikdə 2487.34 manat borc, 44.88 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, X1, QIZIL ZƏMANƏT ULTRA 2 IL xidmət almış və nəticədə 2487.34 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3000.12 manat (18 ay x 158.34 manat + 150 manat ilkin ödəniş) olan X1, QIZIL ZƏMANƏT ULTRA2 IL xidmət üçün ümumilikdə 2487.34 manat olmaqla, ondan, 2261.22 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 226.12 (iki yüz iyirmi altı manat, 12 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh ##.##.2025-ci il tarixli müqaviləsinə əsasən,##.##.2025-ci il tarixində QIZIL ZƏMANƏT ULTRA 2 IL xidmətindən imtina etmişdir, 350 manat borcundan silinmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 388.9 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 350 manat, ümumilikdə, 738.9 manat təşkil edir.

2. ##.##.2026-cı il tarixində Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "##.##.2025-ci il tarixli müqavilə üzrə ümumilikdə 2487.34 manat borcun cavabdeh Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi və Qarşılıqlı iddianı təmin edib "xxxx" MMC ilə aralarında bağlanan "##.##.2025-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 2261.22 manat ödənilməmiş hissə, 22 manat dəbbə, cəmi 2283.22 manat borc və 42.83 manat ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, 2.05 manat dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıya aid edilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.4, 385.1, 442, 467, 448.1, 557, 600.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə istinad olunmuş hüquqi əsaslara görə ilkin iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, ilkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə ilkin iddia üzrə iddiaçıya borcu yaranmış və bununla da ilkin iddia üzrə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. Ilkin iddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Məhkəmə iddiaçı tərəfindən cərimənin 226.12 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 22 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Qarşılıqlı iddiaya münasibətdə isə qeydedilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz iddiasını sübut edə bilməmişdir. Belə ki, iş materialları ilə müqavilənin etibarsız hesab edilməsinə dair heç bir əsas yoxdur.

4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - ##.##.2025-ci il tarixli ********** saylı müqaviləyə əsasən iddiaçı cavabdehə X1, QIZIL ZƏMANƏT ULTRA 2 IL xidməti satmışdır; - Maliyyə arayışına əsasən cavabdehin iddiaçıya müqavilə üzrə 2261.22 manat əsas, 226.12 manat dəbbə pulu, ümumilikdə 2487.34 manat borcu yaranmışdır; - Borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir; - Hazırda iddiaçı 2487.34 manat borcun cavabdehdən tutulmasını istəyir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətini təmin edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026cıil tarixli, *(***)-****/**** saylı qətnaməsini ləğv edərək, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin 14.2-ci maddələrinə istinadən qeyd etmişdir ki, hazırda ilkin iddianın qismən təmin edilən hissəsini və qarşılıqlı iddianı mübahisələndirir. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, iş materialları ilə təsdiq olunmuşdur ki, ilkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə ilkin iddia üzrə iddiaçıya borcu yaranmış və bununla da ilkin iddia üzrə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Hesab edir ki, məhkəmə etibarsızlıq məsələsinə də düzgün qiymət verməmişdir. Belə ki, onunla “xxxx” MMC arasında ##.##.2025-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X1” adlı tozsorana görə “xxxx” MMC-yə ümumilikdə 2487.34 manat borc məbləği yaranmışdır. Nəzərə çatdırır ki, onun keçmiş tanışı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adlı şəxs “xxxx” MMCnin əməkdaşları ilə qabaqcadan əlbir olaraq danışmış və onun etibarından sui-istifadə edib, aldadaraq ona “xxxx” MMC ilə kredit müqaviləsini imzalatdırmışdır. Müqaviləni o imzalasa da, lakin tozsoranı keçmiş tanışı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adlı şəxs aparmışdır. Hətta, tozsorana görə bir-iki dəfə “xxxx” MMC-nin hesabına kredit ödənişləri etmişdir. Sonradan “xxxx“MMC-nin əməkdaşlarının kredit üzrə ödənişlər etməyi ondan tələb edəndə anladı ki, o aldadılıb. Belə ki, heç yerdə işləməyən, heç bir gəliri olmayan şəxsə və üstəlikdə böyük məbləğdə kreditlə əşya verilməsi heç bir məntiqə uyğun deyildir. Buradan açıq-aşkar bəlli olur ki, “xxxx” MMC-nin əməkdaşları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adlı şəxslə qabaqcadan əlbir olaraq onu aldadaraq müqaviləyə imza atmağına nail olmuşlar. Hesab edir ki, “xxxx” MMC ilə onun arasında bağlanan ##.##.2025-ci il tarixli kredit müqaviləsinin heç bir hüquqi nəticəsi olmadığına görə etibarsız əqddir. Çünki, nəticə etibarı ilə “xxxx” MMC ilə müqavilə bağlasa, belə tozsoran Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adlı şəxsə təqdim edilmişdir. Bu da onu göstərir ki, ilkin iddia üzrə iddiaçı “xxxx” MMC ilə aralarında bağlanan ##.##.2025-ci il tarixli kredit müqaviləsi formal olaraq imzalanmışdır. Hətta, tozsoranın üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqdim edilməsinə adını bilmədiyi onun öz yaxın qohumu da şahiddir. Çünki, həmin gün o yanlarında olmuşdur. Hətta, həmin günü ilkin ödənişi də o şəxs etmişdir (qohumu) etmişdir. Bundan əlavə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə aralarında “Whatsapp” səs və yazışmaları da mövcuddur. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz iddiasını sübut edə bilməmişdir. Belə ki, iş materialları ilə müqavilənin etibarsız hesab edilməsinə dair heç bir əsas yoxdur. Hesab edir ki, məhkəmənin gəldiyi qənaət əsassızdır. Belə ki, tərəfindən məhkəməyə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus səs qeydləri təqdim edilmişdir. Həmin səs qeydlərindən də açıq-aydın görünür ki, “xxxx” MMC-dən “X1” adlı tozsoranı o deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs götürmüşdür. Belə ki, “xxxx” MMC-nin əməkdaşları VəliyevRauf Nadir oğlu adlı şəxslə qabaqcadan əlbir olaraq məni aldadaraq müqaviləyə imza atmağıma nail olmuşlar. Apellyasiya icraatında müəyyən edilən hallar:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız hesab etdiyini qeyd etmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 337.1. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 567. Alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Belə ki, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs onu aldatdığını, tozsoranın onun tərəfindən götürülmədiyini, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən istifadə olunduğunu bildirsə də, qeyd edilməlidir ki, müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmış və bunu cavabdeh özü də apellyasiya şikayətində etiraf etmişdir, cavabdeh bu müqaviləni könüllü şəkildə, iradə ifadəsini göstərməklə bağlamışdır, lakin sonradan müqavilə şərtlərini icra etməmişdir. Cavabdehin tozsoranı keçmiş tanışı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adlı şəxsə verməsi, onlar arasında mülki məsuliyyətə aid ola bilən mübahisədir ki, iddiaçının vəzifələrinə aid deyildir. Hətta, tozsorana görə bir-iki dəfə “xxxx” MMC-nin hesabına kredit ödənişləri etmişdir.Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur. Digər tərəfdən cavabdehə izah ediilməlidir ki, robot tozsoranın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən qəbul edilməsi və onun istifadəsində olması iddiaçı ilə bağlanmış müqavilənin etibarsızlığı üçün hər hansı əsas yaratmır, bununla yanaşı cavabdehə izah edilməlidir ki, qeyd etdiyi hallarla bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı ayrıca iddia tələbi ilə müraciət etmək hüququ vardır.

11. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.

12. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar