Məhkəmə qərarları › İş №e-2(3-6)-4001/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4001/2026

07.09.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4001/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X7 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ## #### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Iddiaçı İddiaçı - cavabdehlər cavabdeh2,cavabdeh1 qarşı "müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi-vəkili vəkil2 cavabdeh2 - İddiaçı və X1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2013-cü il tarixli İddiaçı ilə “xxxx” MMC arasında bağlanılmış müqavilə əsasında, ünvan 1 ünvanında yerləşən 255 kvm qeyri-yaşayış sahəsi, ##.##.2017-ci il tarixli, 0041011001324- 05101-****** reyestr nömrəli, Əliyeva (Qasımova) Sevinc Mayıl qızının adına qeydə alınmış, ünvan 2 ünvanında yerləşən 620 kvm, qeyri yaşayış sahəsi, ##.##.2019-cu il tarixli, 004011000434-05101-****** reyestr nömrəli, İddiaçı adına qeydə alınmış, Bakı şəhəri, Səbail rayonu, Istiqlaliyyət küçəsi, ev 31, 341 kvm qeyri-yaşayış sahəsi, ##.##.2019-cu il tarixli, 003011000286-***** reyestr nömrəli, İddiaçı adına qeydə alınmış, Bakı Şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 1, ** saylı fərdi yaşayış evi, ##.##.2019-cu il tarixli, 008011000962- 05101-****** reyestr nömrəli, İddiaçı adına qeydə alınmış, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9, mənzil 123, 69.9 kvm, ##.##.2019-cu il tarixli, 008011000962-05101-****** reyestr nömrəli, İddiaçı adına qeydə alınmış, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9, mənzil 5, 46.6 kvm, ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli, İddiaçı adına qeydə alınmış, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi, ##.##.2024-cü il tarixli, BB672492 qeydiyyat nömrəli, **KK*** dövlət qeydiyyat nişanlı, AITO M9 markalı avtomobil, ##.##.2024-cü il tarixli, BA444181 qeydiyyat nömrəli, **KK*** dövlət qeydiyyat nişanlı, AVATR 11 markalı nəqliyyat vasitəsi və *** *** ** ** mobil nömrəyə 2/3 hissədə iddiaçı cavabdeh2 və 1/3 hissədə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi; 2. ##.##.2016-cı il tarixli, 004011003338-05301-****** reyestr nömrəli Bakı şəhəri, ünvan 3 mərtəbə ünvanında yerləşən 344 kvm qeyri-yaşayış sahəsi ilə bağlı X3 və X2 arasında bağlanılmış əqdin etibarsız hesab edilməsi, qeyd olunan əmlaka 2/3 hissədə iddiaçı cavabdeh2 və 1/3 hissədə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı cavabdeh2 - İddiaçı və X1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair ## ###### 2012-ci il Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, cavabdehin irəli sürdüyü tələblər xarakterinə görə ilkin iddianın ödənilməsinə yönəlmiş eyni növlü və ya qarşılıqlı hesablaşma predmeti olan tələblər deyildir. Qarşılıqlı iddiada müstəqil hüquqi münasibətlərdən irəli gələn, fərqli predmet və əsaslara malik tələblər irəli sürülmüşdür. Bu tələblərin təmin edilməsi ilkin iddianın tam və ya qismən təmin olunmasını bilavasitə istisna etmir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh cavabdeh2 qərardaddan şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini, qarşılıqlı iddia ərizələrinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.2 və 156.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin yanaşması yanlışdır və işin halarına uyğun deyildir. Belə ki, iddiaçı İddiaçı ilkin iddiasında cavabdehlər arasında bağlanmış icarə müqavilələrinin etibarsızlığını tələb etməklə yanaşı, həmin əmlakların boşaldılaraq ona təhvil verilməsi tələbini də irəli sürmüşdür. Qarşılıqlı iddia isə məhz həmin mübahisəli əmlakların birgə nikah dövründə əldə olunması faktına söykənir. Əmlakların qanunvericiliyə əsasən ümumi mülkiyyət statusunda olmasını əsas gətirərək, tərəflərindən qarşılıqlı iddiada həmin əmlaklarda cavabdeh2 payının müəyyən edilməsi tələbi irəli sürülmüşdür. Aydındır ki, əgər məhkəmə qarşılıqlı iddianı təmin edərək mübahisəli əmlaklarda cavabdeh2 birgə mülkiyyət hüququnu (payını) təsbit edərsə, bu hal iddiaçı İddiaçı irəli sürdüyü “əmlakların boşaldılaraq təhvil verilməsi” (yəni cavabdeh2 əmlaklardan çıxarılması) tələbini tamamilə istisna edəcək və hüquqi əsassız edəcəkdir. Çünki özünə məxsus payı olan mülkiyyətçini əmlakdan çıxarmaq ağlabatan deyil. Bu səbəbdən aydın olur ki, iddialar arasında bilavasitə hüquqi əlaqə və bir-birini istisna etmə halı mövcuddur. Bundan başqa, Məhkəmə qərardadında “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 372.5-ci maddəsinin həmin Məcələnin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair ## ###### 2012-ci il Qərarı”na istinad etsə də, həmin qərarın mahiyyətini yanlış təfsir etmişdir. Belə ki, qeyd olunan qərara əsasən, qarşılıqlı iddia ilkin iddianın əsaslandığı dəlillərin dəf edilməsinə yönəlir və onun təmin olunmasını imkansız edir. Onların təqdim etdiyi qarşılıqlı iddiada mübahisəli əmlakların birgə nikah dövründə əldə edilməsi səbəbindən payların müəyyən edilməsi tələbi də ilkin iddiadakı əmlakların boşaldılaraq təhvil verilməsi tələbini tamamilə təkzib edir, iddiaçının dəlillərini dəf edir və boşaldılma tələbinin təmin edilməsini qeyri-mümkün edir. Digər tərəfdən, məhkəmənin mübahisəli əmlakların bölgüsü tələbi ilə həmin əmlakların boşaldılması tələbinə ayrı ayrı icraatlarda baxılmasının mümkünlüyünə dair gəldiyi nəticə mülki mühakimə icraatının fundamental prinsiplərini, xüsusilə də prosessual qənaət və ziddiyyətli qərarların qarşısının alınması prinsiplərini kobud şəkildə pozur. Belə ki, qarşılıqlı iddia icraata qəbul edilməyərək ilkin iddiaya ayrıca baxıldığı təqdirdə, məhkəmənin mülkiyyət hüququnu araşdırmadan əmlakların boşaldılması (cavabdeh2 əmlaklardan çıxarılması) barədə qətnamə qəbul etməsi riski yaranır. Paralel olaraq, cavabdeh2 ayrıca icraatda qaldıracağı iddia üzrə isə həmin əmlaklarda onun da payının olması təsbit edilə bilər. Belə olan halda, eyni əmlaklara münasibətdə bir-biri ilə tam ziddiyyət təşkil edən və icrası qeyri-mümkün olan iki fərqli məhkəmə qətnaməsi meydana çıxacaqdır. Azərbaycan Respublikası MPM-in 156-cı maddəsində təsbit edilmiş qarşılıqlı iddia institutu məhz bu cür hüquqi ziddiyyətlərin qarşısını almaq və iddiaların birgə araşdırılması yolu ilə işin daha tez, hərtərəfli və düzgün həlini təmin etmək məqsədi daşıyır. Məhkəmənin “tələblərin eyni növlü olmaması” yanaşması ilə bağlı qeyd edilməlidir ki, MPM-in 156.1.3-cü maddəsində iddiaların mütləq mənada eyni xarakterli olması tələb edilmir. Maddədə göstərilən məyar iddialar arasında sıx qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılmasının mübahisənin ədalətli həllinə kömək etməsidir. Hazırkı işdə iddiaların obyekti eyni əmlaklar, tərəfləri isə eyni şəxslərdir. Bu baxımdan, iddialar arasında ayrılmaz prosessual və maddi-hüquqi bağlılıq mövcuddur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1.qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. 169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. 169.2. Bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair ## ###### 2012-ci il Qərarında qeyd edilmişdir ki, MPM-in 156-cı maddəsi qarşılıqlı iddianın qəbul olunması şərtlərini müəyyən edir: - qarşılıqlı tələb ilkin tələbin ödənilməsinə yönəlmişsə; - qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; - qarşılıqlı və ilkin iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnərsə. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. Ilkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədə müvafiq hesab edildikdə mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrı-ayrılıqda baxıldıqda daha əvvəl baxılan iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır (MPM-in 82-ci maddəsi). L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ilkin və ya qarşılıqlı iddia tələbləri işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Qarşılıqlı iddia ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilməsi mümkündür Məhkəmə kollegiyası, qeyd edilən qanunvericiliyə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, hazırkı qarşılıqlı iddia tələbi biləvasitə ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş olduğunu, onun təmin edilməsinin ilk iddianın tam və ya qismən təmin edilməsinin aradan qaldırmasını, tələblər arasında qarşılıqlı əlaqənin olmasını və onlara birlikdə baxılmasının mübahisələrə daha tez və düzgün baxmaqla nəticələndiyini tam dəqiqliyi ilə müəyyən etməsə də, artıq işin baxılması zamanı işlərin biribiri ilə əlaqəli olması müəyyən edilərsə məhkəmə ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasını təmin etməli və ya bir iddia tələbinin baxılmasının digər tələblərdən asılı olduğu hallarda asılı olan tələb üzrə icraatı dayandırmalıdır. Diqətə çatdırılmalıdır ki, icraatların birləşməsi (iddialara qarşılıqlı və ya ayrı-ayrı tələblərin bir icraatda baxılması) və dayandırılması meyyarları oxşar olsa da, onların təsnif edilməsi (dəqiq müəyyən edilməsi) mülki prosessual qanunvericiliyin tələblərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirlmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar