Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2856/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “təhsil xərcinin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “təhsil xərcinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Budаpеşt Mеtrоpоlitаn univеrsitеtinin invоyslаrı əsаsındа köçürülmüş vəsаit-7960 аvrо; yаtаqхаnа хərcləri-4110 аvrо; yеmək, bаzаrlıq, şəhər nəqliyyаtı və sаir хərclər-14.215 mаnаt; məişət əşyаlаrının, zəruri gеyim əşyаlаrının, gündəlik ləvаzimаt əşyаlаrının аlınmаsı üçün-2275 аvrо; yоl хərci-520 АBŞ dоllаrı (Bаkı-Budаpеşt, ##.##.2025), 720 mаnаt (Budаpеşt-Bаkı, ##.##.2025; Bаkı-Budаpеşt, ##.##.2026), Bakı-London-1292 manat; Londonda xərclər-5200 manat; Londonda yеmək, şəhər nəqliyyаtı və sаir хərclər-500 funt sterlinq olmaqla, cəmi 14.345 аvro, 520 АBŞ dоllаrı, 21.427 mаnаt və 500 funt sterlinq təşkil edir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh və X5 arasında Nəsimi rayon Qeydiyyat şöbəsində ##.##.2014-cü il tarixdə *** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması tərəflərin birgə nikahından doğulmuş ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2008-ci il təvəllüdlü X6 anaları X5 yanında qalmalarının müəyyən edilməsi, ##.##.2015ci il təvəllüdlü X2 və ##.##.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh hər ay qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçı X5 ödənilməsi alimentin tutulmasının ##.##.2021-ci il tarixdən hesablanması qət edilmişdir.
3. * saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025ci il tarixli, AZ-V seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 ##.##.2025-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X4 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.2025-ci il tarixdə 3148 nömrə ilə qeyd edilmişdir.
4. * saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2024cü il tarixli, AZ-V seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 ##.##.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X4 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.2024-cü il tarixdə 12 nömrə ilə qeyd edilmişdir.
5. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli müayinə vərəqəsindən görünür ki, ##.##.2023-cü il təvəllüdlü X3 qulağında 50 X1 uyaran şiddətində rarefaction polaritədə 21.1 rate də V dalğa əldə olunmuş, sağ qulaqda 95 X1 uyaran şiddətində rarefaction polaritədə 21.1 rate də V dalğa əldə olunmamışdır.
6. Paprec Enerji Azərbaycan MMC-nin ##.##.2026-cı il tarixli arayışından görünür ki, cəmiyyətdə inzibati işlər üzrə menecer vəzifəsində çalışan Cavabdeh aylıq məvacibindən Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq, müəssisəmizə daxil olmuş məhkəmə qərarını əsas götürərək 2022-ci ilin fevral ayından etibarən iki uşaq üçün müvafiq olaraq aliment tutulur. Aliment məbləği aylıq əmək haqqının 1/3 (üçdə bir) hissəsi həcmində müəyyən edilmişdir. Hal-hazırda Cavabdeh Elman oğlunun əmək haqqı bütün vergilər daxil 6511 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hаzırki iş üzrə birgə nikаh dövründə аnаdаn оlmuş ##.##.2008-ci il təvəllüdlü Nəcəfоvа Məryəm Səməd qızının хаricdə təhsil аlmаsı ilə əlаqədаr çəkilmiş хərclərin yаrısının, yəni 14.345 аvrоnun, 520 АBŞ dоllаrının, 21.427 mаnаtın və 500 funt sterlinqin yаrısı оlаn hаzırki valyuta kursları nəzərə аlınmаqlа cаvаbdеh Nəcəfоv Səməd Еlmаn оğlundаn 26.075 manatın tutulаrаq iddiaçıya ödənilməsi bаrədə qətnаmə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cаvаbdеh Nəcəfоv Səməd Еlmаn оğlu ilə rəsmi nikаh münаsibətlərinə dахil оlmuşdur. Həmin nikahdan iki аzyаşlı uşаqları vаr. Həmin uşаqlаr hаzırdа iddiaçının himаyəsindədir. Cаvаbdеhlə nikаhları məhkəmə qаydаsındа pоzulmuşdur. Qеyd еtmək lаzımdır ki, birgə nikаhdаn tərəflərin 2 аzyаşlı uşаğı аnаdаn оlmuşdur. Məhkəmə qətnаməsi ilə həmin uşаqlаr аnаnın, yəni iddiaçının himаyəsinə vеrilmişdir. Uşаqlаrdаn böyüyü, Nəcəfоvа Məryəm Səməd qızı, ##.##.2008-ci il təvəllüdlü, 2025-ci ildə Mаcаrıstаn Rеspublikаsının Budаrеşt Mеtrоpоlitаn univеrsitеtinə dахil оlmuşdur. Həmin univеrsitеtdə təhsil pullu (ödənişli) оlduğundаn iddiaçı tərəfindən, hаbеlə Məryəmin nənəsi Nаibə Tаğızаdənin vаsitəsilə bütün təhsil hаqqı, Məryəmin Budаpеşt şəhərində yаşаyış yеri ilə təmin еdilməsi, оnun təhsil аldığı müddətdə yеmək хərci və sаir təminаtlаrı həyаtа kеçirilmişdir. Həmçinin, Məryəmin Bаkı şəhərindən təhsil аldığı Budаpеşt şəhərinə аviarеyslə gеtməsi, tətil zаmаnı оrаdаn Bаkıyа qаyıtmаsı və dаhа sоnrа Budаpеştə qаyıtmаsı хərci ödənilmişdir. Bu хərclərə аşаğıdаkılаr аiddir: 1. Budаpеşt Mеtrоpоlitаn univеrsitеtinin invоyslаrı əsаsındа köçürülmüş vəsаit - 7960 аvrо; 2. Yаtаqхаnа хərcləri - 4110 аvrо (2025-2026-cı illərin оktyаbr - iyun аylаrı) 3. Yеmək, bаzаrlıq, şəhər nəqliyyаtı və sаir хərclər - 14.215 mаnаt (2025-2026-cı illərin sentyаbr - iyun аylаrı); 4. Məişət əşyаlаrının, zəruri gеyim əşyаlаrının, gündəlik ləvаzimаt əşyаlаrının аlınmаsı üçün - 2275 аvrо; 5. Yоl хərci - 520 АBŞ dоllаrı (Bаkı-Budаpеşt, ##.##.2025); 720 mаnаt (Budаpеşt-Bаkı, ##.##.2025; Bаkı-Budаpеşt, ##.##.2026) Yol xərci birinci dəfə Bakı-London-1292 manat. 6. Londonda xərclər-5200 manat 7. Londonda yеmək, şəhər nəqliyyаtı və sаir хərclər- 500 funt sterlinq, cəmi: 14.345 аvro, 520 АBŞ dоllаrı, 21.427 mаnаt və 500 funt sterlinq. Bеlə оlаn hаldа çəkilmiş хərclərin və gələcəkdə çəkilməsi zəruri olan xərclərdə hər iki vаlidеynin iştirаkı tələb оlunduğundаn çəkilmiş хərclərin yаrısı cаvаbdеhdən tutulmаlıdır. Qеyd еtmək lаzımdırki, bütün bu хərclər Məryəmin nənəsi Nаibə Tаğızаdənin аdınа оlаn bаnk kаrtlаrı vаsitəsilə ödənilmiş və bu ödənişlərin həyаtа kеçirilməsi hаllаrı kаrtlаrdаn еdilmiş çıхаrışlаrdа əksini tаpmışdır (əlаvə оlunur).
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X7)
10. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, məhkəmə tərəfindən əlavə xərclərdən yalnız yetkinlik yaşına çatmamış uşağın sağlamlığı ilə əlaqəli olan, iddiaçı tərəfindən ödənilmiş və iş materialları ilə öz təsdiqini tapa bilən vəsaitin yarısı cavabdehdən tutula bilərdi. Lakin iş materiallarından da görünən odur ki, cavabdehdən tutulması tələb edilən vəsait təhsil xərcləri ilə əlaqədar vəsaitlərdir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir, tələbdə qeyd olunan əlavə xərclər sağlamlıqla bağlı xərclər olsaydı belə, ilk əvvəl cavabdehin maddi vəziyyəti nəzərdən keçirilməli və yalnız cavabdehin maddi və sağlamlıq vəziyyəti buna yol verəcəyi təqdirdə onun əlavə xərclərə cəlb edilməsi təmin edilə bilərdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il ## #### tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.4-cü, 58.2ci, 75-ci, 81-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci, 76-cı, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə çəkilən xərclərin hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, sübutlara düzgün qiymət verməyərək səhv nəticəyə gəlmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmadı. ç) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları birbirindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.
e) Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. İddiaçı tərəfindən qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
24. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, qanunvericilik ailment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə, əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Buradan o nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulduqda da, məhkəmə müstəsna hallarla bağlı digər valideyni çəkilmiş və gələcəkdə olan əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.
25. Müstəsna hallarla bağlı isə Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriyakurort müalicəsi və s.) olsun. Bu normanın yetkinlik yaşına çatmayan uşaqlar üçün şamil edilməsi istisna olunmadığından, həmin halların mövcudluğu yetkinlik yaşına çatmayan uşaqlar üçün də müstəsna hal hesab edilə bilər.
26. Göründüyü kimi, məhkəmə tərəfindən əlavə xərclərdən yalnız yetkinlik yaşına çatmamış uşağın sağlamlığı ilə əlaqəli olan, iddiaçı tərəfindən ödənilmiş və iş materialları ilə öz təsdiqini tapa bilən vəsaitin yarısı cavabdehdən tutula bilərdi. Lakin iş materiallarından da görünən odur ki, cavabdehdən tutulması tələb edilən vəsait təhsil xərcləri ilə əlaqədar vəsaitlərdir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir, tələbdə qeyd olunan əlavə xərclər sağlamlıqla bağlı xərclər olsaydı belə, ilk əvvəl cavabdehin maddi vəziyyəti nəzərdən keçirilməli və yalnız cavabdehin maddi və sağlamlıq vəziyyəti buna yol verəcəyi təqdirdə onun əlavə xərclərə cəlb edilməsi təmin edilə bilərdi. Kollegiya qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq ali təhsil seçim xüsusiyyətinə malikdir, uşağın ümumi orta təhsili başa vurduqdan sonra ali təhsil müəssisəsini seçməsi, ödənişli təhsil formasını seçməsi məcburi deyil, hələ də çox yüksək məbləğli ödəniş tələb edən xaricdə hər hansı bir ali təhsil müəssisəsinin seçilməsi seçim xüsusiyyətini özündə ehtiva edir. Yəni, ali təhsil almaq üçün çox yüksək məbləğli xərc tələb edən, hazırki halda iddiada da həm təhsil, həm qalma xərcləri qeyd edilir. Bu halda valideynin onun ödənilməsinə mütləq cəlb edilməsi və ondan tələb edilməsi əsaslı hesab edilə bilməz. Yəni bu xərc onun saxlanılması üçün zəruri olan deyil, ümumi orta təhsildən sonrakı seçim xarakterli ali təhsil üzrə və qalma xəcləri üzrə tələb edilən məbləğdir. Eyni zamanda qeyd edilməlidir ki, ümumi orta təhsili başa vurduqdan sonra yetkinlik yaşına çatmama bir valideyndən digər valideynin tələbi ilə məcburi qaydada xərclərin tutulması, tələb edilməsi üçün əsas yaratmır.
27. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.