Məhkəmə qərarları › İş №e-2(3-9)-1198/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1198/2026

17.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1198/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilib artırılaraq ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, cavabdeh Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,65 misli həcmində - ümumilikdə 520 (beş yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Ləman Qasımzadə) iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardaddan narazı qalan iddiaçı İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində alimentin artırılması ilə bağlı hüquqi maraq açıq ifadə olunmuş, tələbin faktiki əsasları güdülən hüquqi maraqla uzlaşdırılmış, iddianın qaldırılmasından əvvəl mediasiya prosesində iştirak edilmiş və ərizənin hüquqi əsaslandırma hissəsində daha əvvəl təyin edilmiş aliment məbləğinin həcminin artırılmasını tənzimləyən maddi hüquq normalarına istinad edilmişdir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə qanun əsaslı deyildir. Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırda iddiaçının iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən tutulan aliment məbləğinin dəyişdirilərək 2026-cı il üzrə minimum əmək haqqı əsas götürülməklə sonrakı artımlar nəzərə alınmaqla tutulmasını xahiş etməklə, iddia tələbinin əsasını 2026-cı il üçün minimum əmək haqqının dəyişdirilməsi (indeksasiya) təşkil edir. İddiaçının şikayətində iddia ərizəsində alimentin artırılması ilə bağlı hüquqi marağın ifadə olunduğu, tələbin faktiki əsaslarının həmin hüquqi marağa uyğun olduğu və Ailə Məcəlləsinin 112-ci maddəsinə istinad edildiyi göstərilsə də, məhkəmə tələbin hüquqi əsaslandırılmasına deyil, onun faktiki məzmununa qiymət verməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehdən aliment alınmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsindən bəri ötən müddətdə övladlarının sosial və artan təhsil xərcləri onların saxlanmasında ehtiyac duyulan maddi tələbatları artırmış və cavabdeh Cavabdeh sözügedən xərclərdə sadəcə hazırkı aliment məbləği ilə çıxış etməsi artıq yetərsiz qalmışdır. İddia tələbinin məzmunundan aydın olur ki, iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin məhz ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının artması nəzərə alınmaqla dəyişdirilməsini və sonrakı artımların da aliment məbləğinə tətbiq edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən isə alimentin indeksasiyası məqsədilə məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Beləliklə, qanunvericilik sabit pul məbləğində müəyyən edilmiş alimentin minimum əmək haqqının artımına uyğun olaraq dəyişdirilməsini müstəqil iddia icraatı çərçivəsində deyil, qətnamənin icrası mərhələsində indeksasiya institutu vasitəsilə tənzimləyir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə alimentin indeksasiyasına dair məsələlərə dəqiqlik gətirilmiş, həmin Qərarın 8.4-2-ci bəndində sabit pul məbləğində tutulmuş alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiyanın maraqlı şəxsin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilməli olduğu müəyyən edilmişdir. Həmin Qərarın 8.4-3-cü bəndində isə alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğunun alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil iddia qaldırılması üçün əsas olduğu, iddianın minimum əmək haqqı məbləğinin artımına əsaslandığı halda isə məsələnin icra icraatı qaydasında həll edilməli olduğu izah edilmişdir. Hazırkı iş üzrə isə iddiaçı aliment məbləğinin artırılmasını cavabdehin və ya özünün ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə əsaslandırmamış, tələb etdiyi 520 manat məbləğini birbaşa 2026-cı il üzrə minimum əmək haqqının 0,65 misli ilə əlaqələndirmişdir. Beləliklə, iddiaçının tələb etdiyi artımın əsasını minimum əmək haqqının artımı təşkil etdiyindən, həmin tələbə müstəqil iddia icraatı qaydasında baxılması yolverilməzdir. Alimentin indeksasiyası məsələsi isə əvvəlki qətnamənin icrası mərhələsində, Mülki Prosessual Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-148)-899/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-148)-899/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar