Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1283/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-151)-2048/2026 msaylı qərardadından iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə cavabdehlər cavabdeh3 510.40 manat, cavabdeh2 İsrailoğlundan 235.80 manat, Vahabzadə Həsəni-Əsğəri Ələkbər oğlundan 265 manat, cavabdeh1 18.40 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.30 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə (hakim Cavid Cəfərov) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadının ləğv edilməklə işin icraata götürülməsi və ya şikayətin baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə iş üzrə şikayətin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi hesаb edir ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, qanunvericilik şikayətə münasibətdə də riayət edilməli olan forma və məzmunla bağlı tələblər nəzərdə tutmuşdur. MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma (cədvəl) MPM-ə * saylı Əlavədə müəyyən olunmuşdur). Həmçinin, MPM-in 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı dəqiq göstərilməlidir. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı tərəfindən verilmiş şikayətin “şikayət verən şəxsin tələbi” hissəsində barəsində şikayət verilən məhkəmə aktının nömrəsi düzgün göstərilməmiş, Sabirabad Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərardadının ləğv edilərək işin icraata götürülməsi xahiş edilmişdir. Halbuki hazırkı mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qəbul edilmiş məhkəmə aktı Sabirabad Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadıdır. Bundan əlavə, şikayətin məzmununun araşdırılması zamanı müəyyən olunur ki, şikayətdə göstərilən cavabdehlər və mübahisənin predmeti hazırkı mülki işin tərəfləri və predmetinə uyğun olmamışdır. Belə ki, hazırkı iş üzrə iddia İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh3, cavabdeh2 İsrailoğlu, Vahabzadə Həsəni- Əsğəri Ələkbər oğlu və cavabdeh1 qarşı verilmiş olduğu halda, şikayətin məzmunundan iddiaçı təşkilatın digər cavabdehlərə (İskəndərov Mehman Çingiz oğlu, X1 və digərləri) qarşı irəli sürülmüş başqa bir iddia tələbi ilə əlaqədar tərtib edildiyi görünür. Beləliklə, şikayətdə həm barəsində şikayət verilən məhkəmə aktının rekvizitləri düzgün göstərilməmiş, həm də şikayətin məzmunundan onun hazırkı mülki iş üzrə qəbul edilmiş məhkəmə aktına münasibətdə verildiyi müəyyən olunmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin konkret olaraq hansı məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlamalı olduğu müəyyən edilmir. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi yalnız barəsində şikayət verilmiş və şikayətdə konkret müəyyən edilən məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlamaq səlahiyyətinə malikdir. Məhkəmənin şikayətin məzmunundan irəli gələn qeyri-müəyyənliyi aradan qaldıraraq iddiaçının iradəsini onun əvəzinə müəyyən etməsi və ya başqa məhkəmə aktını şikayətin predmeti kimi qəbul etməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmazdı. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Sabirabad Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-1283/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1283/2026
25.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver