Məhkəmə qərarları › İş №e-2(5-139)-83/2026

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-139)-83/2026

27.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(5-139)-83/2026 27.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, iddiaçı «Azərbaycan Sənaye Sığorta” ASC-nin Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödənilmiş 487 manat 86 qəpik və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə məxsus olan “Hyundai Accent” markalı, 99PJ139 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli, M0117/20_5 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən sığortalanmışdır. Cavabdeh “Mercedes Benz B180” minik markalı, 99SR791 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Ziya Bünyadov prospekti ərazisində “Hyundai Accent” markalı, 99PJ139 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Bakı şəhər DYPİ-nin “inzibati xəta haqqında” İXP ******* saylı protokolu və “inzibati tənbeh vemrə haqqında” TP ******* qərarı ilə Cavabdeh AR İXM-nin 327.1-ci maddəsinin törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. “Hyundai Accent” markalı, 99PJ139 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5.487 manat 86 qəpik məbləğində müəyyən edilmiş, təqsirkar qarşı tərəf olduğuna görə sığorta ödənişinə azadolma məbləği tətbiq edilməmişdir. xx.xx.2021-ci il tarixli MCL-011/21 nömrəli sığorta ödənişinə dair akta və xx.xx.2021-ci il tarixli, 23022021-9300-390 nömrəli ödəniş tapşırığından məlum olur ki, dəyən zərər tam həcmdə cəmiyyət tərəfindən təmir xidməti göstərmiş "xxxx" MMC-yə ödənilmişdir. Həmin məbləğdən 5000 manat məbləğində vəsait təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən Cəmiyyətə ödənilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli, M0117/20_5 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən, "xxxx" MMC-yə məxsus olan “Hyundai Accent” markalı, 99PJ139 dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır; xx.xx.2021-ci il tarixli, 23022021-9300-390 saylı ödəniş tapşırığının surətindən görünür ki, «Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən “Hyundai Accent” markalı, 99PJ139 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5.487 manat 86 qəpik məbləğində təmir xidməti göstərmiş "xxxx" MMC-yə ödənilmişdir; “inzibati tənbeh vemrə haqqında” TP ******* qərarı ilə Cavabdeh AR İXM-nin 327.1-ci maddəsinin törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İşin halların müəyyən edildi ki, Cavabdeh “Mercedes Benz B180” minik markalı, 99SR791 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Ziya Bünyadov prospekti ərazisində “Hyundai Accent” markalı, 99PJ139 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. “Hyundai Accent” markalı, 99PJ139 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5.487 manat 86 qəpik məbləğində müəyyən edilmiş, dəyən zərər tam həcmdə "xxxx" ASC tərəfindən təmir xidməti göstərmiş "xxxx" MMC-yə ödənilmişdir. Həmin məbləğdən 5000 manat məbləğində vəsait Cavabdeh sığortaçısı olan "xxxx" ASC tərəfindən "xxxx" ASC-nə ödənilmişdir. "xxxx" ASC əmlaka dəyən zərərə görə ödənilmiş 487 manat 86 qəpik məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunan və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 930.1-ci maddəsinə əsasən sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etimək vacib deyil. 933.1.1 və 933.1.2-ci maddələrinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədə əsasən sığorta ödənişi həyata keçirilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin olunsun. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 487 manat 86 qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat iddiaçı «Azərbaycan Sənaye Sığorta” ASCnin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar