Qanunvericilik › Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Atmosfer havasının keyfiyyətinin və atmosfer havasına fiziki təsirin normativləri

Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri ona fiziki təsirin yol verilən səviyyəsi insanlara, flora və faunaya, xüsusi mühafizə olunan təbii ərazilərə və obyektlərə təsirin kimyəvi, bioloji və fiziki amillərin təhlükəsizliyi və (və ya) zərərsizliyi meyarlarının müəyyən edilməsi, habelə atmosfer havasının vəziyyətinin qiymətləndirilməsi məqsədilə müəyyən edilir.

9.2. Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver