Qanunvericilik › Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Respublikası xalq deputatının hüquqları

Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında nəzərdən keçirilən bütün məsələlər barəsində həlledici səs hüququna malikdir.Azərbaycan Respublikası xalq deputatının ixtiyarı var ki:

Azərbaycan Respublikası Ali Sovetinin orqanlarına seçsin və seçilsin;

Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı orqanların fərdi tərkibi və Azərbaycan Respublikası Ali Sovetinin seçdiyi, təyin etdiyi və ya təsdiq etdiyi vəzifəli şəxslərin namizədlikləri barəsində fikrini bildirsin;

Azərbaycan Respublikasının Ali Sovetində baxılmaq üçün məsələlər təklif etsin;

Azərbaycan Respublikası Ali Soveti sessiyasının gündəliyi, məsələlərə baxılması qaydası və müzakirə edilən məsələlərin mahiyyəti barəsində təkliflərini və qeydlərini bildirsin;

Azərbaycan Respublikasının Ali Sovetinə hesabat verməli olan və ya onun nəzarəti altında olan hər hansı orqanın, yaxud vəzifəli şəxsin hesabatını və ya məlumatını Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında dinləmək haqqında təkliflər irəli sürsün;

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Ali Sovetinin seçdiyi, təyin etdiyi və ya təsdiq etdiyi vəzifəli şəxslərə etimad məsələsini qoysun;

qanunların dövlət orqanları və ictimai orqanlar, müəsissələr, idarələr və təşkilatlar tərəfindən icrasının yoxlanması zərurəti haqqında, Azərbaycan Respublikasının səlahiyyətinə aid olan hər hansı məsələ üzrə deputat təhqiqatı aparılması haqqında Azərbaycan Respublikasının Ali Sovetində və onun orqanlarında, başqa xalq deputatları sovetlərində təkliflər versin;

müzakirələrdə iştirak etsin, sorğularla müraciət etsin, məruzəçilərə, habelə iclasda sədrlik edənə suallar versin, cavablar tələb etsin və bunlara qiymət versin;

öz təkliflərini əsaslandırmaq üçün və səsvermə barəsində çıxış etsin, arayışlar versin;

qanunların, qərarların və Ali Sovetin digər qərarlarının layihələrinə düzəlişlər haqqında təkliflər versin;

dərc edilməzdən əvvəl öz çıxışlarının mətnləri ilə Azərbaycan Respublikası Ali Sovetinin və onun orqanlarının iclaslarının stenoqramlarında və protokollarında tanış olsun, habelə dərc edilməli olmayan çıxışların mətnlərini alsın;

vətəndaşların ictimai əhəmiyyətli müraciətlərini Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında elan etsin.

Müzakirələrdə çıxış etməyən Azərbaycan Respublikası xalq deputatının öz çıxışının mətnini, habelə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında müzakirə olunan məsələ barəsində yazılı ifadə edilmiş təkliflərini və qeydlərini sədrlik edənə vermək ixtiyarı vardır.

Çıxışın mətni iclasın stenoqramına daxil edilir və Azərbaycan Respublikası Ali Soveti sessiyasının stenoqrafik hesabatında dərc olunur.

Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında deputatların irəli sürdükləri təkliflərə və qeydlərə qanun layihələri işlənib tamamlanarkən və qəbul edilərkən baxılır və onlar nəzərə alınır.Bu təkliflər və qeydlər rədd edilərsə, müvafiq daimi komissiya deputata əsaslandırılmış cavab verir.

Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Ali Sovetinin və ya onun orqanlarının qərarı ilə razılaşmadıqda özünün xüsusi rəyini iclasda ifadə etmək üçün üstün hüquqa malikdir.

Bu maddədə göstərilən hüquqların həyata keçirilməsi qaydası həmin Qanun, Azərbaycan Respublikası Ali Sovetinin Reqlamenti, Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver