Qanunvericilik › Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Azərbaycan Respublikasının xalq deputatının qanunvericilik təşəbbüsü hüququ

Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Ali Sovetində qanunvericilik təşəbbüsü hüququna malikdir; bu hüquq yeni qanun hazırlamaq, Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə Azərbaycan Respublikasının yeni qanunlarının layihələrini, qüvvədə olan qanunlarının dəyişdirilməsi haqqında qanun layihələrini təqdim etmək zərurəti barəsində məsələ qaldırılması formasında, habelə Azərbaycan Respublikasının qüvvədə olan qanunlarında dəyişikliklər edilməsinə dair təkliflər formasında həyata keçirilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver