Qanunvericilik › Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 35

Maddə 35. Azərbaycan Respublikasının xalq deputatını məsuliyyətə cəlb etmək üçün razılıq alınması qaydası

Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Baş prokuroru Azərbaycan Respublikasının xalq deputatını cinayət məsuliyyətinə cəlb etməyə, həbs etməyə və ya məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq etməyə Azərbaycan Respublikası Ali Sovetinin razılığını almaq üçün deputata qarşı ittiham irəli sürməzdən, onu həbsə almaqdan ötrü sanksiya verməzdən və ya inzibati hüquq pozuntusu haqqında işi məhkəməyə göndərməzdən əvvəl Azərbaycan Respublikasının Ali Sovetinə təqdimat verir.

Azərbaycan Respublikasının Ali Soveti təqdimata bir aydan keç olmayaraq baxır.

Zərurət olduqda Azərbaycan Respublikasının Baş prokurorundan əlavə materiallar tələb edilə bilər.Barəsində təqdimat verilmiş Azərbaycan Respublikası xalq deputatının məsələyə baxılmasında iştirak etməyə ixtiyarı vardır. Azərbaycan Respublikasının Ali Soveti əsaslandırılmış qərar qəbul edir və onun barəsində üç gün müddətində Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verir.

Əsaslar olduqda Azərbaycan Respublikasının Ali Soveti öz qərarını dəyişdirə bilər.

İş üzrə icraatın qurtardığı gündən sonra üç gün ərzində Azərbaycan Respublikasının Baş prokuroru istintaqın və ya işə baxılmasının nəticələri haqqında Azərbaycan Respublikasının Ali Sovetinə məlumat verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver