Qanunvericilik › Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Daxili qoşunların hərbi qulluqçuları tərəfindən ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi

Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Daxili qoşunların hərbi qulluqçuları əməliyyat rəisinin, bu mümkün olmadıqda hərbi hissə və ya bölmə komandirinin qərarı (əmri) ilə aşağıdakı hallarda əraziləri, yaşayış yerlərini, binaları və digər tikililəri dövrələyə bilərlər:

19.1.1. fövqəladə halların, təbii fəlakətlərin və ya texnogen xarakterli qəzaların nəticələrinin aradan qaldırılması vəzifələri yerinə yetirildikdə;

19.1.2. epidemiya və epizootiya zamanı karantin tədbirləri tətbiq edildikdə;

19.1.3. kütləvi iğtişaşların və qrup halında ictimai qaydanın pozulmasının qarşısının alınması tədbirləri yerinə yetirildikdə, habelə dövlət orqanlarının (qurumlarının), mühüm əhəmiyyətli obyektlərin fəaliyyətinə və nəqliyyatın hərəkətinə mane olan hallar aradan qaldırıldıqda;

19.1.4. silahlı təhlükəli şəxs, cinayət törətməkdə şübhəli bilinən, məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslər axtarıldıqda;

19.1.5. mühafizə edilən əraziyə qanunsuz daxil olmuş şəxslər müəyyən edildikdə;

19.1.6. partlayıcı qurğu və maddələr, habelə zəhərləyici və radioaktiv maddələr axtarıldıqda.

19.2. Ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi zamanı təhlükəsizliyin təmin edilməsi, ictimai qaydanın qorunması və axtarış tədbirlərinin aparılması, həmçinin cinayətin törədildiyi yerin mühafizəsi üçün nəqliyyatın və piyadaların hərəkəti məhdudlaşdırıla bilər.

19.3. Ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyük rəisini və yerli polis orqanını dərhal məlumatlandırmalıdır.

19.4. Ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadan protokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver