12.1. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:
12.1.1. təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə cavab vermədikdə və ya məlumatlar yanlış olduqda;
12.1.2. Mərkəzi Bank tərəfindən tələb olunan minimum nizamnamə (şərikli kapitalının ödənilməsi və ya təsisçilərin əmlak haqlarının formalaşdırılması barədə bank sənədi təqdim edilmədikdə;
12.1.2-1. nizamnamə (şərikli) kapitalında payın əldə edilməsinə yönəldilən vəsaitlərin mənbəyi məlum olmadıqda;
12.1.2-2. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin BOKT-yə təsirinin onun etibarlı və prudensial idarə edilməsi üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar mövcud olduqda, habelə inzibatçılar, mühüm iştirak payının sahibləri (hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri) və ya benefisiar mülkiyyətçilər vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə;
12.1.3. inzibatçılar peşə yararlılığı tələblərinə cavab vermədikdə və (və ya) onların qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olduqda.
12.2. Mərkəzi Bank lisenziyanın verilməsindən imtina etdikdə, müraciət edənə imtinanın səbəblərini göstərməklə yazılı məlumat verir.
12.3. Lisenziyanın verilməsindən imtina barədə Mərkəzi Bankın qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər.