Qanunvericilik › Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Lisenziyaların reyestri

Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Mərkəzi Bank BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin ictimaiyyət üçün açıq olan vahid reyestrini tərtib edir. BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin adları, ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrələri və tarixləri, inzibatçıları barədə məlumat, fəaliyyətinə xitam verilmiş BOKT-lər, onların filial və nümayəndəlikləri haqqında məlumat alındıqdan sonra 3 iş günü müddətində reyestrə daxil edilir.

14.2. BOKT reyestrə daxil edilmiş məlumatda, habelə təsis sənədlərində (nizamnamədə, əsasnamədə) dəyişikliklər barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməlidir. BOKT-yə yeni inzibatçı təyin edildikdə bildirişə həmin şəxslərin bu Qanunun 8.2-ci və 8.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməsi barədə məlumat daxil edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver