26.1. Ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə tərəflərin hüquq və vəzifələri ziyanı ödəmək haqqında tələbin irəli sürülməsi üçün əsas olan hərəkətin və ya digər vəziyyətin baş verdiyi ölkənin hüququ ilə müəyyən edilir.
26.2. Xaricdə vurulan ziyan nəticəsində əmələ gələn öhdəliklər üzrə tərəflərin hüquq və vəzifələri, tərəflər eyni dövlətin vətəndaşları və ya hüquqi şəxsləridirsə, həmin dövlətin hüququ ilə müəyyən edilir.