6.1. Şəxsin verilməsi haqqında sorğuda bu Qanunun 5.1 və 5.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmuşdursa, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq şəxsin axtarışı və həbs edilməsi üçün lazımi tədbirlər görür.
6.2. Sorğu edilən şəxs həbs edildikdən sonra onun verilməsi məsələsinə baxılması üçün bütün sənədlər Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən onun yerləşdiyi ərazi üzrə ağır cinayətlər məhkəməsinə təqdim edilir.
6.3. Şəxsin həbsə alınması barəsində sorğu edən dövlətə Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən təxirəsalınmadan məlumat verilir.
6.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmədikdə, şəxsin verilməsi üçün həbsdə saxlanılma müddəti və həbsdə saxlanılma müddətinin uzadıldığı müddət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir.