Qanunvericilik › Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Şəxsin verilməsi haqqında sorğuya baxılması

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Ağır cinayətlər məhkəməsi xarici dövlətin sorğusu əsasında şəxsin verilməsi məsələsinə baxır və bu barədə müvafiq əsaslandırılmış qərar qəbul edir.

8.2. Ağır cinayətlər məhkəməsinin şəxsin verilməsi haqqında qərarından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət və ya protest verilə bilər.

8.3. Şəxsin verilməsindən imtina haqqında sorğu edən xarici dövlətin səlahiyyətli orqanına Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən məlumat verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver