Qanunvericilik › Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Dövlət sirri təşkil edən məlumat daşıyıcılarının rekvizitləri

Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Dövlət sirri təşkil edən məlumat daşıyıcılarına rekvizitlər verilir. Rekvizitlərdə aşağıdakılar göstərilir:

12.1.1. müvafiq dövlət hakimiyyəti orqanında, müəssisə, idarə və ya təşkilatda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısının və ya dövlət sirrinə aid edilən məlumatların siyahısının müvafiq bəndinə istinadla, daşıyıcıdakı məlumatların məxfilik dərəcəsi;

12.1.2. daşıyıcını məxfiləşdirən dövlət hakimiyyəti orqanı, müəssisə, idarə, təşkilatın adı;

12.1.3. qeydiyyat nömrəsi;

12.1.4. məlumatların məxfiliyinin açılması tarixi və ya şərti, yaxud buna səbəb ola biləcək hadisə.

12.2. Bu rekvizitləri məlumat daşıyıcısında əks etdirmək mümkün olmadıqda onlar daşıyıcıya qoşulan sənədlərdə göstərilir.

12.3. Daşıyıcı məxfilik dərəcəsi müxtəlif olan tərkib hissələrindən ibarətdirsə, onların hər birinə müvafiq məxfilik qrifi, bütövlükdə daşıyıcıya isə bu daşıyıcıda ən yüksək məxfilik dərəcəsi olan tərkib hissəsinin məxfilik qrifi verilir.

12.4. Bu Qanunun 12.1-ci maddəsində göstərilən rekvizitlərdən başqa, daşıyıcıya və (və ya) ona qoşulan sənədlərə vəzifəli şəxslərin onunla tanış olmaq səlahiyyəti barədə əlavə qeydləri də qoyula bilər. Belə qeydlərin növləri və qoyulması bu Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılması qaydası ilə müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver