Qanunvericilik › Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Məlumatların məxfiliyinin açılması qaydası

Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Məlumatların və məlumat daşıyıcılarının məxfiliyinin açılması dövlət sirri təşkil edən məlumatların yayılmasına və onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa bu Qanunla nəzərdə tutulmuş qaydada qoyulmuş məhdudiyyətlərin götürülməsidir.

13.2. Məlumatların məxfiliyinin açılması üçün əsaslar aşağıdakılardır:

13.2.1. məxfilik müddətinin bitməsi;

13.2.2. Azərbaycan Respublikasında dövlət sirri təşkil edən məlumatların açıq mübadiləsi sahəsində Azərbaycan Respublikasının beynəlxalq öhdəliklər götürməsi;

13.2.3. obyektiv halların dəyişməsi nəticəsində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin məqsədəuyğunluğunun aradan qalxması.

13.3. Məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır. Bu müddət məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən çox olmamalıdır. Həmin müddətlər müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər.

13.4. Dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları vaxtaşırı, lakin 5 ildə azı bir dəfə dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumatların siyahılarına yenidən baxaraq məlumatların məxfiləşdirilməsinin əsaslılığını və onların əvvəllər müəyyənləşdirilmiş məxfilik dərəcəsinə uyğunluğunu yoxlamalıdırlar.

13.5. Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısına dəyişiklik etmək hüququ həmin siyahıları təsdiq edən dövlət hakimiyyəti orqanlarının rəhbərlərinə verilir. Göstərilən rəhbərlərin məxfiləşdirilməli məlumatlar siyahısı üzrə qəbul etdikləri qərarlar dövlət sirrinə aid edilən məlumatlar siyahısına dəyişiklik edilməsi ilə bağlı olduqda belə qərarlar müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Həmin orqanın bu qərarların icrasını dayandırmaq və onlara etiraz etmək hüququ vardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver