22.1. Ədliyyə orqanlarının işçisi bu Qanunda nəzərdə tutulmuş hallardan başqa, vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla, ədliyyə orqanlarından xaric edilə bilməz və onun qulluq keçməsinə xitam verilə bilməz. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, ədliyyə orqanları işçisinin qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir və müdaxilə edilməsi yolverilməzdir.
22.2. Penitensiar xidmətin əməkdaşları və onların ailə üzvləri barədə məlumatların məxfiliyinin qorunması üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə rabitə sorğu xidmətinə və ya digər məlumat-sorğu xidmətlərinə bu şəxslərin telefon nömrələri, yaşayış yeri barəsində və ya hər hansı digər məlumatların verilməsi müvəqqəti və ya daimi olaraq qadağan edilə bilər.
22.3. Penitensiar xidmətin əməkdaşlarının xidmət keçməsi haqqında məlumatlar yalnız penitensiar orqanın rəhbərinin icazəsi ilə verilə bilər.