7.1. Himayəçilik Şurasının növbəti və növbədənkənar iclasları keçirilir. Növbəti iclaslar rübdə bir dəfədən az olmayaraq növbədənkənar iclaslar isə şura sədrinin, şuranın ən azı iki üzvünün, icraçı direktorun və ya Mərkəzi Bankın tələbi ilə çağırıla bilər. Himayəçilik Şurasının üzvlərinə, bir qayda olaraq, iclasların keçirilməsinə azı 3 gün qalmış yazılı bildiriş göndərilir.
7.2. Şuranın növbədənkənar iclası aşağıdakı hallarda çağırılır:
7.2.1. iştirakçı bankda sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankın yazılı bildirişi alındıqda;
7.2.2. bir və ya bir neçə bankda sığorta hadisəsinin baş verməsi ehtimalının yaranması haqqında Mərkəzi Bankın yazılı bildirişi alındıqda;
7.2.3. borc vəsaitlərinin alınmasına ehtiyac yarandıqda;
7.2.4. Fondun vəsaitləri yerləşdirilmiş dövlət öz öhdəliklərini icra edə bilmədiyini rəsmən bəyan etdikdə;
7.2.5. digər təxirəsalınmaz hallarda.
7.3. Fondun Himayəçilik Şurası onun iclasında beş üzvü iştirak etdikdə səlahiyyətli hesab edilir.
7.4. Fondun Himayəçilik Şurasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, şuranın sədri həlledici səsə malikdir və bu halda bitərəf qala bilməz.
7.5. Fondun Himayəçilik Şurasının iclaslarında məşvərətçi səs hüququ ilə dəvət olunmuş ekspertlər iştirak edə bilər.
7.6. Fondun Himayəçilik Şurasının qərarları protokolla rəsmiləşdirilir. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır.