10.1. Təhkim olunmuş ərazisi və daimi yaşayan əhalisi olan, habelə bu Qanunun 7-ci maddəsinə əsasən qeydə alınmış bütün ərazi vahidlərinə bu Qanunun 5-ci maddəsində göstərilmiş meyarlara müvafiq olaraq kənd, qəsəbə və ya şəhər statusu verilir.
10.2. Ərazi vahidinin statusu bu Qanunun 5-ci maddəsində müvafiq ərazi vahidi üçün müəyyən edilmiş meyarlara uyğun gəlmədikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ərazi vahidinin statusunun dəyişdirilməsi üçün vəsatətlə Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etməlidirlər.
10.3. Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq şəhər inzibati ərazi vahidinin yaradılması ilə əlaqədar ərazi vahidinə, yaxud bir və ya bir neçə ərazi vahidinin müəyyən ərazisinə şəhər statusu verildiyi, habelə inzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında faktiki mövcud olan yaşayış məntəqəsinin qeydə alınaraq kənd və ya qəsəbə statusunun verildiyi və ya onun statusunun dəyişdirildiyi hallar istisna olmaqla, ərazi vahidlərinin statusunun dəyişdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
10.3.1. müvafiq icra hakimiyyəti orqanının ərazi vahidinin statusunun dəyişdirilməsinə dair qərarı;
10.3.2. müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəsatəti;
10.3.3. ərazi vahidinin harada yerləşməsi, onun statusunun dəyişdirilməsinin əsaslandırılması (bu Qanunun 5.3-cü maddəsində göstərilmiş meyarlara müvafiq olaraq), əhalisinin sayı və əsas məşğuliyyətə görə tərkibi barədə müvafiq icra hakimiyyəti orqanının izahat məktubu;
10.3.4. statusunun müəyyən edilməsi və dəyişdirilməsi təklif olunan ərazi vahidinin və onun tabe olduğu inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri.
3-cü fəsil
İnzİbatİ ərazİ bölgüsü İlə bağlı məsələlərİn həll edİlməsİ qaydası