Qanunvericilik › Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. İnzibati ərazi dairələrinin yaradılması və ləğv edilməsi

Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Ərazi cəhətdən böyük və çoxsaylı əhalisi olan ərazilərdə idarəetmənin mərkəzləşdirilməsi və sadələşdirilməsi, habelə əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı olan qərarların icrasının səmərəli təşkil edilməsi məqsədi ilə bir-birinə nisbətən yaxın məsafədə yerləşən bir neçə kənd və ya qəsəbə inzibati ərazi dairələrinə birləşdirilə bilər.

11.2. İnzibati ərazi dairələrinin yaradılması və onların ləğv edilməsi bu Qanunun 7-ci maddəsinə uyğun olaraq ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir. İnzibati ərazi dairələri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritə tərtib olunur.

11.3. Yerli dövlət hakimiyyəti orqanlarının yerləşdiyi şəhər, qəsəbə və ya kənd müvafiq inzibati ərazi dairəsinin mərkəzi hesab olunur. İnzibati ərazi dairələri onların mərkəzinin adına uyğun olaraq adlandırılır.

11.4. İnzibati ərazi dairələrin hüdudları onların tərkibinə daxil olan ərazi vahidlərinin sərhədlərinə müvafiq olaraq müəyyən edilir və onlara uyğun olaraq dəyişdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver