12.1. Fövqəladə hallar orqanları əməkdaşlarına qanunvericiliklə müəyyən edilmiş iş və istirahət vaxtı şamil edilir.
12.2. Fövqəladə hallar orqanları əməkdaşları zəruri hallarda iş vaxtından sonra, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə və digər günlərdə xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb edilə bilərlər. Bu halda onlara qanunvericiliklə müəyyən edilmiş qaydada ödənc və ya istirahət vaxtı verilir. Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir.
12.3. Fövqəladə hallar orqanları əməkdaşlarına iş günü ərzində istirahət və nahar etmək üçün fasilə verilir.