9.1. Yaşayış evi tikmək və ya mənzil almaq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə həcmi və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada güzəştli ipoteka kreditləri və güzəştli mənzil verilir.
9.2. Müvafiq icra hakimiyyəti orqanı gənc ailələrlə bağlı sosioloji-tədqiqat işlərinin aparılmasını təmin edir və informasiya bankını yaradır.
9.3. Gənclər arasında, ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.