21.1. Kredit bürosu kredit tarixçələrinin məlumat bazasından istifadəyə görə haqq təyin edir.. Xidmət haqqının ödənilməsi qaydası və şərtləri məlumat istifadəçisi ilə kredit bürosu arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
21.2. Kredit bürosu kredit tarixçəsinin subyektinə onun haqqında məlumatları sorğu əsasında hər təqvim ili ərzində ən azı 2 dəfə ödənişsiz olaraq təqdim etməlidir.
21.3. Kredit tarixçəsinin subyekti kredit bürosunun təyin etdiyi haqqı ödəməklə bu Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən asılı olmayaraq, özü haqqında kredit hesabatını istənilən vaxt almaq hüququna malikdir.
21.4. Məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanları, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, Mərkəzi Bank, notariuslar və kredit tarixçəsi subyektinin vərəsələri (varisləri) tərəfindən kredit bürosundan məlumatın alınmasına, həmçinin bu Qanunun 18.2-ci maddəsinin ikinci cümləsində və 18.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş halda kredit hesabatının verilməsinə görə haqq tutulmur.