Qanunvericilik › Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Kredit İttifaqının üzvlüyünə xitam verilməsi

Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Kredit İttifaqının üzvlüyünə aşağıdakı hallarda xitam verilə bilər:

1.1. payçı üzvlükdən nizamnamədə müəyyənləşdirilən qaydada xaric edildikdə;

1.2. payçı üzvlükdən könüllü çıxdıqda;

1.3. Kredit İttifaqı ləğv olunduqda.

2. Kredit İttifaqının üzvü könüllü olaraq üzvlükdən çıxdıqda ən azı 3 ay əvvəl idarə heyətinə ərizə ilə müraciət etməlidir.

3. Kredit İttifaqının üzvü idarə heyətinin qərarı ilə üzvlükdən çıxarıldıqda və bu qərarla razılaşmadıqda müşahidə şurasına və ümumi yığıncağa müraciət edə bilər. Ümumi yığıncağın qərarı ilə razılaşmadıqda isə məhkəməyə müraciət edə bilər.

4. Kredit İttifaqının üzvü vəfat etdikdə qanun üzrə vərəsə onu əvəz edə bilər və ya ona çatacaq payı ala bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver