8.1. Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində yerləşən hüquqi şəxslər öz mühafizəsini təmin etmək məqsədilə xüsusi razılıq (lisenziya) əsasında mühafizə bölməsi yarada bilər.
8.2. Mühafizə bölməsi yaradan hüquqi şəxs aşağıdakılar göstərilməklə bölmənin Əsasnaməsini hazırlamalı və təsdiq etməlidir:
8.2.1. mühafizə bölməsinin hüquqi şəxsin strukturunda yeri;
8.2.2. mühafizə bölməsi tərəfindən göstəriləcək mühafizə xidmətlərinin növləri;
8.2.3. mühafizə bölməsinin quruluşu və idarəçilik sistemi;
8.2.4. mühafizə bölməsinin rəhbərinin hüquq və vəzifələri, onun hüquqi şəxsin digər vəzifəli şəxsləri ilə tabeçilik münasibətləri;
8.2.5. bölmənin mühafizəçilərinin hüquq və vəzifələri;
8.2.6. mühafizə bölməsinin fəaliyyətinə xitam verilməsinin qaydası.
8.3. Hüquqi şəxsin mühafizə bölməsi yalnız tərkibində olduğu hüquqi şəxsə məxsus obyektlərin mühafizəsi üzrə xidmətlər göstərə bilər.
8.4. Hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə qəbul bu Qanunun 9-cu maddəsinin tələblərinə riayət edilməklə həyata keçirilir.