Qanunvericilik › Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Hasil və emal olunmuş qiymətli metalların və qiymətli daşların satışı sahəsində münasibətlərin dövlət tənzimlənməsi

Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Hasil edilmiş qiymətli metallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sifarişçinin xammalı kimi affinaj olunmaq, onlardan məmulatlar hazırlamaq və satılmaq üçün Azərbaycan Respublikasının ərazisindən çıxarıla bilər.

10.2. Affinaj edilmiş qiymətli metallar qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının qiymətli metalların və qiymətli daşların ehtiyatlarının doldurulması məqsədi ilə Dövlət büdcəsi vəsaiti hesabına ölkə daxilində və xaricdə tədarük edilə bilər. Müvafiq standarta uyğun şəkildə affinaj edilmiş qiymətli metallar, habelə yerin təkindən hasil olunmuş yaxud rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən, ilk növbədə bu qanunun 4.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qiymətli metalların və qiymətli daşların ehtiyatlarının doldurulması üçün müvafiq icra hakimiyyəti orqanına təklif olunur.

10.3. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən xarici ölkələrin dövlət əyar damğasının tanınması halları istisna olmaqla, Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanmalıdır.

10.4. Hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları yarandıqda həmin qırıntılar və tullantılar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada mütləq yığılmalı, onların dəqiq uçotu aparılmalıdır. Qiymətli metalların və qiymətli daşların qırıntılarını və tullantılarını yığan hüquqi şəxslər, o cümlədən hərbi hissələr və hərbi qurumlar tərəfindən həmin qırıntılar və tullantılar təkrar istifadə üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada emal (təkrar emal) oluna və ya qiymətli metalların istehsalı və affinajı, qiymətli daşların rekuperasiyası üçün fəaliyyətə xüsusi razılıq almış hüquqi şəxslərə satıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver