Qanunvericilik › Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Dövlət əyar nəzarəti

Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Dövlət əyar nəzarəti qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının və istehlakçılarının hüquqlarının haqsız rəqabətdən qorunması, habelə dövlət maraqlarının müdafiəsi məqsədi ilə həyata keçirilir.

11.2. Dövlət əyar nəzarətinə aşağıdakılar aiddir:

11.2.1. Azərbaycan Respublikasında istehsal olunmuş, habelə ölkə ərazisinə xaricdən satış məqsədilə gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının bu qanunun 10.3-cü maddəsində müəyyən edilmiş müddəalar nəzərə alınmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada əyarlanması və damğalanması;

11.2.2. dövlət əyar damğalarının və ad damğalarının izlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizası;

11.2.3. qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada analizi və ekspertizası;

11.2.4. qiymətli daşların qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizası və diaqnostikası;

11.2.5. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertiza aparılması;

11.2.6. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizası;

11.2.7.(Çıxarılıb)

11.2.8. qanunla müəyyən olunmuş hallarda və qaydada qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda, habelə fərdi sahibkarlarda qiymətli metalların və qiymətli daşların istifadəsi, saxlanılması və uçotu üzərində dövri dövlət nəzarəti.

11.3. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanmasına, ekspertizasına, materialların tədqiqinə, qiymətli daşların ekspertizasına və diaqnostikasına görə qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.

11.4. Azərbaycan Respublikasında qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının hazırlanması üçün aşağıdakı əyarlar müəyyənləşdirilir:

platin - 900 (doqquz yüz);

950 (doqquz yüz əlli).

qızıl - 375 (üç yüz yetmiş beş);

500 (beş yüz);

585 (beş yüz səksən beş);

750 (yeddi yüz əlli);

958 (doqquz yüz əlli səkkiz);

999 (doqquz yüz doxsan doqquz).

Fiziki şəxslərin sifarişləri əsasında zərgərlik məmulatları 583 (beş yüz səksən üç) əyarlı qızıldan hazırlana bilər.

gümüş - 800 (səkkiz yüz);

830 (səkkiz yüz otuz);

875 (səkkiz yüz yetmiş beş);

925 (doqquz yüz iyirmi beş);

960 (doqquz yüz altmış);

999 (doqquz yüz doxsan doqquz).

palladium - 500 (beş yüz);

850 (səkkiz yüz əlli).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver