9-1.1. Risklərin idarə olunması sisteminə aşağıdakılar daxildir:
9-1.1.1. risklərin müəyyənləşdirilməsi – risklərin və onların mənbələrinin aşkar edilməsi, o cümlədən risklərin reallaşması və potensial zərərin vurulması ehtimalının müəyyənləşdirilməsi;
9-1.1.2. risklərin təhlili – risklərin zərərlə nəticələnməsi ehtimalını artıran mexanizm və amillərin araşdırılması;
9-1.1.3. risklərin qiymətləndirilməsi:
9-1.1.3.1. risklərin artmasına gətirib çıxaran səbəb və amillərin müəyyən edilməsi;
9-1.1.3.2. ölkə üzrə nəzarət fəaliyyətinin təsnifatlaşdırılması məqsədilə risklərin ümumi səviyyəsinin ölçülməsi;
9-1.1.3.3. yaratdığı risk səviyyəsi əsasında nəzarət olunan yoxlama obyektlərinin təsnifatı üçün meyarların hazırlanması;
9-1.1.3.4. risk qrupları əsasında sahibkarlar üzərində nəzarət dərəcəsinin prioritetləşdirilməsi;
9-1.1.4. risklərin idarə olunması – riskin təhlili və qiymətləndirilməsi əsasında tədbirlərin tətbiqi;
9-1.1.5. tədbirlərin görülməsi - yoxlama obyektlərinin məcburi tələblərə uyğun gəlməsi və risk yaratmaması üçün yoxlayıcı orqan tərəfindən müvafiq tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilməsi.